Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
142
ÇİÇƏKLƏNSİN ONOMASTİKA
Oqtay  Rzanın Afad  müəllimə  həsr  etdiyi  şeir  belə 
ad   lanır: “Səsi yurd harayı, Vətən səsidir”. Cəmi 4 bənd-
dən  ibarət  bu  şeirin  ümumi  ruhundan,  semantik  tutu-
mundan açıq-aydın müşahidə edilir ki, şair vəsf et diyi 
qəhrəmanını  daha  yaxından  tanıyır.  Bu  da  tə sa düfi  de-
yil. Belə ki, Afad Qurbanovun sağlığında şair Oq  tay Rza, 
demək olar ki, hər gün onunla görüşər, müx  təlif mövzu-
larda söhbətlər apa rar dı... Heç şüb hə siz ki, həmin şeirin 
təbii və canlı alınmasında bu mo tivin rolu danılmazdır.
“Səsi yurd harayı, Vətən səsidir” şeirinin birinci bən-
dində Afad müəllimin alimliyi deyil, məhz müəllimliyi qa-
bardılır.  O,  min-min  tələbənin  müəllimi,  keçmiş APİ-nin 
ür fan (bilik, ka mal, maarif...) çırağı kimi vəsf edilir:
Dərs deyib sevdiyi məzunlar min-min
Artıb hərarəti, odu qəlbinin:
Ürfan çırağıdır keçmiş APİ-nin
AFAD MÜƏLLİM!
Azərbaycan  dilçiliyində,  ümumən  türkologiyada 
“Ono    mas tika”,  xüsusən  də  “Azərbaycan  Onomastikası 
Mək tə binin  ba nisi”  dedikdə  yada  məhz  Afad  Qurbanov 
düşür.  Tə sadüfi  de yil  ki,  haqqında  bəhs  etdiyimiz  şeirin 
ikinci bən dində də da ha çox Afad müəllimin bu keyfiyyəti 
– möh təşəm zəka sahi bi nin mil lə tinə ömürlük bağlanması, 
Ono mastikanın çiçəklənmə si yo lun da bütün gücü ilə çalış-
ması kimi cəhətləri qabardılır:
Ömürlük bağlanıb millətə, xalqa,
Bu böyük istedad, möhtəşəm zəka.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
143
Deyir: – Çiçəklənsin onomastika...
AFAD MÜƏLLİM!
Bəllidir ki, Afad Qurbanov çoxşaxəli elmi yara dı cılığa 
malik  bir  dilçi  kimi  dilimizin  inkişafı  və  saflığı  uğ runda 
daim ça lışıb. Bu mənada Oqtay Rzanın onu “Ana di li mizin 
keşik çi sidir”  deyə  təqdim  etməsi  təəccüb  do ğurmur,  ək-
sinə, olduqca təbii qarşılanır:
Səsi yurd harayı, Vətən səsidir,
Şöhrət abidəsi, Qorqud irsidir.
Ana dilimizin keşikçisidir
AFAD MÜƏLLİM!
Şeirin  sonuncu  bəndində  bütün  varlığı  ilə  xalqına 
bağ lı olmuş Afad Qurbanovun akademikliyinə işarə edilir, 
da ha doğ rusu, o yorulmaq bilməyən bir elm adamı, aka-
demik kimi tə rənnüm edilir:
Məramı mahala, elə köməkdir,
Güc, ilham mənbəyi halal əməkdir.
Yorulmaq bilməyən akademikdir
AFAD MÜƏLLİM!
Oqtay Rza Afad müəllimin obrazını yaradarkən dili mizin 
bü tün imkanlarından, xüsusən də “ömürlük bağlan maq”, “qəl-
binin hərarəti artmaq” kimi frazeoloji vahid lə rindən məha rətlə 
is tifadə  etmiş,  eyni  zamnda  yaratdığı  al literasiyalar  (m-m-m. 
Dərs deyib sevdiyi məzunlar min-min...), assonanslar (incə sait-
lərin assonansı. Vətən səsi, di  li mizin keşikçisi...), epitetlər (möh-
təşəm zəka...), meto nimiyalar (çiçəklənsin onomastika...) və di-
gər vasitələrlə poetik mənanı qüvvətləndirməyə çalış mış dır.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
144
ŞİRİNDİ ALİM QİSMƏTİ
Zəki  İslamın  yaradıcılığında  Afad  Qurbanova  həsr 
olunmuş iki şeirə rast gəlinir: “Var”, “100 dilər”. Şair bun-
lardan birincisini 1995-ci ildə, ikincisini isə 1999-cu ildə ya-
zıb. Hətta ikinci şeirin yazılma tarixi və səbəbini də də qiq-
liklə göstərib: “100 dilər”. Akademik Afad Qur  ba novun 70 
il liyinə həsr edirəm. Zəki İslam. Bakı, 10 yan var 1999-cu il”.
Üç bənddən ibarət “Var” şeirində müəmmadan (hərf 
və rə  qəmlərdə ifadə olunan klassik şeir formalarından biri; 
mən zum  tapmaca)  istifadə  olunduğu  üçün  hər  üç  bəndi 
ar dıcıl ola raq təqdim etməyi zəruri hesab edirik:
 
Ara-axtar, tarixləri yada sal,
Fərasətdə böyük xalqım, elim var.
Atam, babam mənliyini atmayıb.
Tanı məni, eralarda əlim var.
Qayaların sinəsini oxu bax,
Unudulmaz qılınc, qalxan, oxu bax.
Rəbbim qismət özü verib oxu bax,
Bəxtiyaram, dildə bəmim, zilim var.
Ana dilim anam kimi dünyada,
Nizamdı Afata, qurbanam ada.
Oğul olan mənlik verməz bir yada,
Vermərəm, Zəkiyəm, sərbəst dilim var.
Şeirdə  xalqımızın  qədimliyi,  müdrikliyi,  böyüklüyü, 
mən liyini yadlara satmayan olduğu obrazlı şəkildə canlan-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
145
dı rılıb. Ana dilimizin zənginliyi isə “Ana dilim anam kimi 
dün yada” tip li misralarla tərənnüm edilib. Şairin alim qəh-
rəmanı Afad Qur banov da məhz xalqının əsrlərdən sü zülüb 
gələn dilini sevə-sevə araşdırır, eyni zamanda onun in kişafı 
və zənginləşməsi uğrunda yorulmaq bilmədən çalışır.
Qeyd etdiyimiz kimi, “Var” şeiri müəmma for ma sın-
dadır. Həmin müəmmanın izahı isə belədir: misraların əv-
vəlindəki ilk hərflər ardıcıl sıralanaraq oxunduqda birbaşa 
“Afat  Qurbanov”  antroponimik  modeli  alınır,  yəni  gizlə-
dilmiş şəkildə ifadə edilmiş ad açıq-aydın şəkildə görünür. 
Əlavə edək ki, Zəki İslam “Var” şeirinin sonunda belə bir 
qeyd  verib:  “Mis raların  birinci  hərfləri  ilə Afat  Qurbanov 
oxunur”. Deməli, şair yaratdığı müəmmanın açılışını da ve-
rib. Bu da maraqlıdır ki, şair müəmmadan istifadə et mək lə 
yanaşı,  üçüncü  bəndin  ikinci  misrasında  (Nizamdı  Afa ta, 
qurbanam ada) “Afat” əsl şəxs adını işlədir, sonra isə “qurba-
nam ada” ifadəsini verir. Heç şübhəsiz ki, “Afad Qur banov” 
modelindəki “Afad” adı ikinci mis rada əsl şəxs adı (Afat), 
“Qurbanov” soyadı isə apelyativ (qur ban – qur banam ada) 
kimi  verilib.  Fikrimizcə,  şairin  bu  cür  for ma lar dan  istifa-
də etməsi onun Afad müəllimə olan sonsuz mə həb  bəti ilə 
bağlıdır.  Şair  poetik  mənanı  qüvvətlən dir mək  üçün  digər 
vasitələrdən  də  istifadə  edib.  Məsələn,  as so nanslar  (qa lın 
saitlərin  assonansı.  Unudulmaz  qılınc,  qal xan,  oxu  bax...), 
zəngin qafiyələr (əlim-zilim-dilim), “var” sözünün rədif ki-
mi işlədilməsi, təşbehlər (Ana dilim anam kimi dünyada...), 
frazeoloji vahidlər (yada salmaq, mənliyini atmaq...)...
Zəki İslamın “100 dilər” şeiri də müəm ma forma sın-
da dır. Üç bənddən ibarət bu şeirdə də mis ra ların əvvəlin-
də ki ilk hərfləri ardıcıl sıralayaraq oxuduqda məhz “Afat 
Qurbanov” antroponimik modeli alınır.


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə