Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 
33 
Bunlar:  Əliyeva  Baxşıqızı,  Məmməd  Əliyev,  Şəmsi 
Əsədullayev,  K.Axundov  və  Z.Zeynalova  məxsus  «Gün» 
zavodu, Z.Babayevin «İttifaq» zavodu, Hacıməmməd Və-
zirov, İsa bəy Hacınski, Q.A.Zeynalovun varisləri və Zey-
nalov qardaşlarının «İşıq» zavodu, X.Kazımov, Nağı Meh-
diyevin  «Şüa»  zavodu,  Məmmədsəlim  Manafov,  Musta-
fayev  qardaşları,  Ağa  Musa  Nağıyev,  Seyidov  Hacı  Ne-
mətin  varisləri  və  Məmmədrza  Əhmədovun  müəssisə-
ləridir (84, s.130). 
Kerosin-yağ  zavodlarına  gəldikdə  onların  da  sayı  az 
olub.  İ.Əmirova  məxsus  yağ-kerosin  zavodu  –  Saruxano-
va,  H.Z.Tağıyevin  zavodu  isə  Demboya  icarəyə  veril-
mişdi.  
Beləliklə,  1907-ci  ildə  mövcud  olan  17  kerosin-yağ 
zavodundan  (73,  s.126)  ikisi  Azərbaycan  milli  burjua 
nümayəndələrinə məxsus olsa da, onların özləri tərəfindən 
işlədilmirdi  (73,  s125).  21  kerosin  zavodundan    dördü 
Əmirov,  İ.Seyidov,  Bağıyev  və  Qarayevə,  yəni  azərbay-
canlılara  məxsus  olsa  da,  bu  müəssisələr  müvafiq  olaraq 
Saruxanova,  Naximova  və  Demboya  icarəyə  verilmişdi. 
Yalnız Qarayevə məxsus olan  bir kerosin-yağ zavodu sa-
hibkarın öz istifadəsində idi. 
Azərbaycanlı  sahibkarların  bəziləri  öz  kerosin  zavod-
larını  da  icarəyə  vermişdilər.  Məsələn,  1906-cı  ilə  dair 
məlumata  görə,  Zeynalov  və  K
o
-a  məxsus  «Gün»  zavodu 
Xatisova, Q.A.Zeynalov varislərinə məxsus zavod Sinovi-
çə,  Məşədi  Məmməd  Kərimovun  varislərinə  məxsus  olan 
zavod Kaqan və Seytmenə, X.Kazımova məxsus zavod isə 
Leytesə (73, s.121-124) icarəyə verilmişdi. 


 
34 
1908-ci  ildə  artıq  Bakı  şəhərində  azərbaycanlı  kapi-
talistlərə məxsus olan 215 kerosin zavodu fəaliyyət göstə-
rirdi. Həmin kerosin zavodlarının illik istehsalının ümumi 
məbləği  belə  olmuşdu:  Ağa  Musa  Nağıyevin  zavodunda 
3.932.237 rublluq, H.Z.Tağıyevin - S.M.Dembonun icarə-
sində olan zavduda 2.427.903 rublluq, Ş.Əsədullayevin za-
vodunda  –  1.434.156  rublluq,  Aslanovun  zavodunda  – 
1.204.100  rublluq,  A.S.Məlikovun  zavodunda  isə  – 
1.369.234 rublluq məhsul istehsal edilmişdir (22,v.34).  
Ş.Əsədullayev,  Aslanov,  A.M.Nağıyev,  H.Z.Tağıyev 
və  A.Məlikova  məxsus  olan  iri  kerosin  zavodlarda  isə 
1909-cu  ildə  11.169.868  rublluq  məhsul  istehsal  olun-
muşdur. 
1908-1909-cu  illərdə  Bakıda  nisbətən  iri  kerosin  za-
vodlarının  sahibkarları  içərisində  Hacı  Nemət  oğlu  Se-
yidov, Bəhmən Musta oğlu Əliyev, Məmməd Kazım oğlu 
Əliyev,  Hacı  Məmməd  bəy  Vəzirov,  Şəmsi  Əsədullayev, 
Xaliq Kazımov, Məmmədsəlim Manafov, Nağı Mehdiyev, 
Kazım  bəy  Sultanov,  Ağa  Musa  Nağıyev,  H.Z.Tağıyev, 
Təhməzov,  Mustafayevlər  və  b.  adlar  qeyd  edilir  (74, 
s.140). 
1909-cu  ildə  Bakıda  milli  sahibkarlara  məxsus  5  ke-
rosin  zavodunda  166  fəhlə  çalışırdı  və  onlarda  6  milyon 
rubla qədər kerosin istehsal olunmuşdur. 
Bütün  bunlara  baxmayaraq,  XX  əsrin  birinci  on  il-
liyində  emal  edilən  neftin  cəminin  8,1  faizi  milli  burjua 
nümayəndələrinə məxsus müəssisələrin payına düşürdü. 
1904-cü  ildə  azərbaycanlıların  sahib  olduğu  19  neft 
emalı  müəssisəsinin  11-i  başqa  millətlərə  mənsub  kapi-


 
35 
talistlərin icarəsində olub. Həmin müəssisələr isə emal edi-
lən neftin 4,7 faizini vermişdi. Bunu 8,1 faizin üstünə gəl-
sək  cəmisi  12,8  faiz  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki, 
1903-1907-ci  illərdə  bir  sıra  milli  burjua  nümayəndələri-
nin  neftayırma  müəssisələri  fəaliyyətini  dayandırmışdı. 
Məsələn,  arxiv  sənədlərindəki  məlumalatara  görə  1906-cı 
ildən Hacı Məmməd Vəzirovun, İsa bəy Hacınskinin, Ha-
cıağa Zeynalovun, Xaliq Kazımovun, Mehdiyev-Hüseynov 
və  K
o
,  Mustafayev  qardaşlarının,  1907-ci  ildə  B.K.Əli-
yevin,  Kərimovun  varislərinin,  M.K.Əliyevin,  Zeynalov 
qardaşlarının, K.Seyidovun zavodları işləmirdi (14, v.89). 
Neft emalı zavodlarının sayı 1913-cü ildə 30-a çatmış-
dır. Onlardan 4 iri zavod azərbaycanlı sahibkarlara məxsus 
olub. Ağa  Musa Nağıyevin və Ş.Əsədullayevin   Qara şə-
hərdə neft emalı zavodları vardı. Digər neft emalı zavodu 
İsa  bəy  Hacınskiyə  məxsus  olub.  Qulubəyov  və  N.Məm-
mədova məxsus  olan  və  Qara  şəhərdə  yerləşən  neft  emalı 
zavodunda cəmi 60 fəhlə çalışırdı (14, v.89). 
Neft  emalı  sənayesi  ilə  bilavasitə  bağlı  olan  sənaye 
sahəsi  kimya  sənayesi  idi.  XX  əsrin  əvvəllərində  Bakıda 
azərbaycanlı kapitalistlərə  mənsub  olan kimya zavodunun 
da fəaliyyəti olub. Əsrin lap əvvəllərindən işləyən, Əmirov-
lara  məxsus  bu  zavodda  35  fəhlə  çalışıb  və  onun  illik 
istehsal gücü 135 min rubla bərabər olub. 
1908-ci  ilə  kimi  işləmiş bu zavodun sahibləri 1907-ci 
ildə  onu  icarəyə  vermişdilər.  İkinci,  nisbətən  kiçik  zavod 
Səlimxanova məxsus olub. 1901-ci ildə Əhmədov adlı sa-
hibkar da 10-dan bir qədər artıq fəhləsi olan bu zavoda şə-


 
36 
rik olub. 1911-ci ildə isə zavod tamamilə Əhmədovun ix-
tiyarına keçir (75, s.178). 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  digər  zavodlar  xırda 
müəssisələr  olsalar  da  buxarla  işləyən  maşınlarla  təchiz 
olunmuş  zavod  tipli  müəssisələr  idi.  1908-ci  ilin  məluma-
tına  görə,  Hacı  Məmməd  Vəzirovun  zavodunda  4,  İ.Ha-
cınskinin zavodunda 3, Z.Zeynalov qardaşlarının zavodun-
da 2, Məmmədsəlim Manafovun zavodunda 4 buxar qazanı 
var  idi.  Bu  zavodlardan  yalnız  birində  –  Hacı  Vəzirovun 
zavodunda  -  18  fəhlənin  işlədiyi  məlumdur.  Təəssüf  ki, 
digər  3  zavodda  çalışan  fəhlələr  barəsində  məlumat  veril-
mir.  1912-ci  ilə  aid  olan  məlumatlara  görə  həmin  zavod-
larda  buxar  qazanlarının  sayı,  demək  olar  ki,  sabit  qalırdı 
(14, v.90). 
Ağa  Musa Nağıyev 1879-1880-cı illərdə Qara şəhərdə 
kerosin  istehsal  edən  zavod  tikdirmişdi;  1891-1892-ci 
illərdə onun bu zavodunda 31 buxar maşını, 12 dəmir yol 
rezervuarı  vardı.  Zavodun  istehsal  etdiyi  ağ  neftin  (kero-
sin) miqdarı 2,3 mln. puda çatırdı. Bu sahibkar hər il müx-
təlif  istiqamətlərdə  15  mln.  pud  mazut  və  yüksək  key-
fiyyətli digər neft məhsulları  da göndərirdi. 
Ümumiyyətlə  götürüldükdə  isə  XX  əsrin  ikinci  on 
illiyinin başlanğıcında, birinci dünya müharibəsi ərəfəsin-
də  azərbaycanlı  kapitalistlərin  mülkiyyətində  olan  neft 
emalı müəssisələrində onlarla buxar qazanı olmuş, 250-yə 
qədər fəhlə çalışmışdı (14, v.90). 
Beləliklə,  neft  sənayesinin  əhatə  etdiyi  istehsal  sahə-
ləri üzrə olan məlumatları cəmləşdirsək aşağıdakı mənzərə 
alınır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə