Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
125
Rusiya  və  başqa  ölkələrin  kitab xa na la rında  mövcud 
olduğunu təsadüfi he sab etmir və belə əsərlərin ancaq 
elmin bugününü və gə ləcəyini düşünən alim narahat-
lı ğının məhsulu kimi ərsəyə gəldiyni göstərir;
–  akademik  Toğrul  Şaxtaxtinski  Afad  Qurbanovun 
Azər bay can dilinin fonetikası, leksikologiya və fra ze-
o lo gi yası, üslu biyyatı və başqa sahələrə aid nəşr etdir-
diyi ki tab larda tarixiliklə müasirliyin sintez şəklində 
ol duğunu müxtəlif prizmalardan şərh edir
–  professor A.V.Dıbo Afad Qurbanovu Azərbaycan dil -
çi li yinə dair çap etdirdiyi çoxsaylı əsərlərinə, türkolo-
gi ya dakı fəaliy yətinə, ən əsası isə onomastika ilə bağlı 
mi sil siz tədqi qat larına görə XX əsrin böyük türkoloqu 
kimi dəyərləndirir;
–  akademik Yaqub Mahmudov Afad Qurbanovun öm -
rü nün  son  günlərinədək  böyük  ürək  yanğısı  və  mi-
silsiz ener ji ilə indiki Ermənistan ərazisindəki qədim 
türk  topo nim lərini  araşdırmasından,  eyni  zamanda 
ta rixçilərin diq qə tini Qərbi Azər baycanın şanlı tari xi-
nə yönəltməyə çalış ması kimi məziy yətlərindən bəhs 
edir;
–  akademik  Kamal Abdulla Afad  Qurbanovu  milli  və 
xarici  akademiyaların  akademiki,  bir  çox  linqvistik 
bey nəl xalq təşkilatların həqiqi və ya fəxri üzvü, Azər-
baycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil 
Qurumunun  şərəfli  üzvü  kimi  səciyyələndirərkən  
onun tədqiqatçılar üçün çox qiymətli elmi xəzinə qo-
yub getdiyini də yada salır;
–  professor Nizami Xudiyevin qənaətlərinə görə, Afad 
Qur banov  türk  tayfa  və  qəbilələrinin  mənşəyi,  dili, 
tə  şək kül  tarixi,  onların  yayılma  və  məskunlaşma 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
126
mər hə lə ləri  kimi  elmi  cəhətdən  böyük  maraq  doğu-
ran  problemləri  də  daim  öz  araş dırmalarının  diqqət 
mərkəzində saxla mış dır;
–  professor Timuçin Əfəndiyev Afad Qurbanovun fun-
da men tal tədqiqatlarındakı elmi ümumiləşdirmə də-
rin  li yini, nəzəri fikrin orijinallığını, dil və üslub fərdi-
liyini dəqiqləşdirir;
–  professor D.M.Nasilov Afad Qurbanovun ümumi dil-
çi liyə  və  onomastikaya  dair  araşdırmalarına,  həmçi-
nin onun təş ki latçılığı ilə keçirilmiş onomastika konf-
ranslarına çox yüksək qiymət verir;
–  professor Vilayət Əliyev Afad Qurbanovun Azər bay can 
dilinin problemləri üzərində yorulmadan çalış dı ğını və 
bu prob lemləri həll edərkən Azərbaycan və dün ya dilçi-
liyinin nailiyyətlərinə əsaslandığını göstərir;
–  professor  Yusif  Seyidov Afad  Qurbanovun  elmi-pe-
da qo ji fəaliyyətinin əsas istiqamətlərindən, doktorluq 
disser tasi yasının  rəsmi  opponenti  olmasından,  şəxsi 
ta nışlıq larının dost luğa çevrilməsindən bəhs edir;
–  professor Şamil Vəliyev Afad Qurbanovu müdrik in-
san,  şəxsiyyət  kimi  obrazlı  şəkildə  canlandırıb,  həm 
də elə can lan dırıb ki, onu eynilə təqdim etmək lazım 
gəlir: “...Elə şəx siy yətlər və müdriklər var ki, onlar bu 
dünyanın  bir  anında  əbədi  ya şamaq  haqqını  görüb, 
özünün adını mil ləti və vətənin yad daşına həkk edib-
lər. Həmin şəxsiyyətlər saat əqrəbləri ilə ölçülən za-
manın xronologiyası ilə deyil, hər gün Şərqdən çıxan 
və Qərbdə batan günəşin ölçüləri ilə yaşayıblar. Mən-
cə, gör kəmli Azərbaycan alimi Afad Qur banov da hə-
min şəxsiyyətlər sırasında əzəmətli yer tutur”;
–  professor  Buludxan  Xəlilov  Afad  Qurbanovu  Azər-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
127
bay can dilçiliyi tarixində zirvə fəth etmiş dilçilərdən 
biri kimi, eyni zamanda təhsili, tədrisi əla bilən və təh-
sildə, təd risdə milli ma raqları hər şeydən üstün tutan 
bir müəl lim, bir təhsil təşkilatçısı ki mi səciyyələndirir;
–  professor Himalay Qasımov Afad Qurbanovun el mi-
pe  daqoji  fəaliyyətinin  bir  sıra  tərəflərinə  münasibət 
bil dirdikdən son ra onun xarakteri ilə bağlı bəzi detal-
ları qeyd etməyi də vacib hesab edir: “Zahirən rəsmi 
və ciddi in san təsiri bağışlasa da, əslində, çox diqqətli 
və söhbətcil idi. Kifayət qədər həs sas lığı onun bütöv 
və kamil şəxsiyyət olmasından soraq verirdi”;
–  professor Zahid Xəlil Afad Qurbanovu təkcə say sız-
he sabsız kitablar müəllifi, əsl müəllim kimi xarakte-
rizə etmir, həm də təmir-tikinti və yaşıllaşdırma işlə-
rindəki  misil siz  fəaliy yətini  faktlarla  sübut  edir:  “...
Uni versi teti mizin Ü.Hacıbəyov küçəsinə açılan qapı-
sındakı çinar ağac larını Afad müəllim əkdirmişdi”;
–  professor  Balaxan  Hüseynov  Afad  Qurbanovu  ba-
carıqlı bir rektor kimi dəyərləndirir: “O, institutu san ki 
ye nidən tikmişdi. İnstitut binasının xarici, həm də daxi-
li gör kəminin qay ğısına qalırdı, kafedraların kadrla tə-
min olun ma sında kafed ra müdirlərinə səlahiy yət verir-
di, yaxşı kadr ların seçilməsinə kö məklik göstərirdi”;
–  professor  Sayalı  Sadıqova  Afad  Qurbanovun  hər 
möv   zu nu  deyil,  dilimiz  və  mədəniyyətimizlə  bağlı 
prob  lem li möv zu ları qələmə almasını, həm də bu tip 
mürəkkəb məsələləri son dərəcə sadə şəkildə interpre-
tasiya etmək qabiliyyətini diqqətə çatdırır;
–  professor Roza Eyvazova Afad Qurbanovun elmi yara-
dı cılığının  əsas  istiqamətlərini  dəqiqləşdirir  ki,  bu  da 
alimin  çoxşaxəli  yaradıçılığı  barədə  dolğun  təəs sürat 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
128
yara dır: dilçilik tari xinin dövrləşdirilməsi, Azərbaycan 
dilçili yi nin yaranması və onun tarixi, Azər baycan dil-
çiliyinin XXI əsr problemləri, Azərbay can dili və Altay 
dilləri  ailəsi,  Azərbaycan  dilinin  inki şaf  və  təşəkkül 
tarixi, onun mü asir türk dilləri sırasın da yeri, dilçilik 
əlaqələri, Azər baycan dilinin lüğət tər kibi və qramma-
tik  quruluşu,  müasir  Azərbaycan  di linin  funksional 
üslubları,  əlifb a,  qrafika-yazı,  orfoq ra fiya,  orfoepiya, 
fonetika,  leksikoq ra fiya,  lek si ko logiya,  semasiologiya, 
onomalogiya,  frazeologiya,  de  ri va tologiya,  linqvotər-
cüməşünaslıq,  insan  və  nitq,  bə dii  mət  nin  dil  prob-
lemləri, Qafqaz, Altay, Hind-Avro pa, Sa mi-Hami dil-
lər  ailəsi.  Qeyd  edək  ki,  belə  bir  də qiq ləş dirmə  gənc 
tədqiqatçıları  Afad  Qurbanovun  elmi  ya radıcılığına 
istiqamət lən dirmək baxımından əhəmiyyətlidir;
–  professor İsmayıl Məmmədov Afad Qurbanovun el-
mi yaradıcılığının ilk dövrlərində daha çox ədəbi dil 
prob lemləri ilə bağlı tədqiqatlar aparmasının səbəblə-
rini müəyyənləşdirir: “…Bu, heç də təsadüfi mahiyyət 
da şımır, çünki 60-cı illərdə müasir ədəbi dil məsələləri-
nə  aid  ali  məktəblərin  filologiya  fa kültələrində  oriji-
nal,  mükəmməl  və  sanballı  bir  dərslik,  mo noq rafiya 
yox idi. Ədəbi dil məsələləri mövcud dərslik və və-
sait  lərdə bütünlüklə və hərtərəfli, geniş şəkildə əhatə 
olun mur du...”;
–  professor Adil Bağırov Afad Qurbanovun Azər bay can 
onomastikasına həsr etdiyi sanballı əsərlərindən bəhs 
etməkə kifayətlənmir, eyni zamanda Naxçıvan topo-
nimləri ilə bağlı söylədiyi dərin mənalı fikirlərini də 
təqdim edir: “...Qədim mədəniyyət mərkəzi olan bu 
ərazidə  xalqımızın  təşəkkül  tarixi,  milli  yaddaşı,  et-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə