Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
188
dair” (1914) əsərində türk adlarına dair deyilmiş bəzi fikir-
lərin saf-çürük edildiyini, eyni zamanda ümum türk adver-
mə qaydalarına nəzər salındığını  vurğulayır.
A.Qurbanov “XX əsrin II yarısında ümumtürk antro-
po  nim lərinin tədqiqi“ məsələlərini təhlil müstəvisinə gəti-
rər kən əvvəlcə 1950-ci ildən 1960-cı ilə qədərki zaman kə-
siyində  apa rıl mış  antroponimik  tədqiqatlara  münasibət 
bildirir, L.Roşani, Z.Muxamedova, Ə.Cəfəroğlu, Ə.Dəmir-
çi zadə  kimi  alimlərin  şəxs  adlarına  dair  əsərlərindəki  ən 
mü hüm detalları işıqlandırır. Sonra isə müəllif ümumtürk 
antroponimlərinin  toplanması  və  yeni  metodlarla  tədqiq 
olun masının 1960-cı illərdən xü susi vüsət aldığını əsas gö-
türərək bu dövrlərdəki antroponimik tədqiqatlara dörd is-
tiqamətdə münasibət bildirməyi daha məq bul hesab edir. 
Məsələn belə:
–  60-cı  illərdə  (XX  əsrin  60-cı  illəri  nəzərdə  tutulur). 
İlk  olaraq  bu  illərdə  antroponimiya  üzrə  tədqiqat-
lar apar mış alim lərin adları və milli mənsubiyyətləri 
gös tə rilməklə sa dalanır ki, bu da, bir növ, ümumtürk 
an troponimiyasının  coğrafiyasını,  ümu mi  mənzərə-
sini əks etdirir: A.Qur ba nov, M.Adilov, M.Ço ba nov, 
Q.Mustafayeva,  Z.Sadıqov, A.Pa şayev,  Ə.Tanrıverdi-
yev...  (azər baycanlı),  Şemsettin  Kut lu,  Abdulhaluk 
Çay, Aydil Erol... (türk), Z.Muxa me do va, Q.Saparov, 
S.Ata niyazov...  (türkmən),  M.Quboqlo,  S.Ku roq lo, 
G.Qaranfil...  (qaqauz),  T.Januzakov,  S.Kenes ba yev... 
(qa zax), B.Oruzbayeva, K.Kalilov, Ş.Japarov... (qır  ğız), 
Q.Sattarov,  Q.Yusupov,  İ.Bolşakov...  (tatar),  E.Beq -
ma   tov, F.Abdullayev, T.Nafasov... (özbək)... Heç şüb  -
həsiz ki, bir məqalə çərçivəsində bu dilçilərin əsərləri 
barədə ge niş təhlillər vermək mümkünsüzdür. Buna 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
189
görə  də  müəl li fin  bəzi  görkəmli  dilçilərin  əsərləri 
ba rədə  yığcam  məlu matlar  verməsi  təbii  qarşılanır. 
Məsələn, alim qeyd edir ki, T.Januzakov əsl qazax ad-
la rının yaranma yolları, leksik-semantik xüsusiyyətlə-
ri, eləcə də türk xalqlarında advermə ənənələri kimi 
məsələləri  sistemli  şəkildə  araşdırıb.  Yaxud  müəllif 
göstərir  ki,  Ş.Sədiyevin  “Adlar  necə  yaranmışdır?” 
(1969) kitabçasında bəzi adların meydana çıxması və 
on ların əlamətləri nəql edilir;
–  70-ci illərdə. Afad Qurbanov bu illərdə Türkiyə türk -
lə rinin, tatar, qırğız, yakut, başqırd, altay, türkmən və 
qaqauzların antroponimikası ilə bağlı təkcə elmi-nəzə-
ri  deyil,  həm  də  prak tik  işlərin  yerinə  yetirildiyini 
ümumiləş diril miş şəkildə təqdim edir. Bəzi dilçilərin 
antroponimik  tədqiqatlarından  isə  ayrıca  bəhs  edir. 
Məsələn,  tatar  dilçisi  Q.Sattarovun  “Tatar  onomas-
tikasının  inkişaf  mərhələləri  və  növbəti  vəzifələri” 
(1970),  “Tatarıstan  MSSR-in  antro po  nimləri”  (1973) 
adlı əsərlərində tatar antroponimlərinin mənşəyi, ya-
ranma və inkişaf yolları, qədim tatar adları, iki hecalı 
qədim  adların  asan  tələffüzü  və  s.  kimi  məsə lə lərin 
geniş və sistemli şəkildə araşdırıldığını gös tərir; türk-
mən  dilçisi  S.Ataniyazovun  “Adın  nədir?”  (1978)  ki-
ta bın da türkmən şəxs adlarının mənası, yaranma yol-
ları, ad qoy ma qaydaları kimi məsələlərin hər birinin 
geniş şəkildə işıq landırıldığını diqqətə çatdırır;
–  80-ci  illərdə.  Müəllif  bu  illərdə  ümumtürk  antropo-
nim  lərinə  dair  monoqrafik  tədqiqatların,  eləcə  də 
lek sikoq ra fik  işlərin  üstünlük  təşkil  etdiyini  konk-
ret  faktlarla  əsas lan dırır.  Eyni  zamanda  T.Kusimo-
va,   A.Şayxulov,  O.Mir zə yev,  H.Əli yev,  M.Çobanov, 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
190
A.Pa şayev  və  başqa  alim lə rin  antropo nim lər lə  bağlı 
əsərlərini xüsusi olaraq dəyər ləndirir;
–  90-cı  illərdə.  Afad  Qurbanov  ümumtürk  antropo-
nim  ləri  ilə  bağlı  araşdırmalar  aparmış  E.Beqmetov, 
S.Tun  çay,  Q.Mustafayeva,  M.Çobanov,  G.Qaranfil, 
Ə.Tan rıver di yev  kimi  tədqiqatçıların  əsərlərinə  yük-
sək qiymət ver mək lə yanaşı, bu problemə dair Bakı, 
Aşqabad, Almatı, Daşkənd, Səmərqənd kimi türk şə-
hərlərində elmi-nəzəri konfransların keçirilməsinə də 
münasibət  bildirir.  Ən  ma raqlısı  isə  budur  ki,  Afad 
mü əllim özünün rəhbərliyi ilə ke çirilmiş onomastika 
konfranslarından ayrıca bəhs edir: “Bakıda Pedaqoji 
Universitetin  Azərbaycan  dilçiliyi  kafed ra sının  nəz-
dində 1986-cı ildən “Onomastika Elmi Mərkəzi” yara-
dılmışdır. Bu elmi mərkəz hər iki ildən bir elmi-nəzəri 
konfrans keçirməyi planlaşdırmış və 1986–1996-cı il-
lər də  keçirilmiş  6  konfransda  türk  mənşəli  xalqla-
rın  antro po nimləri  problemlərinə  dair  200-dən  ar-
tıq  məruzə  dinlə nil miş  və  müvafiq  tövsiyələr  qəbul 
 edilmişdir”.
Burada yekun olaraq təkcə onu qeyd edirik ki, Afad 
Qur ba novun bu məqaləsinə istinad olunmaqla türk xalqla-
rı an tro po nimlərinin tədqiqi tarixinə dair sanballı monoq-
ra fiyalar ya zıla bilər.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
191
TƏTBİQİ ONOMALOGİYA
PROBLEMLƏRİNİN HƏLLİ ZƏRURİLİYİ
Afad Qurbanovun “Tətbiqi onomalogiya prob lem -
lərinin həlli zəruriliyi” adlı məqaləsi “Azərbaycan ono -
mas ti kası  problemlərinə  həsr  olunmuş  VII  elmi- nəzəri 
konfran sın  materialları”nda  çap  olunub  (Bakı,  1998, 
səh.3-5). Mü əllif XX əsrin 80-ci illərindən sonra onoma-
logiyanın dil çi liyin müstəqil şöbəsi kimi tam for ma laş-
dı ğını, onun nə zə ri və tətbiqi onomalogiya ol maq la iki 
nö vünün dilçilikdə özü nə yer tapa bildiyini əsas landırır.
Məqalə tətbiqi onomalogiya problemlərinə həsr edil sə 
də, müəllif nəzəri onomalogiya məsələlərinə də müna si bət 
bildirir.  Onomalogiya  ilə  bağlı  tədqiqatlarda  qohum  dil-
lərin, hətta, yeri gəldikcə, yad dillərin materiallarını mü-
qayisə etməyə xü su si yer və əhəmiyyət verməyin də gə-
rəkli olduğunu vurğulayır.
“Dünyanın  bir  çox  xalqlarında  bir  neçə  əsr  bundan 
əv vəl xü 
 
susi adlara dair lüğətlər hazırlanmışdır”, – deyən 
Afad  Qur banov  türk  dillərində,  o  cümlədən  Azərbaycan 
dilində onomas tik lüğətlər olsa da, onların dilçilik elminin 
prinsiplərinə, eyni za manda cəmiyyətin mədəni tərəqqisinə 
tam cavab vermədiyini müxtəlif bucaqlar altında izah edir. 
Toponimlər,  hidronimlər,  etnonimlər  və  antroponimlərə 
dair  sanballı  lüğətlərin  hazırlan ma sının  dilçiliyimiz  üçün 
çox ciddi və məsuliyyətli bir vəzifə olduğunu göstərir.
Təqdirəlayiq  haldır  ki,  Afad  Qurbanov  tətbiqi  dil-
çi  lik də  uğur  qazanmağın  yollarını  da  dəqiqliklə  müəy-
yən  ləş dirir. Mə sə lən, Azərbaycan toponimlərinə dair çap 
olun muş lüğətlərin da ha çox coğrafiya elminin tələblərinə 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə