Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
117
yir.  Məqalədə  A.Qurbanovun  elm  təş ki lat çısı  statusunu 
arqumentləşdirən digər faklar isə aşa ğıdakıları əhatə edir:
–  alimin  yaratdığı  “Onomastika  Məkəzi”ndə  dilimiz, 
ta rixi miz,  ümumən  mədəniyyətimizlə  bağlı  funda-
mental araş dır ma ların aparılması çox ciddi hadisə idi;
–  o,  dilçilik  fənlərinə  aid  proqram  və  dərsliklərin  ha-
zırlan masına xüsusi fikir verirdi;
–  “Dilçilik” və “Onomastika” jurnalları məhz onun re-
dak tor  luğu ilə işıq üzü görüb... 
Məqalənin sonunda müəllif düzgün olaraq vurğula-
yır  ki,  professor Afad  Qurbanovun  kimliyi  onun  yüksək 
sə viy yəli alimliyi ilə yanaşı, böyük istedada, güclü təşki lat-
çılıq bacarığına və əzmkarlıq keyfiyyətlərinə görə müəy-
yən ləşir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
118
“AFAD QURBANOV KİTABI”
(BAKI, 2010) TƏDQİQAT MÜSTƏVİSİNDƏ
Bəri  başdan  qeyd  edək  ki,  kitab  Azərbaycan  Res-
pub  likasının  nüfuzlu  elm  adamlarının  məsləhəti  ilə 
ha zırlanıb:  baş  redaktorlar:  akademik  Budaq  Bu da qov, 
aka demik  Tey mur  Bünyadov,  akademik  Fuad  Qasım-
zadə; redaktor: pro fessor Əzizxan Tanrıverdi; tərtib çi lər: 
dosent Vaqif İs ra filov, dosent Məmmədxan Sol tanov; ko-
ordinator: hüquq üz rə elmlər doktoru Ramin Qurbanov.
Afad müəllimin vəfatından sonra çap olunmuş bu ki-
tab təkcə forması və tərtibatına deyil, həm də məzmununa 
görə Azərbaycan elm və mədəniyyəti tarixində qala bilə cək 
kitab lar dandır.  Bu  monumental  əsərin  nəinki  hər  səhi fə-
sində, hətta hər sözündə belə Afad müəllimin nüfuzlu alim, 
bacarıqlı elm təşkilatçısı siması, nurlu müəllim, qay ğıkeş və 
səmimi insan obrazı müşahidə edilir. O, sanki haq  qında ya-
zılmış bu nadir ki ta  bın hər səhifəsində oxu cu su ilə üzbəüz 
dayanaraq danışır, fi kir mübadiləsi aparır, hadisələrə müna-
sibətini ifadə edir... “Afad Qurbanov” (Bakı, 2010) kitabının 
səciyyəvi cəhətlərini aşa ğıdakı kimi ümumiləşdirmək olar:
–  “Ön  söz”də  Afad  Qurbanovun  Azərbaycan  dilçilik 
elmi sal naməsində ən şərəfli yerlərdən birini tutduğu 
xü susi vur ğu lanır; 
–  A.Qurbanovun elmi-pedaqoji fəaliyyətini əks et dirən 
ya zılar dörd dildə verilib: Azərbaycan, rus, türk və in-
gilis dil lərində. Bu, onun bütün dünyada tanınmasını 
sü rətləndirə bilər;
–  Qaraqurbanlılar nəslindən olan Afad müəllimin babası 
Alı kişi, atası Məhəmməd Qurbanov və anası Aişə balı 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
119
Şərifova  barədə  yığcam  məlumatlar  verilir.  Qa raqur-
ban lılar  nəslinin  ya yılma  arealları  göstərilir:  Qərbi 
Azər bay can, Gəncə, Qazax, Tiflis, Borçalı, Türkiyə...;
–  “Elmə  sərf  olunmuş  ömür”  bölməsində A.Qurba no-
vun  elmi  fəaliyyətinin  ümumi  dilçilik,  müasir Azər-
baycan  ədəbi  di li,  onomalogiya,  nitq  mədəniyyəti, 
dil  tarixi,  üslu biyyat,  dialek to logiya  kimi  istiqamət-
ləri haqqında yazılmış çoxsaylı mə qa lələrə istinadən 
ümumiləşdirilib. Bu böl mə də alimin pedaqoji və icti-
mai-siyasi fəaliyyəti də yetərincə işıqlandırılıb; 
  “Ailə  xatirələri”  bölməsi  Afad  müəllimdən  gəti ril miş 
belə bir sitatla başlanır: “Hər bir yaradıcı insanın uğur 
qazan ma sında ailəsinin böyük rolu var”. Sonra isə hə yat 
yoldaşı,  do sent  Zəhraxanım  Qurbanovanın,  oğlu,  tibb 
üz rə  elmlər  doktoru  Fuad  Qurbanovun,  oğlu,  hüquq 
üz rə elmlər doktoru, professor Rəşad Qur banovun, qızı, 
tibb üzrə elmlər doktoru Fərəh Qur banovanın, qızı, fi lo-
lo giya üzrə elmlər doktoru Fidan Qur ba no vanın, oğlu, 
hü  quq  üzrə  elmlər  doktoru  Ra min  Qurbanovun  ürək 
söz ləri verilir. Bu bölmə Ramin Qurbanovun “Hər biri-
miz ata mızın adının uca tutulması və daim yaşaması 
üçün əlimizdən gələni edirik və edəcəyik” cümləsi ilə 
ta mam lanır ki, bu da olduqca təbii qarşılanır. Təsadüfi 
deyil ki, akademik Yaqub Mah mudov da Raminə məhz 
bu  cür  key fiyyətlərinə  görə  çox  yüksək  qiymət  verir: 
“Va lideyn haq qını uca tutan və övladlıq borcunu unut-
mayan Ramin Qur banov kimi oğulları isə Ulu Tanrı özü 
qorusun” (bu ya zılara aşağıda münasibət bildirilir);
–  “Xatirələr”  bölməsi  ayrılıqda  təqdim  edilib  (sonrakı 
sə hi fələrdə bu bölmədəki yazıların da hər birinə mü-
nasibət bil di rilir);


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
120
–  fotolar üç başlıq altında verilib: görüş və tədbir lər də, 
iri həcmli  kitablarından,  haqqında  yazılmış  kitablar-
dan. Bu fo toların hər biri bir tarixdir, hər biri ictimai 
məz mun daşıyır. Am ma bunlardan biri – baba Afad-
la  (Afad  Mə həmməd  oğlu  Qur banov)  nəvə Afadın 
(Afad Ramin oğlu Qurbanov) ya naşı verilmiş şəkil-
ləri  və  bu  şə killərin  altında  yazılmış  “İna nı rıq  ki, 
Afad Qurbanov ki mi şöhrətli ad və soyadı daşıyan 
bu körpə böyük sələ finin işlərini davam etdirəcək-
dir” cüm ləsi daha təsir lidir, daha mənalıdır;
–  “Poeziya  tərənnümündə”  bölməsində  Afad  Qur ba-
nova  həsr  edilmiş  şeirlər  təqdim  olunub  (bu  şeirlər 
sonrakı səhifə lər də təhlil süzgəcindən keçirilir)...
“Ailə  xatirələri”  bölməsindəki  yazılar  həcmcə  kiçik 
ol sa da, mənaca çox dərin və təsirlidir. Bu yazılarda Afad 
müəllimin qay ğıkeş ailə başçısı, namuslu həyat yoldaşı, ən 
yaxşı, ən gözəl ata olması müxtəlif bucaqlardan, həm də 
ol duqca səmimi bir dillə ifadə edilir. Elə buna görə də hə-
min yazıların ümumi se man tik tutumuna əsaslanaraq aşa-
ğı dakıları söyləməyi gərəkli hesab edirik:
–  həyat  yoldaşı,  dosent  Zəhraxanım  Qurbanova  Afad 
mü əl limlə  keçirdiyi  günlərin  ən  gözəl,  yaddaqalan 
mə qam la rını xatırladır. Onun yazısındakı faktlardan 
iki si isə diq qəti daha çox cəlb edir: “…Böyük oğlumu-
zun adını Fuad qoyduq. İkinci oğlan anadan olanda 
Afad müəllimin yaxın dostu – professor Əziz Əfəndi-
za də onun adını Rəşad Nuri Güntəkinin şərəfinə Rə-
şad qoydu...”, “Onlar arzu edirdilər ki, Afad müəlli-
min  Ba kıda  səfərdə  olan  İran  şahının  həyat  yoldaşı 
Fə rəh xanım kimi gözəl qızı dünyaya gəlsin və adını 
Fərəh qoysunlar...” Hər iki fakt Azərbaycan mə də niy-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə