Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
196
sadalanmanı  xatırladan  bu  de tallarda  müəllifin  gər-
gin əməyi, çoxsaylı mənbələrə dönə-dö nə istinad et-
məsi aydın şəkildə görünür;
2)  Türk mənşəli şəxs adları Altay dillərində. Afad Qur   -
banov müxtəlif mənbələrə istinad edərək yazır: “Altay 
dilləri ailəsini türk, monqol, tunqus, mancur dil qrup-
ları, Koreya və yapon dilləri təşkil edir. Monqol dilləri 
qrupu türk dillərinə da ha yaxındır”. Müəllif məhz bu 
cür faktları əsas götürdüyü üçün türk mənşəli heç bir 
şəxs adını nü munə kimi göstərməyib;
3)  Türk  mənşəli  şəxs  adları  Qafqaz  dillərində.  Müəl lif 
Qafqaz  dilləri  ailəsinə  daxil  olan  Kartvel  (İber), Ab-
xaz-Adıgey, Nax, Dağıstan dilləri qruplarındakı türk 
mən şəli  şəxs  adlarının  bir  sıra  səciyyəvi  cəhətlərini 
mü əyyənləş di rib. Burada bəzi nümunələri təqdim et-
məklə kifayətlənmək olar: gürcü dilində: Aslan, Timu-
ri, Atabeq, Eteri (Yetər), Durmuşxan... (əsl şəxs ad ları); 
Buğadze,  Beqlaraşvili,  Ku çu  kaşvili...  (familiyalar); 
adı  gey  adları  sistemində:  Aslan,  Raşid...;  nax  dilləri 
qru  punda (çe çen və inquş dillərində): Aslan, Beqxan, 
Şi rin...;  Dağıstan  dil ləri  qrupunda  (avar,  lak-dar-
gin,  ləz gi-tabasaran,  şahdağ  yarım qrup larından  iba-
rətdir): Aqa, Bayram, Bekağa, Aydemir, Aslan, Kara... 
(ki şi adları); Bequm (Bəyim), Xanum (Xanım)... (qadın 
ad ları)... Bu cür tutarlı faktlar Azərbaycan türklərinin 
Cə nubi Qaf qazda aparıcı etnos olduğunu arqument-
ləşdirir (burada veril miş Raşid, Şirin... adlarının apel-
yativləri türk mənşəli deyil);
4)  Türk  mənşəli  şəxs  adları  Ural  dillərində.  Müəllifin 
araş dırmalarından məlum olur ki, türk mənşəli şəxs 
ad ları daha çox ud murt və mari dillərində müşahidə 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
197
olunur:  Ak bay,  İşbay,  Ba laş,  Tutar...  (udmurt  dilin-
də); Arslan, Yoltaş, Timır, Karlıqaç (qaranquş)... (mari 
 dilində);
5)  Türk mənşəli şəxs adları Paleoazi dillərində. Eski mos 
dilində işlənən qədim türk adları maraqla qarşılanır: 
Al tun, Arqu, Tonqal...;
6)  Türk mənşəli şəxs adları Sami-Hami dillərində. Bəl li dir 
ki, ərəb, yəhudi və amxar dilləri Sami dillərinə da xil-
dir. Müəllif yəhudi və amxar deyil, ərəb dilindəki türk 
mən şəli şəxs adların dan geniş şəkildə bəhs edir. Türk 
antroponimikasının Misir, həm çinin İraq ərəblərinin ad 
sis temində xüsusi yer tutduğunu konkret nü munələrlə 
əsas landırır. Hətta müxtəlif sanballı mən bələrə istinad 
et məklə  qədim  ərəb  antroponimika sın dakı  “Sa bur” 
şəxs adı nın “Sabir” türk etnonimi əsa sında yarandığı-
nı da göstərir. Ən əsası isə ərəb dilin də ki türk mənşə-
li şəxs adlarını çox saylı nümunələr kon tekstində şərh 
edir. Burada həmin nü mu nələrdən bir neçəsini təqdim 
etməklə kifayətlənmək olar: Bulaq, Təmir, Buğac, Buğ-
rac, Doğdu, Ağsunqur, Göy bori, Gündoğuş...;
7)  Türk mənşəli şəxs adları Avstronez dillərində. Müəl  li-
fin araşdırmalarından aydın olur ki, türk mənşəli şəxs 
adları Avs tronez dillərinin polinez, melanez və mik-
ronez dilləri qrupunda deyil, indonez dilləri qrupun-
da mü şa hidə edilir: Sarı, Qara, Sultan... (türk ad siste-
mində in ten sivliyi ilə fərqlənən hökmdar, hakim, şah, 
dövlət başçısı anlamlı Soltan//Sultan an troponiminin 
apelyativi ərəb mənşəlidir);
8)  Türk mənşəli şəxs adları Amerika dillərində. Kon kret 
faktlar olmadığı üçün müəllif belə bir açıqlama verir: 
“Bu  prob lem  türkoloqlarımızın  ən  ümdə  işi  olmalı 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
198
və çox saylı türk dillərinin qüvvət və qüdrəti faktlarla 
aydınlaş dırıl   malıdır”.  Tə əs süf  ki,  bu  problem  türko-
logiyada hələ də öz elmi həllini tapmamışdır;
9)  Türk mənşəli şəxs adları Avstraliya dillərində. Bu dil-
lərdə Aysel, Elçin, Sevil kimi türk mənşəli şəxs adla-
rının işlən diyini əsas götürən müəllif yazır: “Avstra-
liya  dillərindəki  türk  şəxs  adlarının  öyrənilməsi  də 
ümumtürk  antroponimiyası  problemlərinin  vacib 
sahəsi kimi diqqət mərkəzində olmalıdır”.
Afad Qurbanov “Türk antroponimlərindən başqa dil-
lərdə  istifadə  olunma  formaları”ndan  bəhs  edərkən  yad 
dil lərdə eynilə işlənən türk mənşəli adlar (gürcü dilində – 
As lan, Eldar, Teymur...; ləzgi dilində – Ağalar, Atakişi, Da-
daş...; erməni di lin də – Yaşar, Dursun, Aslan, Baba...; ud-
murt dilində – Elbay, Qa ra...), yad dillərdə dəyişiklik edi-
lərək istifadə olunan türk mənşəli adlar (udmurt dilində – 
Adnabay – Adnabəy, Baybulat – Baypolad...; mari dilində 
– Timır – Dəmir, Arslan – Aslan...; gür cü dilində – Tar xan 
– Tərxan, Çinara – Çinar, Tenqiz – Də niz...; er məni dilin-
də – Çiçak – Çiçək, Gumuş – Gümüş...), yad dil lər də türk 
mənşəli etnonimlər əsaslı familiyalar (gürcü di lin də – Xun-
dadze, Xazaradze, Tatarişvili...; erməni dilin də – Hun yan, 
Avşaryan, Xalaçyan...), yad dillərdə türk mənşəli antro po-
nimlər əsaslı familiyalar (gürcü dilində – Beqi – Beqiaşvili, 
Ali xan – Alixanaşvili...; erməni dilində – Baba – Babayan, 
Ba la – Balayan...)... 
Afad  Qurbanov  yad  dillərdəki  etnonim  əsaslı  famili-
ya larla bağ lı maraqlı fikirlər söyləyir: “Yad dillərdəki türk 
mənşəli familiyalar tarixi və etnik cəhətdən çox məsə lə lərin 
açılmasında açar rolunu oynaya bilər. Şəxs adı başqa dilə 
asanlıqla  keçə  bilər,  lakin  familiya,  soyad,  nəsil  adı  mü-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə