Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə35/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
121
yəti, daha dəqiqi, antroponimiyası, eləcə də etnoqrafi-
ya sı baxımından əhəmiyyətlidir;
–  oğlu, tibb üzrə elmlər doktoru Fuad Qurbanov Afad 
müəl  lim dən öyrəndiklərini daima tətbiq etməyə çalış-
dıq la rını xüsusilə qeyd edir: “Beş uşaq böyüdüb, beş 
evə çevril mişik və atamızın yolunu davam etdirərək 
öz ailələrimizdə də onun ya ratdığı nizam-intizam və 
qoyduğu qayda-qa nu nu tətbiq etməyə çalışırıq”;
–  oğlu,  hüquq  üzrə  elmlər  doktoru  Rəşad  Qurbanov 
hər  cəhətdən  Afad  müəllimə  bənzəmək  istəməsin-
dən,  onun  məs  lə hət ləri  ilə  hərəkət  etməsindən,  eyni 
zamanda Qur banov soya dını şərəflə qoruyacağından 
fəxrlə danışır;
–  qızı, tibb üzrə elmlər doktoru Fərəh Qurbanova Afad 
müəl limi məhz alimlər ailəsinin başçısı kimi qiy mət-
ləndirir:  “Bir  vaxt  ailəmizdə  tək  alim  olmuş,  əvvəl 
ana mızı, sonra isə beş öv ladını elmi yola yönəltmiş, 
bir müəl lim, bir alim kimi bizə həm örnək, həm dəstək 
olmuşdur”. Bu sözlərin davamı olaraq de yirik: “Afad 
müəllim  bir  alim  kimi  bütövlükdə  millətinin  gənc-
lərinə  dəstək  olub.  Ye tiş dirdiyi  70-dən  artıq  fəlsəfə 
doktoru da de diklərimizi sübut edir;
–   qızı,  filologiya  üzrə  elmlər  doktoru  Fidan  Qur banova 
özü nün bir dilçi kimi formalaşmasında Afad müəl limin 
çox böyük rolu olmasından ürəkdolusu danışır: “Mən 
Afad  müəllim  kimi  bir  alimin  davamçısı  olmaq  mə-
suliyyətini dərk edirdim. Hiss edirdim ki, müsbət elmi 
nə ticələr böyük, gərgin zəhmətin sayəsində əldə edilir”;
–  oğlu,  hüquq  üzrə  elmlər  doktoru  Ramin  Qurbanov 
Afad  müəllimlə  daha  çox  ünsiyyətdə  olmasını,  xü-
susən də onun iç dünyasına daha dərindən bələdliyini 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
122
vurğulayır: “Hə yatımı gö zümün önündən keçirirkən 
mən atamı hə mişə tələbkar, ali cənab, ağır təbiətli bir 
insan kimi görür düm, tanıyırdım. Lakin son illər ər-
zində  mənə  onunla  daim  ünsiyyətdə  olmaq  imkanı 
nəsib oldu...”
Bütün  bunlar  bir  daha  sübut  edir  ki, Afad  müəllim 
təkcə cəmiyyətdə yox, başçılıq etdiyi ailədə də nüfuz sa-
hibi olub. Digər tərəfdən, onun ailədəki və cəmiyyətdəki 
fəaliy yəti  nəinki  bir-birinə  mane  olurdu,  əksinə,  biri  di-
gərini bütün səviyyələrdə tamamlayırdı. Bu da, heç şüb-
həsiz ki, Afad Qurbanovun hünəri idi.
“Xatirələr” bölməsindəki yazılarda Afad müəlli min 
elmi və pedaqoji fəaliyyəti ilə bağlı bir sıra mə sə lələr öz 
ək sini tapdığı üçün onların hər birinə, qısa da olsa, mü-
nasibət bildirmək lazım gəlir. Məsələn belə
–  akademik  Mahmud  Kərimov  Afad  Qurbanovun  tə-
şəb büsü və iştirakı ilə tərtib edilmiş ortaq türk əlifbası 
la  yihəsinin 1993-cü ildə Türkiyədə türkdilli dövlətlə-
rin  nü mayəndələrinin  toplantısında  qəbul  edildiyini 
xüsusilə də yər ləndirir, bununla belə, alimin “Ümumi 
dilçilik” kita bı nın ali təhsil müəssisələri üçün milli zə-
mində yazılmış ilk dərslik olduğunu göstərir;
–  professor Misir Mərdanov Afad Qurbanovun təd risin 
təş kilində nizam-intizama, qayda-qanuna zərgər də-
qiq liyi  ilə  əməl  etdiyini  və  hamını  buna  çağıran  bir 
ida rə edici olduğunu, zən gin və unikal iş təcrübəsinin, 
yüksək təşkilatçılıq bacarı ğı nın respublika rəhbərliyi 
tərəfindən  nə zərə  alınaraq  onun  fakültə  dekanı  və-
zifəsindən  birbaşa  ali  məktəb  rektoru  kimi  məsuliy-
yətli bir vəzifəyə irəli çə kildiyini faktlarla əsaslandırır;
–  akademik  Arif  Mehdiyevin  analitik  təhlillərindən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
123
belə məlum olur ki, Afad Qurbanov təkcə Azərbaycan 
 Res  publikası  deyil,  başqa  ölkələr  üçün  də,  xüsusilə 
1984–1989-cu il lərdə SSRİ Elmlər Akademiyası Sovet 
Tür ko loq ları Komitə si nin sədr müavini və Tədris-Me-
todiki Böl məsinin rəhbəri və zi fələrində çalışarkən bü-
tün postsovet məkanı üçün yüksəkixti sas lı elmi kadr-
ların  –  türko loq ların  yetişdirilməsində  öz  ba ca rığını 
əsirgəməmişdir;
–  professor  Şükrü  Haluk  Akalın  Azərbaycan  dili  ilə 
bağlı ilk bilikləri məhz Afad Qurbanovun kitabların-
dan öy rəndiyini, onomastikaya dair monoqrafiyaları-
na dəfə lər lə istinad etdiyini, eləcə də onunla sədaqətli 
dostlu ğu nun 30 ildən artıq bir zaman kəsiyini əhatə 
etdiyini qa bardır;
–  akademik  Məmmədağa  Şirəliyev  Afad  Qurbanovun 
“Azər baycan onomastikası” (1986), “Azərbaycan ono-
ma  lo  gi ya sı  məsələləri”  (1986),  “Azərbaycan  dilinin 
ono  ma lo giyası” (1988) əsərlərinə yüksək dəyər verir, ey-
ni zamanda onun redak tor luğu ilə 7 minə qədər toponi-
mi əhatə edən lüğətin nəşrə hazır olduğunu qeyd edir;
–  akademik Budaq Budaqov Afad Qurbanovun ümu mi 
dilçilik, Azərbaycan dilçiliyi və türkoloji dilçiliyin in-
ki şafın da kı misilsiz rolunu, həmçinin istedadını, nü-
fuzlu alim olmasını, işgüzarlığını, yüksək mədəniyyət 
sahibi ki mi başqalarından kəs kin şəkildə fərqlənməsi-
ni müxtəlif bucaqlar altında diqqətə çatdırır;
–  akademik Abel  Məhərrəmov Afad  Qurbanovun  dil-
çili yin müxtəlif sahələrinə həsr olunmuş 70-dən artıq 
kita bı və 500-dən çox məqaləsini filologiya tariximizin 
bəzəyi  kimi  sə ciy yələndirir,  bununla  yanaşı,  dilimi-
zin incəlik lə rini tədqiq edən və ona elmi status verən 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
124
alimlər sırasında Afad müllimin xüsusi yeri olduğunu 
da nəzərdən qaçırmır; 
–  akademik  Ziyad  Səmədzadə Afad  Qurbanovu  yal nız 
nü fuzlu alim, əsl müəllim kimi deyil, həm də ictimai 
xa dim kimi qiymətləndirir, onun respublika parla men-
tin dəki  alovlu  çıxış larını  –  ölkə  rəhbərliyi  qarşısında 
Qarabağ müharibəsi, ölkədə siyasi sabitlik və qa nunun 
aliliyinin tə min olunması, hərc-mərcliyin aradan götü-
rülməsi kimi ciddi məsələlər qaldırdığını xa tırladır;
–  akademik Bəkir Nəbiyev Afad müəllimin bey nəl xalq 
elmi  simpoziumlarda  Azərbaycan  dilçiliyini  həmişə 
yüksək elmi səviyyədə təmsil etdiyini, onun Moskva-
da,  keçmiş  SSRİ-nin  türkdilli  respublikalarının  pay-
taxtlarında,  eləcə  də  qardaş  Türkiyənin  Ankara,  İs-
tanbul, Qeysəriyyə kimi şəhərlərində ke çirilmiş yük-
səksəviyyəli  elmi  məc lis lərdəki  çıxışlarının  də fə lər lə 
şahidi olduğunu vurğulayır;
–  akademik  Rasim  Əfəndiyevin  fikrincə,  Afad  Qur-
banovun latın qrafikalı Azərbaycan əlifbasına keçidlə 
və ortaq türk əlifbasının yaradılması ilə bağlı fəaliyyə-
ti, “Cu cikənd da ş üs tü yazıları” əsəri həm ümumdilçi-
lik, həm və təndaşlıq yan ğısından qaynaqlanmışdır;
–  akademik Teymur Bünyadova görə, Afad müəllim bö-
yük və təkrarsız alim, əsl ziyalı, nüfuzlu müəllim idi, 
en  sik lo pedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, 
də rin mü şa hidə qabiliyyətinə malik idi;
–  akademik Fuad Qasımzadə Afad Qurbanovun əsər lə-
rinin Asiya və Avropanın bir sıra ölkələrində yayıldı-
ğını, İranın Məşhəd şəhərindəki İmam Rzanının məş-
hur elmi kitabxa na sın da özünə yer aldığını, ABŞ, Tür-
kiyə, Alma ni ya,  Macarıstan,  Yunanıstan,  Finlandiya, 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə