Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
180
man  kəsiyində Azərbaycan  onomastikası  ilə  bağ lı  görül-
müş işlərin, bir növ, hesabatı təəssüratını yaradır.
Onomastik  tədqiqatlara  zərgər  dəqiqliyi  ilə  yanaşan 
Afad Qurbanovun böyüklüyü ondadır ki, o, təkcə ono mas-
tikanın əhəmiyyətindən bəhs etməklə, yaxud onomastika 
ilə  bağlı  gö rül müş  işləri  sadalamaqla  kifayətlənmir,  eyni 
za man da  ono ma logiya  sahəsindəki  aktual  problemlə-
ri,  qar  şıda  duran  vəzifələri  də  müəyyənləşdirir.  Müəllifə 
görə, belə problemlərin sayı yed didir:
–  müasir  azərbaycanşünaslığın  ən  başlıca  vəzifələ rin-
dən biri kimi dünyanın bütün regionlarında yaşayan 
Azər baycan  türk lərinə  məxsus  onomastik  vahidlər 
top lanaraq tədqiq edil məlidir;
–  onomastik vahidlərin tədqiqində tarixi-müqayisəli və 
qar şılaşdırma metodlarına geniş yer verilməli, Azər-
bay can  dili  onomastik  vahidlərinin  paralelləri  daha 
çox türk, türkmən, özbək, tatar, qaraçay-balkar və s. 
xalqla rın onomastikasında axtarılmalıdır. Burada mü-
əl lif belə bir hökm də verib: “Azər baycan dilinə uzaq 
qo hum olan çu vaş, yakut, şor, qaqauz və başqa türk-
dilli xalqların onomastik leksikasına müraciət etmək 
bizə o qədər də faydalı elmi nəticə verə bilməz”. Fikri-
mizcə, buradakı “qa qauz” sözü yerinə düşmür və onu 
texniki qüsur he sab edi rik: birincisi, ona görə ki, qa-
qauz dili də Azərbaycan di li kimi türk dillərinin Oğuz 
dilləri yarımqrupuna daxildir və bu, türkologiya da öz 
təs diqini çoxdan tapıb: ikincisi, mü asir qaqauz antro-
po nimikasındakı  Arif,  Dəniz,  Demirçi,  Kara,  İnci, 
Züm  rüd, Lalə kimi adlar Azərbaycan antro po ni mikası 
ba  xımından da səciyyəvidir: üçüncüsü, qaqauz dilin-
dəki “oğlu” morfemli soyadlar (Qaşoğlu, Tanasoğlu, 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
181
Ha  cıoğlu...)  birbaşa  dilimizdəki  uyğun  modellərlə 
səs ləşir...; 
–  onomalogiyaya  dair  terminlərin  təkcə  yaradılması 
de  yil,  həm  də  dəqiqləşdirilməsi  diqqət  mərkəzində 
dur  ma lıdır.  Çünki  Azərbaycan  onomastikasına  dair 
möv  cud elmi ədəbiyyatda ono matoloq, onomasioloq, 
ono mastikon,  ono ma siologiya  kimi  ter minlərə  rast 
gə linir ki, bunların da dili mizin mövcud nor ma larına 
uy ğunlaşdırılmasına ehti yac vardır;
–  hər bir lüğətin xalqın yaddaşına çevrildiyini, nə sildən-
nəs lə ötürüldüyünü əsas götürərək Azərbaycan dili nin 
ono mastik vahidlər lüğətinin nəşrinə başlanılmalıdır;
–  onomastik  kateqoriyaların  hər  birinə  dair  müxtəlif 
tipli  atlaslar  tərtib  edilməlidir.  Məsələn,  paleotopo-
nimlər  atlası,  areal  toponimlər  atlası,  toponimlərin 
morfo lo gi yasına dair atlas, paralel toponimlər atlası, 
antroponimlər at lası, etnonimlər atlası...;
–  onomastikanın praktik sahəsində problemlər çox dur: 
onomastik vahidlərin tələffüzü və yazılışında sabitlik 
və  va hid lik  yaradılmalı,  adlarda  çoxkomponentliyə 
yol ve rilməməli, milli familiya quruluşu bərpa olun-
malıdır;
–  sanballı monoqrafiyaların nəşrinə geniş imkan ya ra-
dıl  ma lıdır.
Burada heç bir şərh vermir və təkcə onu vurğulayırıq 
ki, dilçiliyimizlə bağlı bir sıra aktual problemləri, vəzi fə-
ləri müəy yən ləşdirmiş Afad Qurbanovun adı türkolo gi ya-
mızda həmişə hörmətlə çəkiləcəkdir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
182
AZƏRBAYCAN ONOMALOGİYASI
VƏ MÜASİR TƏLƏBLƏR
1994-cü il oktyabrın 20–21-də keçiril miş “Azər bay can 
onomastikası  problemlərinə  həsr  olunmuş  V  el mi-nə zəri 
konfrans”da Afad  Qurbanov  “Azərbaycan  ono ma logiyası 
və müasir tələblər” adlı məruzə ilə çıxış edib. Bu məruzə 
əsasında hazırlanmış məqalə isə “Azər  bay can ono mastikası 
problemləri” (Bakı, 1995) adlı topluda çap olu nub. 
Burada xüsusi adların mənşəyi və etimologiyası, trans -
krip  siyası, düzgün tələffüzü və yazılışı, leksik, se man tik və 
qram matik  xüsusiyyətləri,  xüsusi  adlar  və  icti mai  mühit, 
xüsusi adların estetikası və s. problemlərin mü asir onoma-
logiyanın ən vacib məsələləri kimi diqqət mər kə zində dur-
duğu göstərilir. Am ma bu da var ki, Afad Qur banov əvvəlki 
konfranslarından fərq li olaraq, burada ono mastika ilə bağlı 
çap  olunmuş  əsərlərə  daha  çox  tənqidi  ya  naşır.  Bəzən  isə 
sovet  imperiyası  dövründə  demədik lə rini  təəs süfl ə  ifadə 
edir: “...Türk mənşəli hər bir xüsusi adın tədqiqində dün-
yanın hər yerində yaşayan türkdilli xalq la rın tarixi qarşılıqlı 
şəkildə  araşdırılmalı,  dil  materialları  qar şılaşdırılıb  müqa-
yisəli  şəkildə  öyrənilməlidir.  Çox  təəssüf  ki,  velikorus  şo-
vinizmi milli dillərin bu istiqamətdə öyrənilməsinə həmişə 
əngəl törətmiş, “pantürkist, panis la mist” damğası ilə milli 
tədqiqatçıları həmişə hədələ miş lər”. Müəllifin digər tənqidi 
fikirlərini isə belə ümu miləş  dirmək olar: 
–  toponimlərlə  bağlı  araşdırmalarda  təsvirçilik  meyli 
da ha güclüdür. Bu, Azərbaycan onomastikasına dair 
ke  çi ril  miş 4 elmi konfransın materiallarında aydın şə-
kildə gö rünür;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
183
–  V.A.Juçkeviç  əsassız  olaraq,  eyni  zamanda  heç  bir 
san ballı mənbəyə istinad etmədən “Qafan” toponimi-
ni iran dil li, “Palak” etnotoponimini isə erməni mənşə-
li hesab edir. Halbuki bunların hər ikisi türk mənşəli 
xüsusi adlardır;
–  V.A.Juçkeviç bir sıra Azərbaycan toponimlərini bi lə -
rək  dən  və  ya  bilməyərəkdən  erməni  mənşəli  hesab 
edir. Məsələn, Daşkəsən, Salyan...;
–  Moskvada çap olunmuş “Dünya xalqlarının xörək lə ri” 
adlı  kitabda  türk  mənşəli  “bozbaş”  erməni,  “dolma” 
isə mol da v xalqına məxsus xörək adı kimi verilir. Təd-
qiqatçılar bu tip faktlara kəskin cavablar verməlidirlər;
–  Bakıda onomastik mənzərə çox bərbad vəziyyət də dir. 
Köhnə totalitar rejimin müxtəlif əlamətlərini əks etdi-
rən meydan, küçə, döngə adları hələ də qalmaqdadır...
Afad Qurbanov kimi nüfuzlu bir türkoloqun tənqi di-
nə tuş gəlmiş bu tip problemlərin bir qismi sonrakı dövr-
lərdə öz həllini tapdı. 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə