Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
41 
Azərbaycan  milli  burjuaziyasının  nəhəg  nümayəndə-
lərindən biri olan Ağa Musa Nağıyev ilk növbədə özünün 
işgüzarlığı sayəsində milyonçu pilləsinə ucalmışdır. Müa-
sirləri haqlı olaraq bildirirlər ki, Ağa Musanın həyatı sanki 
nağıla bənzəyirdi: “yoxsulluqdan – zənginliyə, şan – şöh-
rətdən  unutqanlığa”!  unutmaq  olmaz  ki,  millətin  dövləti 
olmadığı  zamanda  bir  dövlətin  görəcəyi  işləri  həyata  ke-
çirib Ağa Musa Nağıyev. Neftdən əldə etdiyi gəlirin xeyli 
hissəsini millətinin tərəqqisinə sərf edib. 
O,  1887-ci  ildə  “Musa  Nağıyev”  adlı  neftayırma  fir-
masını təsis edir. Kapitalın və istehsalın görünməmiş kon-
sentrasiyası  və  sahibkarlığın  səhimdar  formasının  daha 
çox yayıldığı bir şəraitdə Musa Nağıyevin firması elə milli 
sahibkarlıq müəssisələrindən olub ki, burada işin təşkilinin 
fərdi-ailəvi xarakteri özünü güclü şəkildə saxlaya bilmişdi. 
Artıq XIX əsrin 90-cı illərinin əvvəllərində Ağa Musa Na-
ğıyevin sərvəti durmadan artırdı. Belə ki, zavod və ticarət 
müəssisələrinin illik ticarət dövriyyəsi artıq 1 milyon rubla 
çatmışdı.  Təmiz  gəlir  isə  200  min  rubl  təşkil  edirdi  (13, 
v.1-6). 
Bunun nəticəsi idi ki, 1893-cü ildə Ağa Musa Nağıyev 
I  gildiya  taciri  vəsiqəsini  alır.  1890-cı  ildə  Ş.Əsədullayev 
Ramanadakı neftlə zəngin olan 6 desyatin torpağı bərabər 
payla Ağa Musaya verir. Ağa Musa sonradan qonşu sahəni 
də alıb bu sahəyə qatır (46, s.80). 
O, 1891-ci ildə məhz bu sahədə  qazılan tək bir buruq-
dan 31 min pud neft əldə edir. Ağa Musa Nağıyevin zavo-
dunda neftin  emalı  və  növlərə  ayrılması  daha çox effektli 
olub.  Bu  müəssisə  qabaqcıl  müəssislərdən  olub,  texniki 


 
42 
cəhətdən  çox  yaxşı  təchiz  edilmişdi.  Müəssisəni  26  fəhlə 
və  6  qulluqçu  idarə  edirdi.  Burada  13  buxar  qazanı,  12 
dəmiryolu rezervuarı olub. Həmin ildə burada 2,3 mln pud 
ağ neft (kerosin) istehsal olunurdu. Həmçinin  istehsal olu-
nan  15  mln.  pud  mazut  və  yüksək  keyfiyyətli  neft  məh-
sulları  müxtəlif  istiqamətlərə  göndərilirdi  (6,  v.1).  Neft 
məhsullarını daşımaq üçün firma bir neçə barj icarəyə gö-
türüb.  
Ağa  Musa  Nağıyev  1893-cü  ildə  Sormovo  zavoduna 
iki  göyərtəli  “Qara  şəhər”  adlı  barkası  (şxunanı)  sifariş 
edir.  Onun    barkasının  tutumu  kifayət  qədər  böyük  olub, 
38,7 min kub fut təşkil edirdi (30,q.1). 
Neftçıxarma sahələrini artırmaq məqsədilə Ağa Musa 
neftlə  zəngin  olan  yeni  torpaqlar  alır.  XIX  əsrin  son  illə-
rində  Balaxanı,  Sabunçu,  Əmircan  və  Ramanada  belə  sa-
hələri  icarəyə  götürür.  Qazma  buruqlarının  sayı  8-ə  çat-
mışdı.  Əvvəllər  neft  saxlamaq  üçün  başqa  neft  sahibkar-
larının  anbarlarından  istifadə  edən  Ağa  Musa  Nağıyev, 
1898-1899-cu  ildə  daha  bir  neftayırma  zavodu  quraşdırır. 
Buradakı fəhlə və qulluqçuların sayı 226 nəfər təşkil edir-
di. Onlara verilən aylıq əmək haqqının miqdarı 7 min ma-
nat  təşkil edirdi. Hər fəhləyə  düşən  əmək haqqı 32 manat 
olub,  Ş.Əsədullayevin  və  M.Muxtarovun  müəssisələrin-
dəkindən yüksək idi (30, q.1). 
XX  əsrin  ilk  illərində  Ağa  Musa  Nağıyevin  neft  mə-
dənlərində  neftin  güclü  fontan  vurması,  firmanın  istehsal 
xarakterinə  və  fəaliyyətinə  müsbət  təsir  göstərirdi.  1900-
cü  ildə  Ramanı  sahəsindəki  buruqlar  1,1  mln.  pud  neft 


 
43 
vermişdi. Sabunçuda isə bu rəqəm 2 mln. pud təşkil edirdi 
(12, v.12). 
Ağa Musa Nağıyev üçün o biri illər də uğurlu olmuş-
dur:  Sabunçu sahəsində  10 mln. puddan artıq  neft  – çıxa-
rılmışdır.  Onun  sahələrində  20  buruq,  14  neft  saxlayan 
anbar  vardı. Firmanın zavodlarında istehsal ketdikcə artır, 
realizə olmuş məhsulların həcmi çoxalırdı (31, q.1). 
1907-cı  ildə  ona  məxsus  olan  müəssisələr  əsasında 
əsas kapitalı 10 mln. rubl təşkil edən “Musa Nağıyev” adlı 
səhmdar neft sənayesi və “ticarət cəmiyyət”i yaradılmışdır 
(63, s.123). 
1898-ci  ildə  Ağa  Musa  Nağıyevin  əmlakının  dəyəri 
334 560 rubl olub (31, q.1). 
       Fərəc  Nağıyevin  (ARDTA, f.475) xatirələrindən bəlli 
olur ki, Ağa Musa Nağıyevin  varidatının ümumi miqdarı 
1918-cu ilədək 413 mln. rubl təşkil edirdi. 
       Ağa  Musa  Nağıyev  kapitalını  ancaq  bina  tikintisinə 
deyil, həm də dövrün cəhalət girdabında boğulan xalqının 
maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldil-
məsinə sərf etmişdir. Neft milyonçusu kapitalına və tikdir-
diyi  binalarının  sayına  görə  Bakı  milyonçuları  arasında 
seçilib.  Məhz  bu  keyfiyyətlərinə  görə  car  Nikolay  II  onu 
“Neft kralı” adlandırıb.  
XX əsrin  əvvəllərində Ağa Musa Nağıyevin əmlakı, 
onun  təkcə  Şimali  Azərbaycan  deyil,  Qafqaz  və  bütöv-
lükdə  o  zamanın  Rusiya  imperiyasının  iqtisadi  həyatında 
yerinin  seçilməsi  haqqında  düzgün  təsəvvür  əldə  etmək 
üçün  XX  əsrin  əvvəllərinə  aid  iki  qaynağın  məlumatına 
nəzər salaq. 


 
44 
Müraciət  etdiyimiz  bu  qaynaqlar  XX  əsrin  əvvəl-
lərində müntəzəm şəkildə, bir il Peterburqda (Petroqradda) 
çap  olunan  «Rusiya  imperiyasının  fabrik-zavod  müəssi-
sələri» adlı çox mötəbər bir topludur. İmperiyanın fabrik-
zavod  müfəttişliyinin  məlumatlarına  əsasən  tərtib  edilən 
bu məcmuədə hər il imperiyanın sənaye müəssisələri haq-
qında quru statistika dili ilə, ancaq dəqiq və qiymətli mə-
lumatlar verilirdi.  
Beləliklə, həmin toplular seriyasının Z.K.Yeziorans-
ki tərəfindən tərtib edilmiş və 1909-cu ilin dekabrında Pe-
terburqda çap olunmuş növbəti nəşrinin A385 saylı məlu-
matında deyilir: 
-  «Musa  Nağıyev»  neft  firmasının  əsası  1887-ci  ildə 
qoyulub; 
-  Neft  mədənləri:  Bakı,  Balaxanı,  Sabunçu  və  Rama-
nada olub, teleqraf ünvanı: Bakı, Musa Nağıyev, direktoru 
-  Rüstəmbəyov  (söhbət  Fətulla  bəydən  gedir  -  D.N.), 
müdiri - Hüseyn xan Talışxanov; 
-  Kontorun  poçt  ünvanı:  Bakı  ş.,  Sahil  (Naberejnaya) 
küçəsi, Tumayevin evi; Telefon sayı 3-03; 
- Ümumi gücü 560 a. g. olan 16 buxar maşını; 
- Quyuların sayı 42; onlardan 19-u işləkdir; 
- İllik hasilatı 12286.460 mld. 
 
Həmin  toplunun  Q  -  155  saylı  məlumatında  isə  Musa 
Nağıyevin  neftayırma  zavodu  barəsində  aşağıdakı  bilgilər 
verilir: 
- «Nağıyev Musa» neft emalı zavodunun əsası 1898-ci 
ildə  qoyulub,  müdiri  -  mühəndis-texnik  Fətulla  bəy  Rüs-
təmbəyov, kontornun ünvanı: Bakı ş., Sahil (Naberejnaya) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə