Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
172
boyat, qıpçaq, xəzər, türk, ilxıçı), morfoloji (qırıqlı, ab dallı, 
qullar,  türklər,  cəfərli,  xəlilli,  təbrizli,  xoylu)  və  sin taktik 
(abdullauşağı,  hürüuşağı,  ərəbuşağı)  üsulla  yaran ma-
sından bəhs olunmuş və hər bir üsul uyğun nümunələrlə 
əsas lan dırılmışdır.
“Toponimika”  adlanan  üçüncü  hissə  47  məqalədən 
iba rətdir. Bu hissədə Qız qalası, Şamxor, Dərələyəz, Bər-
də, Quş çu, Qazançı, Xındırıstan, Ordubad və s. toponimlər 
haq qında geniş məlumat verilmişdir. B.Budaqov, Y.Yu si-
fov, S.Mol la zadə, O.Molçanova, Ə.Cavadov, X.Xanma qo-
medov, F.Şah ba zov və başqalarının toponimik vahid lə rin 
tarixi-linqvistik təhlilinə həsr olunmuş məqalələri el miliyi 
və orijinallığı ilə diqqəti cəlb edir.
“Hidronimika”  bölməsindəki  məqalələrdə  mikro 
və  mak rohidronimlərdən  bəhs  olunur,  hidronimlərin 
 leksik-semantik xü susiyyətləri, yaranma yolları və mənşə-
yi sis tem li şəkildə araşdırılır.
“Poetik  onomastika”  bölməsində  klassik  və  müasir 
ədə biy ya tımızda  işlənən  ayrı-ayrı  adların  üslubi  xüsu-
siyyətləri izah edi lir. Bu mənada “Folklorda işlənən şəxs 
ad larının  poetik  xüsu siyyətləri”  (Q.Mustafayeva),   “Bədii 
ədəbiy yat da  xüsusi  adların  komik  təbiəti”  (Q.Kazı mov), 
“Nizaminin əsər lərində etnik adlar” (Ə.Şükürov), “C.Məm-
məd qulu zadənin  nəsr  və  dram  əsərlərindəki  topo nimlər 
və danışıq dili” (Q.Bağırov) və s. kimi məqalələr maraqla 
qarşılanır.
Sonuncu bölmə “Digər onomastik problemlər” ad la-
nır. Burada onomastik vahidlər və apelyativlər arasın da-
kı leksik-semantik əlaqədən, terminlərin formalaşmasında 
ono mastik  lek si kanın  rolundan,  Azərbaycan  leksikoq ra-
fiyasında onomas tik vahidlərin əks olunmasından, adların 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
173
qısaldılmasının  qram matik  və  üslubi  xüsusiyyətlərindən 
bəhs olunur.
“Azərbaycan  onomastikası  problemlərinə  dair”  kon-
fransın  materialları  xalqımızın  tarixini,  mədəniyyətini, 
di li ni  və  etnoq ra fiyasını  öyrənmək  baxımından  qiymətli 
mən bədir. Əmi nik ki, bu materiallar Azərbaycan onomas-
ti kasının inkişafına müs bət təsir göstərəcək.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
174
AZƏRBAYCAN ONOMASTİKASININ
MÜASİR VƏZİFƏLƏRİ
Afad Qurbanov 1988-ci il aprelin 15-də “Azər bay can 
onomastikası problemlərinə həsr olunmuş II elmi-nəzəri 
konfrans”da ilk məruzəçi kimi “Azərbaycan ono mas tika-
sı nın  müasir  vəzifələri”  mövzusunda  cıxış  edib.  Konf-
ransla bağlı nəşr edilmiş məcmuədə də (B a kı, 1988) ilk 
olaraq onun məqaləsi verilib.
Məqalənin  girişində  Azərbaycan  onomastikası  prob-
lem lə rinə həsr olunmuş I konfransdan (1986) II konfransa 
(1988)  qədərki  dövr  ərzində  respublikamızda  onomastika 
ilə bağlı gö rülmüş işlər barədə, bir növ, hesabat xarakter-
li məlumat verilir. Məsələn, Afad Qurbanov I Onomastika 
konfransının əhəmiy yə tini belə səciyyələndirir: “...Bu müd-
dət ərzində konfransın tə siri və hərtərəfli rolu aydın su rətdə 
özünü göstərir. Konfrans, hər şeydən əvvəl, ono mas tikanın 
öyrənilməsinə marağı daha da artırmış, respub li ka mətbu-
atında  onomastikanın  müxtəlif  prob lem lərinə  aid  bir  sıra 
elmi məqalələr, kitabçalar və monoq ra fiyalar çap olunmuş-
dur. Həmçinin bir neçə namizədlik və dok tor luq dissertasi-
yası müdafiə edilmişdir...” Sonra isə ümumi şə  kildə ifadə 
etdiyi bu fikirlərini konkretləşdirir, ayrı-ayrı müəs si sə lərdə 
onomastika ilə bağlı görülmüş işlərin qısa xülasəsini verir: 
–  diqqətə çatdırır ki, EA-nın Nəsimi adına Dilçilik İns ti-
tu  tunda “Azərbaycan dilinin onomastikası” (1987) ad-
lı kitab çap olunub, Qara Məşədiyev “Qafqazın Azər-
bay can topo nim ləri”, Fikrət Xalıqov isə “Azərbaycan 
mik ro to ponimiyası” möv zusunda doktorluq disserta-
siyaları üzə rində işləyirlər;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
175
–  göstərir ki, EA-nın Coğrafiya İnstitutunda 1974-cü il-
də yaradılmış Toponimika şöbəsi 1987-ci ildə Xəritə-
çilik  şöbəsi  ilə  birləşdirilərək  “Xəritəçilik  və  toponi-
mi ka”  böl məsi  adlan dı rılıb.  Həmin  bölmədə  isə  8 
nəfər namizədlik (fəlsəfə doktoru), 1 nəfər doktorluq 
dis sertasiyası  üzərində  işlə yir,  eyni  zamanda  bölmə 
əməkdaşları 1986–87-ci il lərdə 1 kitab və 30-dan artıq 
məqalə çap etdiriblər;
–  müəyyənləşdirir ki, ADU-da (BDU-da) Tofiq Əh mə-
dov “Azərbaycan toponimlər sistemi” adlı doktorluq 
dis sertasiyası  müdafiə  edib  (1987),  Musa  Adilov  və 
Ay dın Pa şayev “Azər bay can onomastikası” adlı kitab 
çap etdi rib lər (1987), Əlövsət Abdullayevin rəhbərlik 
etdiyi Azər baycan dilçiliyi kafedrasında 100-ə qədər 
tələbə  Azərbay can  toponimlərindən  diplom  işi  yaz-
mışdır, Nadir Məm məd ov “Azərbaycan oronimiyası” 
adlı doktorluq disserta siya sını başa çatdırmışdır;
–  vurğulayır  ki,  APİ-də  onomastik  fond  ya ra dılıb, 
“Azərbaycan  dilinin  onomalogiyası”  adlı  dərslik  ha-
zır la nıb,  Kamil  Bəşirov  “Azərbaycanın  mürəkkəb 
qu ru  luşlu topo nim ləri” (1986), Nəbi Əsgərov “Azər-
baycan  hid ro nimləri”  (1986),  Əzizxan  Tanrıverdi yev 
“XVII–XIX əsrlər Azərbaycan an tro ponimləri” (1987) 
mövzularında dis sertasiya müdafiə et miş lər...
Bütün bunlar sübut edir ki, Afad Qurbanov Azər bay-
can onomalogiyasının 1986–87-ci illərdəki inkişafını də qiq-
liklə izlə yib. Bu da tarixi onomalogiya, ümumən dil çi lik ta-
riximiz baxımından əhəmiyyətlidir.
“Əldə olunan nailiyyətlər bir daha aydın göstərir ki, 
dil çi li yimizin bu mühüm sahəsinin tədqiqini daha da güc-
lən dirməli, onomastik axtarışları dərininə və eninə geniş-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə