Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
129
nik tərkibi ilə bağlı çox zəngin və qiymətli materiallar 
vardır. İndiki ictimai-siyasi hadisələrlə bağlı Nax çı van 
toponimlərini  öyrənmək  ta ri ximiz,  dilimiz,  mənəvi 
mədə niy yətimiz  üçün  çox  əhə miy yətlidir.  Toponim-
lər  ermənilərin  Nax çıvana  qarşı  əsassız  id dialarına 
cavab vermək üçün tarixin şahidləri, milli var lığımızı 
təs diqləyən söz abidələridir...”;
–  professor  Şükür  Əlizadə Afad  Qurbanovu  daha  çox 
bir ali məktəb rektoru kimi xarakterizə edir, elmi şu-
radakı  prin si piallığını  isə  onun  ən  əsas  keyfiyyətlə-
rin dən  biri  he sab  edir:  “El mi  şurada  qəbul  edilmiş 
qə rarların düzgün lü yü nü təmin edir və onun yerinə 
ye ti rilməsini izləyirdi. Bu nun üçün hər iki şuradan bir 
verilmiş qərarların icrası üzrə nə zarət komissiyasının 
he sa ba tını  dinləyirdi.  Onun  prin si piallığı  və  proble-
min həllində ar dı cıllığı kollektivdə gələ cək də müxtəlif 
sahələrdə rəhbər ola biləcək şəxslər for malaşdırırdı”;
–  mən isə (Əzizxan Vəli oğlu Tanrıverdi) Afad Qur ba -
no vun dilçiliyə dair bir sıra əsərlərini təhlil süzgəcin-
dən keçir mi şəm. Burada cəmi bir fikrimi eynilə təq-
dim edi rəm: “...Afad Qurbanovun əsərlərində dünya 
dillərindəki  universallıq,  ümum bəşəri  dil  və  vahid 
yazı  sisteminin  inki şaf  etdirilməsi,  ter mi no logiyanın 
zən ginləşdirilməsi  kimi  problemlər  barədə  ma raqlı 
təhlillər verilmişdir”;
–  professor  Nəbi  Əsgərov  Afad  Qurbanovun  çox  nü-
fuzlu bir dekan olduğunu tutarlı faktlarla əsaslandırır: 
“...Əbdüləzəl  Dəmirçizadə,  Feyzulla  Qasımzadə,  İs-
mayıl Şıx lı, Ağamməd Abdullayev və başqa görkəmli 
alimlər Afad müəllimlə hesab laşır, onun idarəçiliyin-
dən razı qalırdılar”;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
130
–  professor  Yaqub  Qurbanov Afad  Qurbanovun  elmi-
pe  da qoji potensialının zənginliyini şərh edərkən prof. 
Mi sir Mər danovdan belə bir sitat təqdim edir: “Əgər 
Azər bay can Dövlət Pe daqoji Universiteti bir anadırsa, 
Afad müəllim onun böyük oğludur”. Hər iki müəllif 
haqlıdır;
–  professor Bayram Hacıyev Afad Qurbanovla təkcə qo-
hum yox, həm də dost, sirdaş olmasını xüsusi olaraq 
qa bardır: “O, sirrini qohumlar içində bircə mənə açar-
dı. Çün ki, dediyim kimi, uşaqlıqdan bugünə kimi bir 
yerdə ol muş duq. O, gö zəlliyi, namusu, qeyrəti, dost-
luğu, mərdliyi çox sevərdi...”; 
–  professor  İsmayıl  Kazımov  Afad  Qurbanovun  Azər -
bay can dilçiliyi tarixində elmi konfransların təşəb büs-
çüsü və təşki latçısı kimi şöhrətləndiyini onun ən mü-
hüm keyfiyyətlərindən biri kimi qəbul edir: “Təsadüfi 
de yildir  ki,  Azərbaycan  ono mas tikası  problemlərinə 
həsr edilmiş respublika konfransları, “Azər baycan nitq 
mədəniyyəti  problemləri”,  “Azərbaycan  ter mi no lo gi-
ya sı problemləri”, “Ortaq türk dili problemləri” və s. 
konfranslar məhz Afad Qurbanovun adı ilə bağlıdır”; 
–  professor  Mahmud  Allahmanlı  Afad  Qurbanovun 
san  bal lı  əsərlərinə,  qeyri-adi  təşkilatçılıq  qabiliyyəti-
nə, əsl peda qoq olmasına, rektor vəzifəsində işlədiyi 
il lərdə  ins titutu  yenidən  qurmasına  və  xalq  deputa-
tı  kimi  fəaliyyətinə  mü nasibət  bildirərkən  fikirlərini 
konkret faktlarla əsaslan dırır;
–  dosent Zabit Məmmədov Afad Qurbanovun yüksək 
mə  nəvi keyfiyyətlərini vurğulamağı daha vacib hesab 
edir: “Afad müəllim çox ədəbli, mədəni bir insan idi, 
davranı şın da  etik  nor maları  həmişə  gözləyirdi,  bö-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
131
yük-kiçik yeri bi lər, pərdə sax la yardı. Dostluqda çox 
sədaqətli, eyni za man da sadə adam idi. Və zifə də gör-
dü, şan-şöhrət də, de putat da oldu, ancaq heç za man 
insanlara yuxarıdan aşağı bax madı... Vüqarlı, əyilməz 
şəxsiyyət idi”;
–  professor  Ramazan  Qafarlı  Afad  Qurbanovun  əsər-
lərinin  mötəbər  istinad  mənbələrindən  birinə  çevril-
di yin dən söz açır: “Afad Qurbanov dərslikləri və elmi 
monoq rafiyaları  ilə  özünə  və  xalqına  möhtəşəm  bir 
abidə  ucaldıb.  Bu  gün  ümumi  dilçilik,  türkologiya, 
müasir Azərbaycan dili, onomalogiya sahəsində boş-
luq  tapmaq  çox  çətindir. Alimin  dəyərli  tədqiqatları 
məsə lə lərin əsaslı şəkildə öy rənil məsində tələbələrin, 
aspirantların, orta məktəb müəl limlərinin və tədqiqat-
çıların yardımçısına çevrilir”; 
–  filologiya üzrə elmlər doktoru Həcər Hüseynova Afad 
Qurbanovun elmi əsərlərinin məziyyətlərindən, həm 
də  bir  insan  kimi  sadəliyi  və  müdrikliyindən  bəhs 
edir,  fikrini  təsdiq  üçün  Mir  Cəlaldan  gətirdiyi  sitat 
isə olduqca tə bii qarşılanır: “Ancaq bir fərq vardır ki, 
günəşin batdı ğı nı hər kəs görüb bildiyi halda, vətən 
üçün zəkavət çırağı olan bir vücudun söndüyünü çox-
ları bilmirdi”;
–  filologiya üzrə elmlər doktoru Kamil Bəşirov və şair 
Əli Rza Xələfli Afad müəllimin bir neçə səciyyəvi cə-
hə tini də qiq ləşdirirlər: mənsub olduğu xalqın dilinə, 
mə nə vi varlığına dərin dən bağlı idi, daim elmi dərin-
liklərə  can  atır dı,  təkcə  elmi  mək təb  yaratmamışdı, 
həm də elmin bö yük hamisi idi, “tələbələrin atası idi” 
adı ona təsadüfi ola raq verilməmişdi, qurucu, yaradı-
cı bir insan idi... 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
132
–  dosent  Vaqif  İsrafilov Afad  Qurbanovun  elmi-pe da-
qo ji  əsərlərinə  münasibət  bildirməklə  yanaşı,  onun 
ic timai  fəaliyyə ti nin  bəzi  tərəflərini  də  işıqlandırır: 
“Qara bağ  problemi  ilə  bağ lı  Moskvaya  göndərilmiş 
beş depu tat la Afad Qurbanov nüma yəndə heyətinin 
üzvü kimi Kreml də öz münasibətini bildirmiş, proble-
min həlli ilə bağlı bir sıra dəyərli fikirlər söyləmişdir”; 
–  filologiya üzrə elmlər doktoru Aslan Bayramov Afad 
Qurbanovun  yurda  bağlılığını,  doğulduğu  Qərbi 
Azər  baycanı – əzəli və əbədi torpaqlarımızı yadından 
çı xarma dığını onun ən xa rakterik cəhətlərindən hesab 
edir: “Hiss olunurdu ki, Afad müəllim doğma el-oba-
ya, əslinə-kökünə qırılmaz tellərlə bağlı bir insan idi. 
Boya-başa çatdığı yerlərin adını elə yerli-yerində xa-
tırlayırdı ki, sanki indicə oranı tərk etmişdir. Milli-et-
nik yaddaşa belə güclü bağlılıq onun bir insan kimi 
mənəvi əzə mətini göstərirdi”;
–  filologiya  üzrə  fəlsəfə  doktoru  Almaz  Məmmədova 
Afad Qurbanovun xalqımızın dili, tarixi və etnoqra-
fiyası  ilə  bağlı  yazdıqlarının  sanballı  mənbələr  sıra-
sında öz yeri oldu ğu nu qeyd etməklə kifayətlənmir, 
onun ölməz ruhu qarşısında baş əydiyini də poetik bir 
dillə canlandırır: “...Ba ğışla, bağışla məni, ata əvəzim, 
müəllimim, unudul maz, sadə, səmimi Afad müəl lim. 
Ruhun şad olsun! Ağla yan, dolaşıq fikirlərimi misra-
lar  et dim,  yanan  qərənfillərə,  ağ layan  ağ  güllərə  çe-
virdim, üstünə səp mək istədim. Əllə rim üşüdü. Ömür 
yollarımda hər zaman işıq saçacaq, mə şəl olacaq Sizin 
ölməz ruhunuz qarşısında baş əyirəm”;
–  Bakı  şəhəri,  181  saylı  orta  məktəbin Azərbaycan  di-
li  və  ədəbiyyatı  müəllimi  Aybəniz  Quliyeva  Afad 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə