Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 
77 
edir, müəllim kadrların yetişdirilməsi üçün pedaqoji kurs-
lar  açır,  qurultay  çağırır;  müsəlman  şair  və  yazıçıların 
bioqrafiyasını və əsərlərini çap edir və nəһayət, quberniya-
nın digər şəhərlərində cəmiyyətin şöbələrini yaradırdı.  
 Yuxarıda  haqqında  danışdığımız  və  onlara  bənzər 
digər bu cəmiyyətlərin XX əsrin əvvəllərində Quzey Azər-
baycanın  ictimai-siyasi  mədəni-mənəvi  və  ideoloji  həya-
tında oynadıqları rol, onların  çoxillik  və çoxşaxəli fəaliy-
yətinin uzaqperspektivli və qiymətə gəlməz nəticələri haq-
qında  tarixçilərimiz,  siyasətçilərimiz,  ədəbiyyatçılarımız, 
politoloqlarımız və bir  çox başqaları cild-cild kitablar  ya-
zıblar.  Haqlı  olaraq  bu  cəmiyyətlərin  yaradılması  və  fəa-
liyyətində  H.B.Zərdabi,  Ə.B.Topçubaşov,  Ə.B.Ağayev  və 
b. görkəmli şəxsiyyətlərimizin rolunu çox yüksək qiymət-
ləndiriblər.  
Düşünürük ki, bu uğurların qazanılmasında H.Z.Tağı-
yev  və  A.M.Nağıyev  kimi  vətənsevər  və  millətsevər  sə-
nayedarlarımızın  rolu da heç az olmayıb. Əgər onlar min 
zəhmət hesabına qazandıqlarını bu işə qoymasaydılar indi 
bizim  haqqında  öyünə-öyünə  danışdığımız  məktəblərin, 
kitabxana-qiraətxanaların və s. heç biri ola bilməzdi. 
 
2.2. Ağa Musa Nağıyev qurub-yaradan insan kimi 
 
Neft hesabına varlanan Ağa Musa Nağıyev gəlirini da-
ha bir yeni sahəyə – doğma şəhərində biri-birindən gözəl və 
son  dərəcə  lazımlı  binaların  tikintisinə,  başqa  sözlə  deyi-
lərsə,  daşınmaz  əmlaka  yönəldir.  Onun  fikrincə,  bu  sahə 
neft  qədər  gəlir  gətirməsə  də,  çox  etibarlı  kapital  yatırımı 


 
78 
sahəsi idi. Mülklərin tikintisinə aludə olan Ağa Musa bu işə 
atasının  tövsiyəsi  ilə  başladığını  hər  zaman  vurğulayırdı. 
Onun  binalarının  tikintisini  əsasən  “Qasımov  qardaşları  və 
K
o
” şirkəti aparırdı (60, s.165). 
Ağa Musa Nağıyev Azərbaycanda inqilabadək Bakının 
arxitekturasına fenomen, gözəlliyi və əzəməti ilə seçilən bi-
nalar tikdirməklə gözəllik bəxş edənlərdən biri olubdu. 
Çox maraqlıdır ki, binaların tikilməsində Şərq və Av-
ropa  memarlıq  məktəblərinin  nümunələrindən  istifadə  et-
məklə  bərabər,  arxitektura  və  dizayn  məsələsində  Ağa 
Musanın  özünün  təklifləri,  mülahizələri  əsas  götürülmüş-
dir.  Yüksək  zövqə  malik  olan  Ağa  Musanın  təkliflərində 
simmetriyanın son dərəcə dəqiqliklə gözlənilməsi, binanın 
əzəmətli və fasadının cəlbedici olması üçün verdiyi məslə-
hətlər  bu  gün  də  memarları  heyrətləndirməkdə,  onun  fitri 
istedadına dərin rəğbət yaratmaqdadır. 
Bakının  ən  çox  gözəgəlimli  yerlərində  Azərbaycan 
memarlığının nümunələri kimi görünən tikililər məhz Ağa 
Musa  Nağıyevin  şəxsi  vəsaiti  və  təklifləri  əsasında  inşa 
edilmişdir. Onun binaları elmimizin məbədidir. 
20  ildən  artıq  Bakı  Şəhər  Dumasının  Qlasnısı  (yəni 
deputatı) olmuş Ağa Musanın tikdirdiyi binaların bir neçə-
sinin adını çəkək:  
Kolybyakin küçəsi - indi N.Rəfibəyli, 49 - yaşayış b-sı; 
Nizami, 93-bina 1910-cu ildə inşa olunub - yaşayış b-sı; 
Rəsul Rza, 23 - bina 1910–cu ildə inşa olunub
Səməd  Vurğun,  12,  24  saylı  binalar  1912–ci  ildə  inşa 
olunub; 
Neftçilər pr., 69 - bina 1910-cu ildə inşa olunub; 


 
79 
Zərifə Əliyeva pr. 33 - 1912-ci ildə inşa olunub; 
Süleyman Rəhimov - Xaqani 14 və 16 saylı binalar;  
28 May  küçəsində: 4,6, 10,11,14,15,17,18 və s. yaşayış 
binaları;                                      
Və daha onlarla başqa binalar... (60, s.169). 
Azərbaycanın  memarlıq  tarixinin  incilərinə  çevrilmiş 
bu  şedevr  binalardan  çoxu  bu  gün  inzibati  binalar  kimi 
fəaliyyət  göstərir:  “SOKAR”  və  Rusiyanın  “LUKOYL” 
neft  şirkəti,  Zabitlər  evi,  Rabitə  və  İnformasiya  Texno-
logiyaları Nazirliyi, Diaspora, AMEA, “ÜNS” teatrı, keç-
miş  Ali  məhkəmə,  Dövlət  İqtisad  Universiteti,  dörd  xəs-
təxana,  “Kirxa”,  sinaqoq  üçün  nəzərdə  tutulub,  sonradan  
“qəddar  düşmənlərimiz”  tərəfindən  naməlum  yol  ilə  zəbt 
edilmiş kilsə (Nizami 36), Gül pasajı binası - “Balıq kon-
toru”,  R.Rza  küçəsi  bina  11  və  12-də  keçmiş  İncəsənət 
İnstitutu, həmin küçədə  “Xaqani  ticarət  evi”nin  yerindəki 
Tibb  Universiteti  və  “Tənqid-təbliğ”  teatrı,  M.Rəsulzadə 
küçəsi - 8 ünvanındakı keçmiş “Prodmaq”,  İctimai  yığın-
caqlar  keçirilməsi  məqsədilə  tikilmiş  bina  (Xaqani,  47),  
“Məhkəmə  ekspertizası”  (keçmiş  “Astoriya  mehmanxa-
nası) - Xaqani 14 və 16 saylı binalar, Mərdəkanda “Abşe-
ron” mədə-bağırsaq sanatoriyası (60, s.170). 
1899-cu  ildə  Ağa  Musa  Nağıyev  Merkuri  (indiki  Zə-
rifə  Əliyeva  küçəsi,  36-da)  memar  Kazimir  Şkureviçin 
inşasında Bakı şəhər poçt-teleqraf kontorunun binasını tik-
dirir. Binanı tikdirməkdə əsas məqsədi kənd və rayonların 
şəhərlə əlaqələrini asanlaşdırmaq, onları birləşdirmək olub. 
Nəqliyyat vasitələrinin məhdud olduğu bir dövrdə belə bir 
addımı atan məhz Ağa Musa olub (52, s.149). 


 
80 
        28 may küçəsindəki binalarının heç biri bu gün də öz 
təravətini  itirməyib,  bənzərsiz  xarici  görünüşü  ilə  insanı 
heyrətə salır. 
Ağa Musa Nağıyev “avropalaşmaq” niyyətində olanla-
ra: “Qərbi Azərbaycana gətirəcəyəm” – deyirdi. Bu fikrini 
dəfələrlə elə qəzetlərdəki çıxışlarında da (“Təzə həyat” qə-
zeti, 1907 il; “Baku” qəzeti 1912 il) təkrarlayırdı. 
Qeyd edək ki,  bu binalar gözəlliyi,  möhtəşəmliyi, na-
dir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özün-
də  yaşadır.  Bu  duyğular  sahibinin  acınacaqlı  taleyidir. 
Onun  taleyi  bir  çox  başqa  milyonçulardan  fərqli  olaraq, 
çox kədərli olub. Hər iki övladı gənc ikən: qızı Ümmülba-
nu  doğuş  zamanı,  oğlu  İsmayıl  isə  vərəm  xəstəliyindən 
dünyasını dəyişmişdir. 
Neft  milyonçusu  və  xeyriyyəçi  Ağa  Musa  Nağıyev 
kasıb bir ailədə dünyaya göz açmasına, heç bir təhsil alma-
masına baxmayaraq, fərasəti və ağlı ilə həyatda özünə yol 
açdı.  Xalqın  ehtiyacından  irəli  gələn  hər  bir  çağırışına 
vaxtında cavab verməsi, doğma şəhəri ilə bağlı bütün xey-
riyyəçilik  işlərində  yaxından  iştirak  etməsi,  nəhayət  xalqı 
üçün qoyub getdikləri ona əbədilik qazandırdı. 
Atasının:  “Oğul,  bacardığın  qədər  bina  tikdir,  ömrün 
uzanar” vəsiyyətinə  əməl  edib,  100 bina tikdirməyi qarşı-
sına məqsəd qoyan və 100 yaşayacağına, hətta ölümsüzlü-
yə qovuşacağına inanan Ağa Musa Nağıyev 70 yaşında ikən 
dünyasını  dəyişdi.  Ölüm  atasının  vəsiyyətinə  tam  şəkildə 
əməl etməyə imkan verməsə də, Bakı milyonçuları arasın-
da ən çox bina tikdirmək yalnız ona mənsubdur  (46, s.98). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə