Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
176
lən dirməliyik...”,  –  deyən  Afad  Qurbanov  “Azərbaycan 
ono mastikası”  ilə  bağlı  gö rüləcək  ən  mühüm  işlərin  isti-
qamətlərini  də  müəyyənləşdirir.  Bunlardan  bir  neçəsinə 
diqqət yetirək: hidronimlər ayrıca onomastik lay kimi öy-
rə nilməlidir;  xüsusi  adlar  qrupuna  daxil  edilmiş  kte ma-
tonimlərlə bağlı konkretləşdirmə işi aparmağa ciddi ehti-
yac var; xüsusi adlar qrupunda etnonimlərin yeri dəqiqləş-
diril məli, eyni zamanda etnonimlər bütün türkdilli xalqla-
rın ərazisi və tarixi ilə bağlı şəkildə öyrənilməlidir; xüsusi 
adlar zonalar üzrə tam toplanılmalı və bu zaman mikroto-
po nimlər yaddan çıxarılmamalıdır; onomastik vahidlərin 
tə ləffüzü və ya zılışında müəyyən sabitlik və vahidlik yara-
dılmalıdır;  adya rat mada  qısa  və  konkretlik  prinsipi  əsas 
gö tü rülməlidir;  transkrip si ya  prosesində  xüsusi  adın  fo -
netik tərkibinin süni şəkildə də yiş dirilməsinin qarşısı alın-
ma lıdır...  Müqayisə  və  qarşılaşdır ma lar  göstərir  ki, Afad 
Qurbanovun dəqiqləşdirdiyi bu istiqa mət lərin, demək olar 
ki, hamısı dilçiliyimizdə nəzərə alınmış və bir tədqiqat ob-
yekti kimi sistemli şəkildə öyrənilmişdir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
177
AZƏRBAYCAN ONOMALOGİYASININ
İNKİŞAF PERSPEKTİVLƏRİ
“Azərbaycan  ono mas tikası  problemlərinə  həsr 
olun  muş  III  elmi-nəzəri  konfran sın  materialları”nda 
(Bakı, 1990) Afad Qurbanovun “Azərbaycan onomas ti-
kasının  inkişaf  perspektivləri”  adlı  məqaləsi  verilib. 
Bu rada əvvəlcə 1986–90-cı illərdə Azərbaycan ono mas  ti-
ka sı ilə bağlı yerinə yetirilmiş işlərin ümumi mən zərəsi 
can lan dırılır.  APİ-də  yaradılmış  “Ono mastika  Mər-
kəzi”nin təşəbbüsü ilə 1986 və 1988-ci illərdə onomasti-
ka prob lemlərinə həsr olunmuş ümum itt ifaq səviyyəli 
iki bö yük elmi konfransın keçirilməsi diqqətə çatdırı-
lır.  Eyni  zamanda  bu  dördillik  qısa  za man  kəsiyində 
onomastika ilə bağlı çap olunmuş üç mo noqrafiya xü-
susilə fərqləndirilir: “Azərbaycan ono mas tikası” (1987-
ci  ildə  BDU-nun  əmək daş ları  tərəfin dən  çap  olunub), 
“Azərbaycan dilinin ono mas tikası” (1987-ci ildə EA-nın 
Nəsimi adına Dilçilik İns ti tutunun əmək daşları çap et-
dirib), “Azərbaycan dilinin ono ma logiyası” (1988-ci ildə 
Afad Qurbanov çap etdirib, 30 çap vərəqi həcmindədir). 
Bu  monoqrafiyaları  Azərbay can  onomastikasının  son 
nailiyyətləri kimi dəyərlən dir miş Afad Qurbanov Azər-
baycan  onomastikası  ilə  bağlı  bir  sıra  perspektiv  və-
zifələrin də qarşıda durduğunu gös tərib. Bu da, əsasən, 
aşağıdakıları əhatə edir:
–  Azərbaycan dilinin onomastik leksikası tam, küll ha-
lın   da toplanılmalı və bunlar sistemli şəkildə antro po-
nim lər, topo nim lər, etnonimlər, hidronimlər, kte ma-
to nim lər başlığı altında qruplaşdırılmalıdır; 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
178
–  praktik onomastik tədqiqatları daha da gücləndir mək 
üçün Azərbaycan onomastikasına dair izahlı lüğətlər 
tər tib  edilməlidir.  Baxmayaraq  ki,  Azərbaycan  şəxs 
ad  la rı na dair bir neçə lüğət nəşr olunub, yaxud 7 min 
to ponimik  va hidin  izahı  verilmiş  “Azərbaycan  topo-
nimlər lüğəti”nin nəşri başa çatmaq üzrədir;
–  onomastik sistemin diaxronik və sinxronik isti qa mət-
də fundamental şəkildə tədqiqini reallaşdırmaq üçün 
ilk növbədə Azərbaycan onomastikasının tədqiqi me-
tod  la rının elmi əsasları işlənib hazırlanmalıdır; 
–  onomastik tədqiqatların səviyyəsini yüksəltmək üçün 
onomoloq kadrlar yetişdirilməli, onlara düzgün is ti-
qa mətlər verilməlidir.
Qeyd edək ki, 1990-cı ildən sonra Azərbaycan dilçili-
yin də  yuxarıda  göstərilənlərin  bir  qismi  öz  elmi  həllini 
tap mışdır. Digər bir qismi isə hələ də problem olaraq qal-
maqdadır.  Məsələn, Azərbaycan  onomastikasına  dair  bir 
sıra lüğətlər çap olunsa da, indiyə qədər bu sahə ilə bağlı 
sanballı  izahlı  lüğətlər  çap  olunmayıb,  etimoloji  lüğətlər 
isə yox dərə cə sindədir. Burada müəllifin bir fikrini eynilə 
təqdim etmək la zım gəlir: “Bütün bu vəzifələrin yerinə ye-
tirilməsi  Azərbaycan  onomalogiyasının  inkişafına  ancaq 
və ancaq kömək edə bilər”. Müəllif haqlıdır. Bu mənada 
onun Azərbaycan onomastikası ilə bağlı qarşıya qoyduğu 
vəzifələrin,  dəqiqləşdirdiyi  istiqamət lə rin  hər  biri  yerinə 
yetirilməlidir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
179
AZƏRBAYCAN ONOMASTİKASININ
MÜASİR PROBLEMLƏRİ
Afad Qurbanov “Azərbaycan onomastika prob lem  -
lə ri nə həsr olunmuş IV elmi-nəzəri konfrans”ın da təş-
ki  latçısı  və  əsas  məruzəçisi  olub.  Onun  “Azərbaycan 
ono  mastikasının  müasir  problemləri”  adlı  məruzəsi  də 
“Azər baycan onomastikası problemləri” (Bakı, 1993) adlı 
top luda məhz ilk məqalə kimi verilib. 
Məqalənin  əvvəlində  bir  atribut,  sosial  işarə  funk-
si yasını yerinə yetirən onomastik vahidlərin əhəmiyyəti 
ba rə də əsaslan dı rılmış fikirlər söylənilir: “Onları öyrən-
mək  lə... xalqın tarixi, dili və çoxsahəli həyatının bir sıra 
mü hüm  məsələlərini  aşkara  çıxarmaq,  dilin  lüğət  tərki-
binin  bütövlükdə  xarakteristikasını  vermək,  dil  tarixi, 
dialek to logiya  və  üslubiyyata  dair  mühüm  qanunauy-
ğunluqları  aş kara  çıxarmaq,  tarix,  etnoqrafiya,  so si olo-
giya, coğrafiya, və başqa elmlərin bəzi mühüm prob lem-
lə rinin  açılmasına  kö mək  etmək  mümkün  ola  bilər...” 
Yalnız bu sitata isti nad etməklə Afad Qurbanovun Azər-
baycan  onomas ti kası  mə sələlərinə  nədən  bu  qədər  həs-
saslıqla yanaşmasının, xü susi diqqət yetirməsinin səbəb-
lərini müəyyənləşdirmək olar.
Afad  Qurbanov  bu  məqaləsində  bir  sıra  məsələlərlə 
ya na şı,  1986–1993-cü  illərdə  Azərbaycan  onomastika sı na 
dair  sis tem li  tədqiqat  işlərinin  meydana  çıxması,  Azər -
baycan  topo nim ləri  və  antroponimlərinin  daha  çox  araş-
dır  ma lara cəlb edilməsi, bu tip vahidlərin həm də tarixi-
lin qvistik  müstəvidə  öyrənilməsi  kimi  məsələlərdən  də 
bəhs edir. Bu isə IV Onomastika konfran sı na qədərki za-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə