Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   2   3   4   5   6   7   8   9   ...   27

 

ması ilə  yadda qalır. Monoqrafiyada həmçinin  Ağa Musa 
Nağıyevin  varislərinin  sovet  repressiya  illərində  məruz 
qaldıqları  ağır  həyat  tərzi  izlənilmiş,  sovet  cəmiyyətində 
mesenatın  varislərinin  başına  gətirilən  müsibətlər,  sıxıntı-
lar  və  həbslər  sənədlər  vasitəsi  ilə  tədqiq  edilmişdir.  Bu 
baxımdan  monoqrafiyanın  xronoloji  çərçivəsi  XIX  əsrin 
sonlarını, XX əsrin əvvəllərini əhatə edir. 
Monoqrafiyada  tədqiqat  obyektinə  çevrilmiş  proble-
min ayrı-ayrı aspektləri müxtəlif tarixçi alimlər tərəfindən 
araşdırılmışdır. Azərbaycan alimləri böyük əmək sərf edə-
rək həm neft sənayesi, həm də xeyriyyəçilik hərəkatına da-
ir  sanballı  əsərlər  ortaya  qoymuşlar.  Sovet  dövrünün  ide-
oloji  problemlərinə  baxmayaraq,  bu  monoqrafiyalar  öyrə-
nilən dövr və hadisələr barədə çoxsaylı və qiymətli fakto-
loji materiallarla zəngindir. 
Bu baxımdan Mahmud İsmayılovun, (78,79), İ.V.Stri-
qunovun  (86),  Tofiq  Vəliyevin  (37)  əsərlərinin  adlarını 
çəkmək olar.  
Eyni  zamanda  dövrün  siyasi  mənzərəsini  canlandır-
maq  üçün  Dilarə  Seyidzadənin  (84),  S.Süleymanovanın 
(62) tədqiqatları da olduqca qiymətlidir. Problemə həmçi-
nin ümumiləşdirilmiş əsərlərdə (32,33) toxunulmuşdur. Bu 
əsərlər  dövrlə  bağlı  obyektiv  təəssürat  yaratsa  da,  orada 
məhz Ağa Musa Nağıyevin fəaliyyəti, təbii ki, tam nəzərə 
çarpmır.  
Bunlarla  yanaşı,  M.Süleymanovun  (59,60,61),  Q.İlki-
nin əsərlərində (44,45) həmin dövrün müasirlərinin xatirə-
ləri əsasında zəngin və geniş məlumatlar verilir. Amma bu 
kitablar  elmi  yanaşmadan  daha  çox  publilsistik  xarakter 


 

daşıyır. Eyni zamanda D.Nağıyevanın uzun illər A.M.Na-
ğıyevin  irsinin  tədqiqinə  yönəlmiş  əsərləri  də  (51,52,53) 
diqqət mərkəzindədəir. Bu əsərlərdə, bir qayda olaraq, ar-
xiv materiallarına istinad olunaraq dövrün mənzərəsi can-
landırılır,  eyni  zamanda  A.M.Nağıyevin  fəaliyyətinin  öy-
rənilməsi ilə bağlı sistemli yanaşma ortaya qoyulur.  
Monoqrafiyada aparılan tədqiqatın əsas məqsədi möv-
cud  mənbələr  və  tarixşünaslıq  bazası  əsasında  Ağa  Musa 
Nağıyevin sahibkarlıq və xeyriyyəçilik fəaliyyətini tədqiq 
etmək  və  bununla  bağlı  elmi  ümumiləşdirmələr  aparmaq-
dan ibarətdir. Bu məqsədə nail olmaq üçün tədqiqat işində 
XIX-XX  əsrlərdə  Azərbaycanda  neft  sənayesinin  inkişa-
fının  ümumi  mənzərəsini  qısaca  səciyyələndirməyə  çalış-
mış, Azərbaycanda bəhs olunan dövrdə xeyriyyəçilik hərə-
katının xarakterik xüsusiyyətlərini ümumi şəkildə qiymət-
ləndirilmişdir. Bu baxımdan Ağa Musa Nağıyevin həm sa-
hibkar, həm  də  xeyriyyəçi  kimi  fəaliyyəti sistemli  şəkildə 
öyrənilmiş və bu mülahizələr ümumiləşdirilərək elmi mü-
hakimələr irəli sürülmüşdür. 
Yuxarıda  sadalanan  vəzifələrin  yerinə  yetirilməsində 
bir sıra elmi metodlardan istifadə edilmişdir. Tədqiqat pro-
sesində ümumi məntiqi metodlardan – analiz, sintez, ümu-
miləşdirmə,  habelə  tarixi  təsvir  metodlarından  istifadə  edil-
məklə yanaşı, tarixi-müqayisə və sistemli yanaşma üsulları 
da geniş şəkildə tətbiq olunmuşdur. 
Tədqiq  olunan  elmi  problemin  həlli  üçün  xeyli  miq-
darda sənəd və materiallara istinad olunmuşdur. Bu mənbə 
materiallarını qruplaşdırarkən, onların içərisində Bakı neft 
sənayesinin  illik  icmalları,  “Bakı  və  onun  rayonları”  adlı 


 

topluları, bu problemləri əks etdirən müxtəlif nəşrlərin ro-
lunu qabartmaq vacibdir. Bu qaynaqlar həmin dövrün neft 
sənayesinin  inkişafı  haqqında  tam  təsəvvür  yaradır  və  bu 
mənbələr Azərbaycan alimləri tərəfindən ətraflı öyrənilib.  
Monoqrafiyada  Ağa  Musa  Nağıyevin  fəaliyyəti  döv-
rünü canlandırmaq üçün onun müasirlərinin xatirələrindən
yaxınlarının  dediklərindən  də  istifadə  edilmişdir.  Bunun 
üçün  çoxsaylı  sorğular  keçirilmiş  və  faktlar  müqayisəli 
təhlil edildikdən sonra diqqətə çatdırılmışdır.  
Müəllifin  bu  vaxtadək  işıq  üzü  görmüş  müxtəlif  xa-
rakterli əsərləri istisna olmaqla, bu monoqrafiya Ağa Musa 
Nağıyevin sahibkarlıq və xeyriyyəçilik fəaliyyətinin kom-
pleks  şəkildə  öyrənilməsinə  həsr  olunmuş  ilk  əsərdir.  Bu 
baxımdan  monoqrafiyanın  elmi  yeniliyi  aşağıdakı  kimi 
qruplaşdırmaq mümkündür:  
-  Ağa  Musa  Nağıyevin  sahibkarlıq  fəaliyyəti  kom-
pleks şəkildə araşdırılmış; 
- Azərbaycanda xeyriyyəçilik hərəkatında neft milyon-
çularının, xüsusən A.M.Nağıyevin bu sahədə səmərəli fəa-
liyyəti öyrənilmiş; 
-  Bakı  şəhərinin  memarlığına  Nağıyevin  verdiyi  töh-
fənin  sistematik  olaraq  qiymətləndirilməsinə  cəhd  göstə-
rilmiş; 
-  Milyonçunun  varisləri  və  varislik  problemi  ilk  dəfə 
olaraq kompleks şəkildə işıqlandırılmışdır. 
Monoqrafiyada verilmiş materiallar, aparılmış araşdır-
malar, ümumiləşdirmə və nəticələr Azərbaycanda repressi-
yalar  tarixinin,  habelə  adlı-sanlı  nəsillərin  şəcərələrinin 
öyrənilməsinə dair yeni tədqiqat əsərlərinin yazılmasında, 


 

Azərbaycanın  XX  əsr  siyasi-tarixi  problemlərinə  dair 
ümumiləşdirilmiş tədqiqat əsərlərinin yazılmasında, müva-
fiq hökumət və qeyri-hökumət təşkilatlarının əməli fəaliy-
yətində, Azərbaycanın müasir tarixinə, xüsusən də neft və 
mesenatlıq  tariximizə  dair  dərsliklərin,  dərs  vəsaitlərinin 
və  monoqrafiyaların  hazırlanmasında,  Azərbaycan  tarixi 
ixtisası  üzrə  mütəxəssislərin  hazırlanması,  müəllim  və  tə-
ləbələr  üçün  mühazirə-məşğələ  və  xüsusi  kursların  keçil-
məsində  istifadə  edilə  bilər.  Və  nəhayət  bu  monoqrafiya 
vətənimizin və xalqımızın tarixi ilə maraqlanan hər bir kəs 
üçün gərəkli ola bilər.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə