Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
159
Uğur qazandıqca haqqın yolunda,
Durmadan artırdı yetirmələri.
Səfləri görəndə sağı-solunda.
Bir-bir unudurdu “itirmə”ləri!
“İzlər”  şeirində  emosionallıq  və  ekspressivlik  yara-
dan va sitələr kifayət qədərdir. Bunları belə qruplaşdırmaq 
olar: assonanslar (incə saitlərin assonansı. Keçmişinə təşnə 
elin qəlbində...; qalın saitlərin assonansı. Uğur qazandıq-
ca haqqın yo lunda...), alliterasiyalar (s-s-s. Səfləri görəndə 
sa ğı-so lunda...),  anaforalar  (Hər  yerdən  ləyaqət  gəzirdi 
fəqət//Hər gözəl adından iffət, nəzakət//Hər igid adından 
qeyrət, cə sarət...), frazeoloji vahidlər (can atmaq, bağrı bağ-
lı olmaq...), təşbehlər (Qalatək baxıb hər şəhərə...)... Şeir-
dəki axıcılıq, melodiyalılıq, eləcə də poetik məna də rinliyi 
məhz bu tip vasitələrlə yaradılmışdır.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
160
EY ALİM, PEDAQOQ –
TÜRKOLOQ AFAD!
Bu  başlıq  Buta  Sadıqovun  Afad  Qurbanova  həsr 
et  diyi  bir  bəndlik  şeirin  son  misrasıdır.  Bir  başlıq  ki-
mi  götürdüyümüz  bu  misranın  ümumi  semantik  yükü 
Afad müəllimin elmi-pedaqoji fəaliy yətinin mühüm bir 
his səsini işarələndirir. Konkret desək, bu misrada Afad 
mü əllimin məhz bir alim, türkoloq, pe daqoq ol du ğu öz 
əksini obrazlı şəkildə tapıb.
İlk olaraq qeyd edək ki, dosent Buta Sadıqov şair de-
yil, amma tələbə yoldaşı, dostu, həmkarı, kafedra müdiri 
olmuş Afad Qurbanovun 70 illik yubileyi ilə bağlı yazdığı 
ki çik  bir  yazıda  ürək  sözlərini  həm  də  şeirdə  ifadə  edib. 
Bəl kə də, o, düşüncələrini şeirə çevirəndə belə fikirləşib ki, 
yazdığı misralar dostu üçün ən gözəl hədiyyə olar, ru hunu 
oxşayar...
Şeirdə Afad müəllim zamanın nəbzini tutan müdrik 
bir insan, dilçiliyi inkişaf etdirən nüfuzlu alim, əsl peda qoq 
kimi tərənnüm edilir. Afad müəllimə müraciətlə yazıl mış 
bu şeirdəki obrazlılıq isə daha çox “ömür karvanı”, “nəb-
zini tutmaq”, “qol-qanad vermək” frazeoloji vahidləri və 
alliterativ tipli qafiyələrlə (qol-qanad – pedaqoq – tür ko-
loq: qol-qoq-loq) yaradılıb:
70 il yol gəlir ömür karvanın,
Nəbzini tutmusan hər an zamanın.
Sən müdrik oğlusan Azərbaycanın,
Dilçilik elminə verdin qol-qanad,
Ey alim, pedaqoq – türkoloq Afat!


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
161
Bu  şeir  parçası  Buta  Sadıqovun  “Ömrün  70  baharı” 
adlı məqaləsinin sonunda verilib. Maraqlıdır ki, Buta mü-
əllim  hə min  məqalənin  ilk  abzaslarını  da  obrazlı  bir  dil-
lə işıqlandırıb: “Hər bir insanın öz aləmi, öz dünyası var! 
Şairlər, nasirlər kimi, alimlərin də öz mənəvi dünyası var. 
Belə alimlərimizdən ən ləyaqətlilərindən biri tələbəlik illə-
rini  bir  auditoriyada,  bir  ya taqxanada  keçirdiyimiz Afad 
Qurbanovdur. Onun, bütün olmasa da, həyatının müəyyən 
hissəsi gözlərim önündə bir kino lenti kimi canlanır”. Bu 
kiçik parça təkcə ifadə tərzinə görə yox, həm də məz mu-
nuna, mənasına görə yuxarıdakı misralarla səs ləşir. Digər 
tərəfdən, bu parça ilə beş misradan ibarət şeirin mən  tiqi 
bağlılığı semantik dinamikanın da məhz həmin şeir par-
çası ilə tamamlandığını təsdiqləyir. Heç şübhəsiz ki, fikrin 
bu cür ifadəsi uyğun sintaktik mühitlə bağlıdır. 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
162
XÜSUSİ ADLARIN
SÖZ DÜNYASI VAR
Həcər Hüseynova bir sıra maraqlı şeirlər müəl li fidir. 
Bu şeirlərdən biri də elmi rəhbəri olmuş Afad Qur banova 
həsr et diyi beş bənddən ibarət “Ey alim!” şei ridir. Baş-
lığa  çıxardı ğımız  “Xüsusi  adların  söz  dün yası  var”  adı 
da həmin şe irin birinci bəndinin üçüncü mis rasıdır. Bu 
misra isə Afad Qurbanovun “Azər bay can Onomastikası 
Məktəbi”nin ba nisi olmasını birbaşa işarələndirir.
Həcər  Hüseynova  “Elm  fədaisi”  məqaləsində  gös tə-
rir: “Afad Qurbanovun Azərbaycanda “Onomastika Mək-
tə  bi”nin,  “Onomastika”  elmi  cəmiyyətinin  və  ”Onomas-
ti ka”  elmi  jurna lı nın  yaradıcısı,  təsisçisi  kimi  xidmətləri 
bö yükdür... Azərbaycan dilçiliyində xüsusi adların tədqiqi 
A.Qur banovun adı ilə bağ lı dır”. Müəllif məhz bu fikirlər-
dən sonra aşağıdakı bəndi təq dim edib (bu bəndin birinci 
misrasındakı “insan” sözü sonrakı nəşr lərdə “alim” sözü 
ilə əvəz edilib):
Hər insan ömrünün öz dünyası var,
Dünyanı görməyə göz dünyası var,
Xüsusi adlarıın söz dünyası var,
Sən həmin dünyanın şahı, ey alim!
Bu bəndin ümumi semantik tutumu onu deməyə əsas 
verir ki, müəllif elmi üslubda ifadə etdiklərini, demək olar 
ki, şeirdə eynilə canlandıra bilib.
Şair ustadını – Afad müəllimi elm yollarının mayakı, 
ul  duzu, günəşi, mahı kimi vəsf edərkən onun dilçi oldu-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
163
ğunu xü su silə qabardır. Və belə məqamlarda ən kiçik de-
tal ları belə mənalandırmağa çalışır. Hətta dərələrdən, düz-
lər dən  yazdığını,  yəni  oronimlərlə  bağlı  araşdırma  apar-
dığını da diqqət mər kə zində saxlayır:
Hərdən qanunları, sözləri yazdın.
Hərdən dərələri, düzləri yazdın.
Hərdən gah özünü, bizləri yazdın,
Oldun insanların pənahı, alim!
Azərbaycan  dilçiliyində  “apelyativ  vahid”  və  “ono-
mas tik vahid” terminlərini ilk dəfə olaraq işlədən, həm də 
bu  tip  ter minləri  intensivləşdirən  məhz  Afad  Qurbanov 
olub. Onun əsər lərində apelyativlərdən onomastik vahid lə-
rə keçid, daha doğ rusu, onomastik vahidlərin, əsasən, apel-
ya tiv vahidlər əsasında ya ranmasının fəlsəfi əsasları müəy-
yən ləşdirilir,  həmçinin  bu  terminlərin  “AV”,  “OV”  ixtisar 
for malarında təqdimi kimi mə sə lələrdən geniş və sistemli 
şə kildə  bəhs  olunur. Afad  Qur banovla  bağlı  təqdim  etdi-
yimiz belə bir sintaktik mühiti ilk dəfə olaraq poetik dil lə 
ifa də edən, onu şeirə çevirən isə məhz Həcər Hü sey no va dır:
AV-dən OV-yə körpü yaratdın.
Xüsusi sözlərdən şəhər yaratdın.
Dil qanunlarıyla zəfərə çatdın.
Oldun dilçiliyin şanı, ey alim!
Həcər  Hüseynovanın  lirik  qəhrəmanı  qayğıkeş  ata, 
gözəl müəllim olub... Şair bu nurlu insanın yoxluğu ilə heç 
cür barışa bilmir. O, yenə də şair üçün əlçatmaz zirvədir, 
uca bir dağdır, o, yenə də yaşayır, yenə də sağdır:


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə