Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   2   3   4   5   6   7   8   9   ...   27

 
13 
sına  sərf  olunan  məbləğin  yalnız  0,5  faizini  təşkil  edirdi. 
Lakin XIX əsrin 70-ci illərinin sonlarından etibarən neftçı-
xarmada  Azərbaycan  milli  kapitalı  artmağa  başlamışdı. 
1878-ci  ildə  milli kapitalı  təmsil edən firmaların gündəlik 
neft  hasilatı  bu  iri  neft  sənayesi  rayonundan  ümumi  ha-
silatın 4,2 faizini, Azərbaycan-erməni birgə kapitalını təm-
sil  edən  firmaların  gündəlik  neft  hasilatı  8  faizini,  birgə 
rus-Azərbaycan firmalarının ümumi hasilatı isə 1,6 faizini 
təşkil edirdi (23, v.27).  
XIX  əsrin  axırlarında  milli  burjuaziya  nümayəndə-
lərinə məxsus firmaların mövqeyi zəifləyir və onlar bütün 
firmaların cəmi 5 faizini təşkil edirdi. Azərbaycan-erməni 
qarışıq  kapitalı  olan  firmalar  ləğv  olunmuş,  rus-Azərbay-
can  firmaları  isə  ümumi  neftin  cəmini  -  0,2  faizini  çıxa-
rırdı. 1883-cü ildə 135 neft sənayesi müəssisəsi sahibkar-
ları içərisində milli kapital nümayəndələrinin sayı 17 nəfər 
idi (23, v.44): H.Z.Tağıyev, H.Səlimxanov, A.M.Qafarov, 
A.Qarayev,  M.Q.Səlimxanov,  Q.B.Həşimov,  N.Nuriyev 
və b. (18,v.14).  
XIX  əsrin  axırlarında  isə  167  neft  sənaye  müəssisə-
lərindən  49-u  azərbaycanlılara  mənsub  idi.  Bu  müəssisə-
lərin əksəriyyəti xırda idi. Məsələn, ildə 100 min pud neft 
hasil edən müəssisələrin 33,3 faizi,  100-500 min pud neft 
hasil edənlərin 48,7 faizi, 500 min pud – 1 milyon pud neft 
çıxaranların  isə  yalnız  12,5  faizi  azərbaycanlı:  H.Z.Tağı-
yev,  H.Səlimxanov,  A.M.Qafarov,  A.Qarayev,  M.Q.Sə-
limxanov,  Q.B.Həşimov,  N.Nuriyev  və  b.  (18,  v.14)  kapi-
talistlərin  payına  düşürdü.  Bunun  səbəbi  neft  sənayesinin 
inkişafına  daha  böyük  kapital  qoyuluşunun  tələb  olunması 


 
14 
idi. Çox kiçik istisnalarla yerli milli kapitalistlərdə isə belə 
imkanlar yox idi. 
XX  əsrin  əvvəllərindən  başlayaraq  milli  burjuaziya 
nümayəndələrinin mövqeyi  bir qədər qüvvətlənməyə baş-
layır. Onların içərisində H.Z.Tağıyev, A.M.Nağıyev, Ş.Əsə-
dullayev,  İ.Hacınski,  L.Manafov,  M.Muxtarov  və  başqa-
ları fərqlənirdilər. 
H.Z.Tağıyev  1873-cü  ildən  neft  hasilatı  işinə  başla-
mışdı.  XIX  əsrin 80-cı  illərindən onun artıq həm  ağ nefti 
və sürtkü yağları zavodu da vardı. 1896-cı ildə o, 32,3 mil-
yon pud neft çıxarmış və 2 milyon pud neft emal etmişdi 
(81). Bəzi məlumatlara görə, XX əsrin başlanğıcında onun 
varidatı 16 milyon rubl təşkil edirdi (19, v.79). H.Z.Tağı-
yev  1897-ci  ildə  neft  mədənlərini  və  ağ  neft-yağ  zavo-
dunu, Xəzərdə  neft gəmilərini  5 milyon  qızıl rubla  ingilis 
bankının  direktorlarından  biri  olan  E.Qubbarda  satmışdı. 
Lakin o,  ingilis maliyyəçilərinin yeni yaratdıqları firmada 
“Oleum”  da  iki  səhmdar  payçı  kimi  iştirak  edirdi  (86, 
s.36-37).  Onun  özünün  və  həyat  yoldaşının  əlində  saxla-
nılmış  səhmlər  onlara  bu  fırmanın  direktorlar  şurasının 
üzvləri  olmağa  imkan  vermişdir.  1915-ci  ildə  H.Z.Tağı-
yev,  zadəganlardan  Əlibəy  Aşurbəyov,  tacir  Ağahüseyn 
Tağıyev  və  Əsədulla  Əhmədov  neftçıxarma  və  neftsatışı 
üzrə  «H.Z.Tağıyev  –  neft  sənaye  cəmiyyəti»  adlı  şirkət 
yaratmışdılar (42). 
Digər  iri  azərbaycanlı  kapitalist  Ağa  Musa  Nağıyev 
idi. O, XIX əsrin 70-ci illərindən sonra neftçıxarma və neft 
emalına  başlamışdı.  1900-cü  ildə  A.M.Nağıyevin  şirkəti 
7,5 milyon pud neft çıxarmışdı.  


 
15 
1908-ci ildə A.M.Nağıyevin Ramanadakı neft mədən-
lərində  308  fəhlə,  Sabunçuda  olan  neft  mədənlərində  isə 
634 nəfər işləyirdi  (17, v.30).  Onun vəfatından sonra neft 
mədənləri və sənaye müəssisələrindən istifadə etmək üçün 
«Musa Nağıyevin varisləri» adlı səhmdar cəmiyyəti təşkil 
olunmuşdur(42).  Cəmiyyəti  Mirzə  Şəmsi  oğlu  Əsədulla-
yev, Məlikməmməd Kərimov və Tağı Ağa Əli oğlu Nağı-
yevin daxil olduğu qrup idarə edirdi (28, v.3). Cəmiyyətin 
Binəqədidə, Sabunçuda, Zabratda, Bülbülədə, Qalada, Bi-
nədə,  Əmircanda,  Xırdalanda,  Digahda,  Masazırda,  Fat-
mayıda, Biləcəridə, Sarayda və Zığda mədənləri var idi.  
Digər neft kapitalisti olan Şəmsi Əsədullayev XIX əs-
rin 90-cı illərində neft çıxarmaqla məşğul olmuş və sürətlə 
varlanmışdı. 1890-cı ildə Ramanada Şəmsi Əsədullayevin 
neft  quyuları  fontan  vurmuş  və  gündə  800  min  pud  neft 
çıxarılmışdır (17, v.31). 
Şəmsi Əsədullayev və Ağa Musa Nağıyev 1896-cı ildə 
«Böyük  Puta»  adlı  yerdə  Məşədi  Əbdülrəhman  Məşədi 
Əliqulu oğluna məxsus 242 desyatinlik torpaq sahəsini sa-
tın  alıb,  neft  mədənlərini  salmışdılar.  Şəmsi  Əsədullayev 
1900-cü  ildə,  7,3  milyon  pud  neft  çıxarmış,  11,5  milyon 
pud neft məhsulları satmışdır. 1904-cü ildə Şəmsi Əsədul-
layev və İbad bəy Tahirov Moskvada, Zakaspidə və İranda 
neft məhsulları satışı üzrə müqavilə bağlamışdılar. 1907-ci 
ildə  onun  Ramanıdakı  mexaniki  təmir  emalatxanasında, 
qazan  emalatxanasında,  elektrik  stansiyasında  466  nəfər, 
neft mədənində isə 16 nəfər fəhlə işləyirdi (17, v.32). 
1905-ci  ildən  mövcud  olan  Əmiraslanov  qardaşlarına 
məxsus “Neftçıxarma firması” da nisbətən iri idi. Bu firma 


 
16 
1905-ci  ildə  81  min  pud,  1908-ci  ildə  908,4  min  pud, 
1910-cu ildə 1 milyon 307 min pud neft çıxarmışdır.  
Əlibəy  və  Balabəy  Aşurbəyov  qardaşlarına  məxsus 
firma 1901-ci ildən mövcud idi. Bu firma 1904-cü ildə 28 
min  pud  neft  çıxardığı  halda,  1911-ci  ildə  bu  rəqəm  1 
milyon  324  min  puda  qalxmışdı.  İri  firmaların  biri  1900-
cü ildən fəaliyyət göstərən «Mayılov və Tahirov» neft cə-
miyyəti idi. Bu firma 1904-cü ildə 1 milyon 912 min pud, 
1908-ci  ildə  2  milyon  550  min  pud  (24,  v.176),  1913-cü 
ildə  oktyabrın  1-nə  kimi  4 milyon 746 min pud neft  hasil 
etmişdir.  1913-cü  ildə  A.Quliyev,  M.Mirbabayev,  İ.Quli-
yev  və  M.Ələsgərov  Bayılda  neft  çıxarmaq  üçün  sahə 
almış  və  «Heybət»  cəmiyyəti  yaratmışdılar.  Cəmiyyətin 
ilkin kapitalı 115 min rubl idi (77, s.67). 
Göründüyü  kimi,  neft  sənayesində  Azərbaycan  milli 
kapitalı həlledici olmasa da, müəyyən rol oynayırdı. «Bakı 
və onun rayonu»  toplularında cəmləşdirilmiş  statistik ma-
teriallara  əsasən  neft  sənayesində  Azərbaycan  milli  kapi-
talının  nümayəndələrinin  sayını  müəyyənləşdirmək  müm-
kün olmuşdur. Doğrudur, bu hesablamanı tam dəqiq hesab 
etmək  olmaz.  Belə  ki,  bu  toplularda  gətirilən  1904-cü 
ildən  1913-cü  illərə  dair  olan  məlumat  bütün  illəri  əhatə 
etmir. İllərin çoxu üzrə azərbaycanlı kapitalistlərin, onlara 
məxsus  olan  firmaların  adları  göstərilsə  də  onların  bəzisi 
üzrə hər birinin mülkiyyətində olan mədənlər, həmin mə-
dənlərdə işləyən fəhlələr, mədənlərin və firmaların istehsal 
səviyyəsi,  illik  neft  məhsulu  barəsində  məlumat  verilmir. 
Məsələn,  1904-cü  ilə  dair  məlumata  görə  Bakı  neft  səna-
yesində azərbaycanlı kapitalistlərə məxsus olan firmaların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə