Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 
81 
Ucalan  gözəl  tikililəri  ona mənəvi  ölümsüzlük  qazan-
dırdı. 
Bir zaman hamballıq etsə də, sonralar ağlı, fərasəti və 
uğurlu taleyi sayəsində məşhur neft milyonçusuna çevrilən 
Ağa Musa Nağıyevin yüksək zövq ilə inşa etdirdiyi binalar 
bu gün də onun ömrünü sonsuzluğa calayan qırılmaz, sar-
sılmaz daş tellərdir. 
Ağa Musa Nağıyev oğlunun xatirəsini yad etmək üçün 
şəhərin mərkəzində – Nikolayevski küçəsində (indiki İsti-
qlaliyyət küçəsi) qeyri-adi bir saray tikdirməyə qərar verir. 
Bu məqsədlə o, məşhur Polşa memarı Yuzef Ploşkonu İta-
lyan memarlığının incəlikləri ilə tanış olmaq üçün İtaliya-
ya  ezamiyyə  edir  və  bu  proses  3  il  davam  edir.  Palatso 
Kantarini  sarayının  tamamlanmış  eskizləri  əsasında  və 
milli  memarlıq  məktəbinin  ənənələri  nəzərə  alınmaqla 
1908-ci  ildə  “İsmailiyyə”  sarayının  tikintisinə  başlamağa 
qərar verir. Binanın tikintisi ancaq 1913-cü ildə sona yetir. 
1913-cü  il  aprelin  7-də  bina  tam  istifadəyə  verilir.  Qeyd 
etmək vacibdir ki, 2013-cü ildə binanın istifadəyə verilmə-
sinin 100 ili tamam olur. Binanın frontonunda Məhəmməd 
Peyğəmbərin və İmam Əlinin kəlamları həkk olunur: “İn-
san  öz  əməyi  ilə  istədiyinə  nail  olur  və  yüksəlir”;  “İnsan 
doğulandan  ölənədək  oxumalıdır”;  “Müsəlmanlar!  Sizin 
yaşadığınız əsr sizinlə birgə ölür, öz övladlarınızı yeni əsrə 
hazırlayın”; “Oxumaq üçün lazım gələrsə, Çinə də getmək 
məsləhətdir”! 
 Sonradan  memar  Y.Ploşko  xatırlayırmış  ki,  Bakının 
mərkəzində  Azərbaycanın milli  ornamentlərilə  bəzədilmiş 
bina inşa etmək onun ən böyük arzusu imiş. 


 
82 
Qotik üslubda tikilmiş “İsmailiyyə” binası 1918-ci ilin 
mart qırğınlarında, qəddar ermənilərin Bakıda törətdikləri 
vəhşiliklər  zamanı  top  atəşinə  tutularaq  dağıdılması  xey-
riyyəçinin  həyat  eşqini  əlindən  alır.  Hazırda  Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyətinin  fəaliyyət 
göstərdiyi  bu bina vaxtilə A.M.Nağıyev üçün  böyük əhə-
miyyət kəsb edib (46, s.100). 
Binanın  dağıdılmasında  əsas  məqsəd  analoqu  yalnız 
İtaliyada  olan  “Venesian  qotikası”nı  məhv  etməklə  bəra-
bər,  binanın  zirzəmisində  qorunan  ziyalıların  arxivini  və 
bəzi məlumatlara görə binanın özülündəki qızılı ələ keçir-
mək olub. Ağa Musa Nağıyev nakam oğlu İsmayılın xati-
rəsinə  tikdirdiyi  bu  binanın  məhv  edilməsi  ilə  mənən  və 
cismən  sınır.  Heç  cür  unuda  bilmədiyi  bala  dərdini  Ağa 
Musanı  məcazi  mənada  yaşada  biləcək  yadigarının  məhv 
edilməsi  daha  da  təzələyir.  O,  1919-cu  ilin  martın  4-də 
dünyasını dəyişir. 
O  zaman  maarifçilik  və  xeyriyyə  işlərilə  məşğul  olan 
cəmiyyətlərin  fəaliyyəti  günü-gündən  genişlənirdi.  Bütün 
bu işləri özündə birləşdirəcək vahid müsəlman xeyriyyəçi 
–  mədəniyyət  mərkəzinin  yaradılması  bir  zərurətə  çevril-
mişdi. Yeni inşa olunmuş “İsmailiyyə” sarayını Ağa Musa 
Nağıyev  məhz  belə  bir  mərkəz  elan  etmişdi.  Burada 
“Nəşri-maarif”  cəmiyyəti  tərəfindən  müxtəlif  xeyriyyə 
tədbirləri də keçirilirdi. 
Ermənilərin  1918-ci  ilin  martında  Bakıda  törətdikləri 
qırğınlar  zamanı  yandırılıb,  qarət  və  yerlə  yeksan  edilən 
bu möhtəşəm  bina həmin ilin  sentyabrında  Bakı düşmən-


 
83 
lərindən azad edildikdən sonra Milli Hökumətin qərarı ilə  
yenidən bərpa olunmuşdur (47, s.67). 
A.M.Nağıyevin  mesenatlıq  fəaliyyəti.  O  dövrdə  rus 
çarizminin yeritdiyi müstəmləkə siyasətindən Qafqaz xalq-
ları içərisində ən çox əzab çəkənlər müsəlmanlar idi. Mə-
sələn,  1912-ci  ildə  ibtidai  təhsil  alan  azərbaycanlı  uşaq-
ların xüsusi çəkisi cəmi 12 faiz təşkil edirdi. Orta məktəb-
lərdə təhsil alanlar içərisində isə bu göstərici cəmi 2,8 fai-
zə  bərabər  idi.  Məhz  buna  görə  o  dövrdə  azərbaycanlı  iş 
adamları  millətini  savadlı  görmək  üçün  əllərindən  gələni 
əsirgəmirdilər.  
Tək  Ağa  Musa  uzun  illər  boyu  azərbaycanlı  tələbələ-
rin  müxtəlif  təhsil  ocaqlarında  bilik  almaları  üçün  ildə  8 
min rubl ayırırdı.  
O  illərdə  məşhur  rus  məmurlarından  V.Kovalevski 
Bakıda  kommersiya  məktəbinin  yaradılması  təklifini  irəli 
sürür.  Binanın  tikintisi  üçün  tələb  olunan  170  min  rubl 
məbləğində  vəsait  qısa  müddətdə  toplanılır.  Bu  məbləğin 
50 min rublunu H.Z.Tağıyev ödəmişdi. 
Ağa  Musa  Nağıyev  və  Şəmsi  Əsədullayev  Şamaxıda 
tikiləcək  realnı  və  peşə  məktəbləri  üçün  binanın  inşasına 
vəsait toplanmasında fəal eştirak edirdilər. Ağa Musa XIX 
əsrdən  Azərbaycanda  fəaliyyət  göstərən,  şikəst  uşaqlara 
yardım  edən  “Uşaq  bağçası”  Xeyriyyə  Cəmiyyətinin  də 
həqiqi  üzvü  idi.  O,  uşaq  ölümü  ilə  mübarizə  aparan  Bakı 
Cəmiyyətinə küllü miqdarda pul köçürmüşdür (67, s.123). 
1898-ci  ilin  yanvar  ayında  Bakıda  “Körpələr  evi”nin 
inşasına  başlanılmışdı.  Vəsaitin  çatışmaması  üzündən  ya-


 
84 
rımçıq qalan tikintiyə A.M.Nağıyev və Ş.Əsədullayev kül-
lü miqdarda pul ayırmışdılar. 
Ağa Musa Nağıyev “Vərəmlə mübarizə aparan Qafqaz 
cəmiyyəti”nin  də  fəal  üzvlərindən  olub.  Deyilənlərə  görə 
bu  cəmiyyətin  hər  toplantısından  sonra  Ağa  Musa  vərəm 
xəstəliyi  nəticəsində  dünyasını  dəyişmiş  oğlu  İsmayılı 
xatırlayaraq acı iztirablar keçirirmiş. 
Miyonçular arasında yarışa girərdilər ki, il ərzində kim 
tədbirlərə  daha  çox  aktyor  və  ya  müğənni  dəvət  edib,  ta-
maşalar təşkil edib.  Bu sırada Ağa Musa Nağıyev həmişə 
ön sıralarda olardı. 
Bütün  bunların  əsasını,  əlbəttə  ki,  onun  maliyyə  im-
kanları  təşkil  edirdi.  El  arasında  belə  savab  işləri  ilə  hör-
mət qazanmış adamlar içərisində Ağa Musa Nağıyevin adı 
həmişə hörmətlə çəkilərdi. 1896-cı ildə “Tağıyev” teatrın-
da Ağa Musanın təşəbbüsü ilə “Dilin bəlası” və “Qırt-qırt” 
tamaşaları səhnəyə qoyulmuşdur (61, s.56). 
A.M.Nağıyev  bu  tamaşaların  premyerasının  hazırlan-
masında  yaxından  iştirak  edən  Nəriman  Nərimanova  qiy-
mətli,  almaz  daşlı  üzük  bağışlayır,  Z.Zeynalova  isə  qızıl 
saat  bağışlayır.  Ümumilikdə  bu  hədiyyələrin  hər  birinə 
Ağa  Musa  200  rubl  məbləğində  pul  xərcləmişdir  (61, 
s.60).  O  vaxtlar  teatrın,  xüsusilə  incəsənətin  təbliğində 
N.Nərimanovun rolu çox böyük idi.  
Gələcəyi yaxşı görmək məsuliyyətini  üzərinə götürən 
Ağa  Musa  çox  planlar  haqqında  düşünürdü:  azərbaycanlı 
balalarının savad alması, Bakının susuzluğu, insanların kü-
çə həyatı və s. Onu ən çox düşündürən səhiyyə sistemin-
dəki  problemlər  idi.  Məhz  səhiyyənin  çox  zəif  olması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə