Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
192
uy ğun hazırlandığını qə bul etməyən müəllif haqlı olaraq 
gös tərir: “Məlumdur ki, topo nimin xüsusiyyətlərini açmaq 
üçün linqvistik təfəkkürə və axtarışa da zərurət vardır. Hər 
bir toponim sözdür, söz də dil çiliyin tədqiqat obyektidir. 
Elə buna görə də toponim haqqında dil çi tədqiqatı, dilçi 
mü  lahizəsi  əvəzsiz  əhəmiyyət  kəsb  edir...  hər  bir  to po-
nimin hərtərəfli, düzgün tədqiqi üçün üç elmin – dil çi lik, 
tarix  və  coğrafiyanın  nailiyyətlərinə,  elmi  tələb  və  prin  -
siplərinə  əsaslanmaq  gərəkdir”.  Müəllif  digər  onomas tik 
lüğət lər  haqqında  da  bu  cür  arqumentləşdirilmiş  fikirlər 
söyləyir.
Məqalənin  sonunda  ifadə  edilmiş  fikirlər  isə  hər  bir 
türkün ürəyincədir: “Hazırda dünyada 200 milyondan ar-
tıq türk yaşa yır. Türk xalqlarında işlənən şəxs adlarını top-
la yıb, əhatəli və irihəcmli “Ümumtürk ensiklopedik şəxs 
ad ları  lüğəti”  hazır lan sa,  türk  dünyası  üçün  ən  qiymətli 
lin qvistik hədiyyə ola bilər”.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
193
TÜRK MƏNŞƏLİ ŞƏXS ADLARI
DÜNYA XALQLARINDA
Afad  Qurbanovun  “Türk  mənşəli  şəxs  adları  dün-
ya xalqlarında” adlı məqaləsi “Azərbaycan ono mas ti ka sı 
problemlərinə  həsr  olunmuş  VIII  elmi-nəzəri  kon fran -
sın materialları”nda çap olunub (Bakı, 2000, səh. 3-27).
2000-ci ilə qədərki araşdırmalarda türk mənşəli şəxs 
adlarının  başqa  dillərdə  işlənməsindən  kifayət  qə dər 
bəhs olu nub. Amma Afad Qurbanov problemə tam baş-
qa  kon tekst də  yanaşır,  konkret  desək,  dünya  dillə rin-
dəki  türk  mən şəli  şəxs  adlarının  sistemli  şəkildə  linq-
vistik tədqiqata cəlb edilməsinin aktuallıq kəsb et diyini 
əsaslandırır.
Problemin  ciddiliyini  nəzərə  alan  müəllif  ilk  olaraq 
baş qa dillərdə işlənən türk mənşəli apelyativlər – apelyativ 
türkizmlər barədə müyyən təsəvvür yaradır. Dəqiq desək, 
onların tematik qrup larını müəyyənləşdirir: qohumluq və 
dostluq  bildirən  söz lər,  qida  və  yemək  adlarını  bildirən 
söz  lər, geyim və parça adla rını bildirən sözlər... Başqa dil-
lər dəki apelyativ türkizmlərdə tür kün qədimliyi, böyük lü-
yü, mənəvi dünyasının zənginliyi ya şayır. Elə buna görə 
Afad  Qurbanov  bu  cür  faktlara  söykənərək  maraqlı  bir 
açıq lama verir: “Qədim türkizmlərin tarixi XII əsrə məx sus 
qədim rus dili nümunəsi olan “İqor polku dastanı”nda çox 
bariz şəkildə görünür. S.Markov slavyan dillərindəki tür -
kizmlər haqqında obyektiv olaraq demişdir:
Ulu “İqor dastanı”nda
sıx otlar kimi


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
194
Slavyan dillərində
Bitmişdir qıpçaq sözləri”.
Heç şübhəsiz ki, dünya dillərində təkcə apelyativ yox, 
həm də onomastik türkizmlər kifayət qədərdir. Bu mə nada 
Afad  Qurbanovun  dünya  dillərindəki  türk  mənşəli  şəxs 
adlarını araş dırma obyekti kimi götürməsi təsadüfi deyil.
Afad Qurbanov “Türk mənşəli şəxs adlarının yayılma 
arealı” başlığı altında üç məsələyə aydınlıq gətirir ki, bun-
ların da hər birinə ayrılıqda münasibət bildirmək lazım gə-
lir:  1)  Ya yıl ma  tarixi.  Burada  türk  mənşəli  şəxs  adlarının 
başqa xalqların dilində işlənmə tarixinin çox qədim olduğu 
göstərilir və nü munə kimi belə bir fakt təqdim olunur: “XII 
əsrdə gürcü şahı nın vəzirlərindən birinin adı türk mən şəli 
Qutlu Arslan ol muş dur. Diqqətlə izlənib araş dır ma lar apa-
rılsa, şübhəsiz ki, türk adlarının özgə dillərə keç mə, yayıl-
ma tarixi daha uzaqlara ge dib çıxa bilər“. Bu fi kirlərin da-
vamı olaraq qeyd edirik ki, Qut lu Arslan an troponiminin 
daşıyıcısı gürcü yox, məhz türkdür, qıp çaq dır; 2) Yayılma 
səbəbi. Müəllif burada üç əsas səbəb gös tərir: türk qəbilə 
və tayfaları başqa xalqlara nisbətən yer üzü nə daha geniş 
yayılıb; dünyada türklərin 160-dan çox döv ləti olmuşdur 
ki, bu da antroponimika sahəsinə öz tə sirini göstərib; türk-
lərin  yaratdığı  şəxs  adları  poetikliyi,  ahəngdarlığı,  cəlbe-
diciliyi  və  gözəlliyi  ilə  fərqlənib;  3)  Ya yılma  coğrafiyası. 
Müəllifə görə, türk mənşəli şəxs adla rının yayılma coğra-
fiyası belədir:
1. Asiyada türk adları;
2. Avropada türk adları;
3. Afrikada türk adları;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
195
4. Avstraliyada türk adları;
5. Amerikada türk adları.
 
Afad Qurbanov türkologiyada ilk dəfə olaraq müx tə-
lif dil lər də işlənən türk mənşəli şəxs adlarını 9 istiqamətdə 
qrup  laş dırıb. Bunların ümumi mənzərəsi daha aydın gö-
rün sün de yə aşağıdakıları təqdim edirik:
1)  Türk mənşəli şəxs adları hind-Avropa dillərində. Bu 
sis temdə təkcə türk mənşəli deyil, həm də türk dilləri 
vasitəsilə  hind-Avropa  dillərinə  daxil  olmuş  alınma 
şəxs ad ları da verilib. Məsələn, qaraçı dilində: Şeker, 
İb rahim,  Qa dirbey,  Adil  Kərim  oğlu...  (bu  sistemdə 
yal nız  “bəy”  və  “oğlu”  leksemləri  türk  mən şəlidir); 
tacik dilində: Sulton, Sul tonbek, Bekmuxammed... (bu 
sistemdə yalniz “bek” titulu türk mənşəlidir); osetin 
dilində: Aslan, Xan, Beq, Denqiz Elbay...; kürd dilin-
də: burada iki istiqamət əsas götürülüb: eynilə kürd 
dilində  işlənən  türk  mən şəli  adlar:  Saç lı,  Aybəniz, 
Anabacı, Gülbahar... (“Gülbahar” şəxs adı nın apelya-
tivləri fars mənşəlidir); türk mənşəli, eləcə də müsəl-
man adlarının (İslam dini ilə bağlı olan adlar) kürd di-
linin fonetik sisteminə uyğunlaşdırılmış şəkildə işlə-
dilməsi: Nazlı – Nazo, Qara – Qaro, Sarı – Saro, Həsən 
–  Haso...;  tat  və  talış  dil lərində:  Qorxmaz,  Dönməz, 
Sol maz, Çiçək, Yasəmən... (bura da kı “Yasəmən” adı-
nın apel ya tivi fars mənşəlidir); serb dilində: Qaranfila 
(Qərənfil)...; rus dilində: Uşakov, Başmakov, Bula tov, 
Kutu    zov... (bu rada verilmiş “Bulatov” familiyasında-
kı “bu lat” (polad) apel yativi fars mənşəlidir); erməni 
dilində: Atabek, Dur sun, Donmaz, Çiçak, Narqiz... (bu 
sis temdəki “Narqiz” adı yu nan mənşəlidir)... Adi bir 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə