Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
164
Qayğıkeş ataydın, gözəl müəllim.
Öldü söyləməyə gəlməyir dilim.
Əlçatmaz zirvəsən, dağsan, ey alim.
Yenə yaşayırsan, sağsan, ey alim!
“Ey alim!” şeirində poetiklik yaradan bir sıra va si tələr 
mü şahidə olunur: incə saitlərin assonansı. Öldü söy lə məyə 
gəl məyir dilim...; anafora (Hərdən qanunları, söz ləri yaz-
dın//Hər dən dərələri, düzləri yazdın//Hərdən gah özünü, 
biz lə ri yazdın); zəngin qafiyələr (öz-göz-söz...); frazeoloji 
vahidlər  (di li  gəlmə mək,,  şöhrəti  yayılmaq...);  metonimi-
yalar (Xüsusi sözlərdən şə hər yaratdın...); ədəbi tə ləffüzün 
transkripsiyası (ataydın, qa nun larıyla...)... Bura da bir cəhə-
ti də vurğulayaq ki, şair lirik qəh rəmanının ən səciyyəvi 
cəhətlərini yaradarkən daha çox me tonimiyalara üstünlük 
verib.


165
AFAD QURBANOV
AZƏRBAYCAN ONOMASTİKASINA
DAİR КONFRANSLARIN 
TƏŞKİLATÇISI VƏ
ƏSAS MƏRUZƏÇİSİ KİMİ


166
Afad  Qurbanov  “Azərbaycan  onomastikası  prob-
lem ləri”  ilə  bağlı  konfransların  hər  birinin  təşkilatçısı 
və əsas mə ruzəçisi kimi bütün gücü ilə çalışıb, xal qı mıza 
mi silsiz xid mətlər göstərib. Görkəmli alim bu prob lemə 
dair yeni bir konfrans da keçirmək istəyirdi. De mək olar 
ki, hər şey ha zır idi. Amma ömür vəfa et mədi, o, bu kon-
fransın  məru zə çisi  ola  bilmədi...  “Min  təəssüflər  olsun 
ki, 2009-cu il no yabrın 2-də, növbəti 17-ci konfrans onun 
–  təşkilatçısının  vəfatından  38  gün  son ra  keçirildi...” 
 (İsmayıl Məmmədov)...
1986-cı  il  noyabrın  28-də  APİ-də  “Azər bay  can  ono-
mastikası  problemlərinə  dair”  birinci  elmi-prak tik  kon-
frans  keçirilirdi.  Bu,  Azərbaycan  dilçiliyi,  eyni  za manda 
türkologiya ta rixində onomastika məsələlərinə həsr olun-
muş ilk kon frans idi. Konfransa tanınmış dil çi lər lə yana-
şı, tarixçi və coğra fiyaşünas alimlər də dəvət olun muş du. 
Həm  də  bu  alimlər  təkcə  respublikamızın  deyil,  Ru siya, 
Qazaxıstan,  Qırğızıstan,  Türk mə nistan,  Özbəkis tan,  Gür-
cüstan  kimi  ölkələrin  nüfuzlu  elm  adamları  idi.  Təkcə 
bu fakt konfrans barədə dolğun təəssürat yaradır. Ən azı 
onun coğrafiyasının çox geniş olduğunu, hətta bey nəlxalq 
səviyyəli bir konfrans kimi keçirildiyini sübut edir. Bura-
da istər-istəməz 1926-cı il fevralın 26-dan martın 5-nə kimi 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
167
Bakı şəhərində keçirilmiş I türkoloji qurultay yada düşür. 
“Azər baycan onomastikası”na dair keçirilmiş bu ilk kon-
frans  proqram  və  məramına  görə  məhz  həmin  qurultayı 
xatırladır, onun məntiqi davamı kimi görünür...
Bir məqamı da qeyd edək ki, sanki 60 illik bir zaman 
kə siyindən  sonra  I  Türkoloji  Qurultay  “Azərbaycan  ono-
mas tikası problemləri” adı ilə yeni formada təzahür edirdi. 
Həmin  kon fransın  iştirakçılarından  biri  kimi  fəxrlə  deyə 
bilərəm ki, 60 il dən sonra tanınmış türk alimlərinin bir ara-
ya  gələrək  ono mas tika  problemləri  ilə  bağlı  geniş  müza-
kirələr  aparması  çox  böyük  tarixi  hadisə  idi.  Bu  konfrans 
təkcə APİ yox, bütöv lük də xalqımız tə rə findən yüksək əh-
vali-ruhiyyə ilə qarşı lan dı... Mübali ğə siz deyirik ki, bütün 
bunlar  bacarıqlı  elm  təşki lat çısı Afad  Qurbanovun  gərgin 
əməyinin  nəticəsi  idi.  Burada  “Azər baycan  onomastikası 
problemləri”nə dair I konfransa, sö zün həqiqi mənasında, 
yüksək  səviyyəli  bir  elmi  konfrans  sta tusu  qazandırmış 
Afad Qurbanovla bağlı bəzi cəhətləri mütləq vurğulamaq 
lazım gəlir: konfransın təşkilatçısı Afad müəllim 57 yaşın-
da olsa da, çox cavan görünürdü, fi ziki cəhətdən möh kəm 
idi; geniş erudisiyalı, analitik tə fək kürlü bir alim kimi Azər-
baycan dilinin tədqiqi və tədrisi ilə məşğul olurdu; keçmiş 
SSRİ-nin görkəmli türkoloq la rının əksəriyyətini şəxsən tanı-
yır dı; rektor kimi çox böyük sə lahiyyət sahibi idi; ən əsası 
isə, o, bir rektor olaraq səla hiy yətlərindən ustalıqla istifadə 
etməyi ba car dı, dəqiq desək, başqa şəhərlərdən dəvət olun-
muş alimlərin maliyyə xərcləri də daxil olmaqla konfransın 
bütün xərclərini, de mək olar ki, institutun büdcəsi hesabına 
reallaşdır dı... Bu rada təbii olaraq sual yarana bilər ki, sovet 
imperiya sı nın  kəsəkəs  döv ründə Afad  Qurbanov  belə  bir 
konfransın ke çi rilməsinə ne cə nail ola bilib? Fikrimizcə, bu 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
168
sual müx təlif bucaqlardan cavablandırıla bilər. Biz isə yal-
nız bir cəhəti qeyd etməklə kifayətlənirik: Afad Qurbanov 
kon fran sın proqramına Azərbay can alimləri ilə yanaşı, öz-
bək E.Beqmatov, qazax T.Januza kov, erməni A.Qriqoryan, 
uk rain T.Linko kimi alimlərin adla rını da daxil etdirmişdir. 
Bu  da,  bir  növ,  konfransa  beynəlmiləlçilik  sta tusu  qazan-
dır mışdı. Başqa sözlə desək, proqram sovet ideolo gi yasına 
uyğunlaşdırılmış şəkildə görünürdü. Əslində isə kon frans 
bütün parametrlərinə görə milli, eyni zamanda ümumtürk 
səciyyəli idi. Deməli, Afad Qurbanov imperiya məmur la rını 
ustalıqla inandıraraq böyük bir konfransın təntənəli şəkildə 
ke çiril məsinə nail olub. İndi həmin konfrans və onun çap 
olunmuş  ma terialları  Azərbaycan  dilçiliyi  tari xində  xüsu-
si yer tutur. Bu materiallardakı (Bakı, 1987) ilk mə qalə də 
məhz Afad Qur banova məxsusdur. Burada onun rusca çap 
edilmiş  “Azərbay can  onomastikasının  təd qiqi  vəziyyəti 
və dilçiliyin vəzifə lə ri” adlı məqaləsin dən bəhs etmək, bəzi 
məsələlərə aydınlıq gətir mək lazım gəlir. 
Məqalənin  əvvəlində  göstərilir  ki, Azərbaycan  dil çi-
liyin də “Onomastika” ən yeni sahələrdən biridir və bu isti-
qa mətdə bir sıra zəruri işlər görülməlidir. Çünki Azərbay-
can  onomastik  vahidlərinin  sistemli  şəkildə  tədqiqi  ilə 
təkcə  xalqımızın  dilinin  tarixi  deyil,  eyni  zamanda  onun 
etnogenezi, psixologiyası, so sial həyatı və s. barədə zəngin 
məlumatlar əldə etmək müm kündür.
Afad Qurbanov haqlı olaraq qeyd edir ki, bu vaxta qə -
dər ki araşdırmalarda Azərbaycan onomastik vahidlə ri nin 
leksik-se mantik  və  qrammatik  xüsusiyyətləri,  daha  doğ-
rusu,  qa nu nauy ğunluqları  sistemli  şəkildə  tədqiq  edi lər-
kən  istər-istəməz  qazax,  qırğız,  tatar,  özbək,  türkmən  və 
digər türk dilləri ilə bəzi mü qayisələr də aparılıb.


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə