Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
150
tişdirdiyi  kadrlar.  Bura da  həmin  bəndləri  eynilə  təqdim 
etmək lazım gəlir:
Dilçilik yaşıl çəmən
Ortada dəstə güllər.
O gülün həvəsinə
Cəh-cəh vurur bülbüllər.
Bu, Qurbanov Afaddı,
qədər çiçək əkdi,
Çəmənzarlıq yaratdı.
Afad müəllimin elmi-pedaqoji fəaliyyətinə həsr olun-
muş yazılarda onun qayğıkeşliyi, xeyirxahlığı, yalanı sev-
mə diyi, alicənablığı, əyilməzliyi – bir sözlə, ideal insan ol-
duğu dönə-dö nə vurğulanıb. Zahid Xəlil də bu cür fikirləri 
poetik təfək kü ründən keçirərək obrazlı şəkildə ifadə edib. 
Burada  fikri  təsdiq  üçün  bir  müqayisə  aparmaq  zərurəti 
ya ranır: tədqiqatçılar Afad müəllimi “ideal insan”, “əsl in-
san” kimi səciyyələndiribsə, şair də onu “insanlığın ta cıy-
dı” deyərək tərənnüm edib:
Heç kəs söyləyə bilməz,
Hansı sözü acıydı.
O, böyük insan idi,
İnsanlığın tacıydı. 
O, Qurbanov Afaddı, 
Hamıya yaxşı oldu,
Öz ömrünü uzatdı.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
151
Şairə  görə, Afad  Qurbanov  elə  bir  ömür  yaşayıb  ki, 
onu heç kəs yaşaya bilməz. Yaxud onun çəkdiyi yükü kim-
sə daşıya bilməz. Heç şübhəsiz ki, burada onun yorul maq 
bilmədən  elmlə  məşğul  olmasına  və  daha  çox  da  rəh bər 
vəzifələrdə  işləməsinə  işarə  edilir.  Bu,  öz  təsdiqini  “Nə 
qədər çinar əkdi” misrasında da tapır. Yeri gəlmişkən, bu 
mis ranı da təsadüfi hesab etmək olmaz. Belə ki, Afad müəl-
lim  APİ-də rektor vəzi fə sində işləyəndə əsas binanın qar-
şısında çinar ağacları əkdirib. Deməli, real həyat hadisələri 
obrazlı şəkildə canlandırılıb:
Bir ömür yaşadı ki,
Hamı yaşaya bilməz.
Onun çəkdiyi yükü,
Heç kəs daşıya bilməz.
O, Qurbanov Afaddı,
qədər çinar əkdi,
Çinar ömrü yaşatdı.
Afad  müəllimin  ciddi,  qətiyyətli,  sözübütöv,  dəmir 
mən tiq li... bir insan olmasından kifayət qədər bəhs olunub. 
Təq di rəlayiq haldır ki, həssas qəlbli Zahid Xəlil Afad müəl-
limin bu mə nəvi keyfiyyətlərini məhz obrazlı şəkildə ifadə 
edib, səslərlə sözlərin harmoniyası kontekstində yaradıb:
Sözünün ağasıydı,
Fikirləri qətiydi.
Sərt idi, qaya kimi,
Qılınc kimi itiydi.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
152
O, Qurbanov Afaddı,
Günəş kimi doğuldu,
Günəş kimi də batdı.
Afad müəllim gözəl ailə başçısı idi, ailədə onun ağ-
saqqal sözü bütün qanunlardan üstün tutulurdu, beş öv-
lad  böyüt müş dü.  Hər  birini  də  “Ata  malından  nə  fayda, 
başda  ağıl  olmasa”  (“Kitabi-Dədə  Qorqud”  dastanı)  tipli 
deyim lə rin  məna  yükünə  uyğun  şəkildə  tərbiyə  etmişdi. 
İndi  on la rın  beşi  də  elm  ada mı dır,  daha  dəqiqi,  beşi  də 
elmlər dok to rudur. Açığını deyək ki, cəmiyyətimizdə belə 
ailələr çox azdır. Bu mənada Afad müəl li min evini “Ərk 
qalası”na  bənzədən,  böyütdüyü  övladlarını  “Hə rəsi  bir 
qəhrəman” deyərək tərənnüm edən şair haqlıdır:
Evini qala sandı,
Basılmaz Ərk qalası.
Gözünün işığıydı,
Doğma ciyərparası.
O, Qurbanov Afaddı,
Hərəsi bir qəhrəman
Düz beş övlad böyütdü.
“O, Qurbanov Afaddı” şeiri dil və üslub baxımından 
zən ginliyi ilə seçilir. Burada yerində olmayan söz və ifadə 
tapmaq  çətindir.  Şair  Azərbaycan  dilinin  imkanlarından 
ki fayət qədər məharətlə istifadə etməklə son dərəcə gözəl, 
po etik siqlətli bir əsər yarada bilmişdir. Qeyd etdiyimiz ki-
mi, onun qəhrəmanı nüfuzlu alimdir, qətiyyətli rektordur, 
əsl müəllimdir, gözəl ailə başçısıdır, ideal insandır... Şair 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
153
bu tip sintaktik mühitlərin hər birini uyğun söz və ifa də-
lərlə işıqlandıra bilmişdir.
“O, Qurbanov Afaddı” şeirində obrazlılıq yaradan va-
si tə lər  isə,  əsasən,  bunlardan  ibarətdir:  assonanslar  (incə 
sait lərin  assonansı.  Nə  qədər  çiçək  əkdi...;  qalın  saitlərin 
as sonansı. İn san lığın tacıydı..), alliterasiyalar (d-d. Dilçilik 
dənizinin...),  zən  gin  qafiyələr  (acıydı-tacıydı...),  ədəbi  tə-
ləff üzün trans krip siyası (Afaddı, qətiydi..), metonimiyalar 
(Nə qədər çiçək ək di... burada Afad müəllimin kitablarına, 
eləcə də yetişdirdiyi kadr lara işarə olunur), təşbehlər (Sərt 
idi qaya kimi...)... Bir cəhəti də qeyd edək ki, bu şeirdə təş-
behlər üstün mövqedə çıxış edir. Bu da, bir tərəfdən, möv-
zu ilə, digər tərəfdən, şairin öz fikir lə rini məhz təş behlər 
vasitəsilə çatdırmağa üstünlük verməsi ilə bağlıdır. 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
154
AFAD ADINDA
BİR MƏKTƏB QALACAQ
Bu  kiçik  yazıya  başlıq  kimi  götürdüyümüz  “Afad 
adın   da  bir  məktəb  qalacaq”  cümləsi  şair Akif Azalpın 
2009-cu  ildə  akademik  Afad  Qurbanovun  nurlu  xati-
rə sinə  həsr  etdiyi  “İzlər”  şeirinin  sonuncu  misrasıdır. 
Şeirin məz mu nu, ümumi ruhu da məhz bu misranın se -
mantik  yükün də  ehtiva  olunur.  “Afad  adında  bir  mək-
təb qalacaq!” mis ra sına qədərki semantik dinami ka nın 
inkişafı da dedik lə ri mizi sübut edir: Afad adında bir dağ 
ucalacaq! – Dərya kük rəyəcək Afad adında! – Afad adın-
da bir bağ yaranacaq! – Qala yüksələcək Afad adında! – 
Afad adında bir məktəb qalacaq! 
Bu, o deməkdir ki, “Afad adında məktəb” Afad adın-
da  uca lan  dağdan  da,  kükrəyən  dəryadan  da,  yaranan 
bağ dan  da,  yüksələn  qalalardan  da  böyükdür.  Sintaktik 
pa ralelizmlər şəklin də işlənmiş misralar da məhz sonun-
cu mis radakı poetik mənanı qüvvətləndirir. Bu da təbiidir. 
Be lə ki, “...eyni motiv, eyni fikir və poetik düşüncə üzərin-
də köklənən şeirin dil strukturu bə diilik baxımından çevik-
lə şir, fikrin yönümünə uyğun onun dol ğun əks etdirilməsi 
üçün şair məqsədəmüvafiq üslubi vasitə lər dən maksimum 
yararlanmağa səy göstərir” (Məhərrəm Hü seynov. Dil və 
po eziya. Bakı, 2008, səh.104). Deməli, “İzlər” şeirin də se-
mantik dinamika məhz “Afad adında bir məktəb qalacaq!” 
misrası ilə tamamlanır – qənaəti bütün parametrlərinə gö-
rə elmi və inandırıcı görünür. Həmin misranın kod-şifrəsi 
isə belədir: Afad Qurbanov Azərbaycanda ilk dəfə olaraq 
“Ono  mas tika  Məktəbi”ni  yaradıb;  O,  “Azərbaycan  Ono-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə