Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 
37 
Neft  hasilatı  sənayesi  sahəsində  azərbaycanlı  sahibkar-
lara məxsus olan mədənlərdə 1904-1913-cü illərdə 3300-dən 
4500-ə qədər fəhlə çalışırdı və illik neft hasilatı 40-65 milyon 
puda çatırdı.  Götürə üsulla buruq qazma sahəsində azərbay-
canlı  sahibkarların  müəssisələrində  1908-1913-cü  illərdə 
1550-dən 1710-a qədər fəhlə çalışıb. Neft emalı sənayesində 
isə bu rəqəm cəmi 250 nəfərə qədər olub (14, v.96). 
Deməli,  bütövlükdə  XX  əsrin  əvvəllərində  neft  səna-
yesinin  bütün  sahələri  üzrə  azərbaycanlı  sahibkarların 
müəssisələrində orta hesabla 5100-dən 6500 nəfərə qədər 
fəhlə  çalışıb.  Bunun  neft  sənayesində  çalışan  fəhlələrin 
sayına görə hansı nisbət təşkil etdiyini müəyyənləşdirmək 
üçün neft sənayesi fəhlələrinin sayını əsas götürmək olar. 
1900-cü  ilə  dair  məlumata  görə  neft  sənayesində  19.319 
fəhlə,  bu  sənayeyə  xidmət  edən  mexaniki  zavod  və  ema-
latxanalarda  isə  4.875  fəhlə,  cəmi  24.194  fəhlə  çalışırdı. 
1907-1913-cü illərdə neft çıxarmada 24-30 min, neft ema-
lında 3500-4000, kimya zavodlarında 500-600, bütün neft 
sənayesində  isə,  yəni  cəmisi  30-35000  nəfər  fəhlə  işlə-
yirdi.  Belə  olan  halda  azərbaycanlı  sahibkarların  neft  sə-
nayesi  üzrə  müəssisələrində  ümumi  fəhlələrin  təxminən 
17-20  faizi  qədər,  yəni  beşdə  birinə  qədəri  toplanmışdı 
(84, s.190-191). 
 
1.2. Ağa Musa Nağıyevin sahibkarlıq fəaliyyəti 
 
Ağa  Musa  Nağıyev  (1849-1919)  Azərbaycan  milli 
burjuaziyasının  nəhəng  və  görkəmli  nümayəndələrindən 
biri olub. Çox kasıb bir ailədə doğulmuş, yük daşımaqdan 


 
38 
böyük firmanın sahibliyinədək ağır bir həyat yolu keçmiş, 
möhkəm iradə, işgüzarlıq və istedadının hesabına öz döv-
ründə  sayılıb  seçilən,  adını  yaddaşlara  yazdıra  bilən  bir 
milyonçuya çevrilmişdi (60, s.23). 
Sahibi olduğu neft firması 1908-ci ildə rekord həcmdə 
neft  çıxarmışdı:  12.328.300  pud  xam  neft.  Bu,  Azərbay-
canın neft firmaları arasında o dövr  üçün ən yüksək gös-
tərici  idi. Tədqiqatlar mübahisələrə  heç bir  yer qoymadan 
göstərir  ki,  sahibkarlıqdan  əldə  etdiyi  gəlirlərini  millətin 
maariflənməsi  yönümündə  sərf  edən  mesenatlardan  olub. 
Belə  ki,  o,  25  müsəlman  qızının  ibtidai  sinifdə  oxuması 
üçün iri məbləğdə ianə verib. Onun Bakıya  yaraşıq verən 
tikililəri  içərisində  realnı  məktəb  və  dörd  xəstəxananın 
binası xüsusi diqqət  cəlb  edir. Tikdirdiyi  çoxsaylı binala-
rının üzərindəki venzellər (emblema) onun möhürünə çev-
rilib.  Qotik  üslubda  tikdirdiyi  “İsmailiyyə”  sarayı  kimi 
milli memarlıq incisi  yaradıb (63, s.56)! 
XIX  əsrin  axırları  –  XX  əsrin  əvvəllərində  Azərbay-
canın ictimai-iqtisadi həyatında Ağa Musa Nağıyev iri sa-
hibkar kimi tanınmışdır. Anası Rüqiyyə Məşədi Məmməd-
yar qızı əsl azərbaycanlı evdar qadın kimi, övladlarını bö-
yütməklə  məşğul  olub.  Ömrünü  Hacı  Əlinağı  Məmməd 
oğlu ilə Bakının Biləcəri kəndində başa vurub. Ağa Musa 
1871-ci ildə Ümməsəlmə Kərbəlayi Cəfər qızı ilə evlənir. 
1879-cu  ildə  onların  oğlu  İsmayıl,  1881-ci  ildə  qızları 
Ümmülbanu dünyaya gəlir (60, s.58). 
Dövrün müasirlərinin dediklərinə görə ailənin istəklisi 
olan İsmayıl çox ağıllı, əliaçıq, mehriban bir insan idi. O, 
incəsənəti  çox  sevdiyindən  aktyorlar,  şairlər  və  rəssam-


 
39 
larla  yaxınlıq  edərdi.  Bu  cəhət  sonradan  oğulluğa  götür-
düyü  qardaşı  oğlunun  –  Fərəcin  simasında  təkrarlanır.  
Uzun sürən ağır xəstəlikdən sonra İsmayıl 26 mart 1902-ci 
ildə dünyasını dəyişmişdir (60, s.67). 
Ağa  Musa  Nağıyevin  qızı  Ümmülbanu  –  Şəmsi  Əsə-
dullayevin oğlu Mirzə Əsədullayev ilə ailə həyatı qurmuşdur. 
Şəmsi  Əsədullayevin  digər  oğlu  Əli  isə  Hacı  Zeynalabdin 
Tağıyevin  qızı  Leyla  ilə  evlənmişdir.  Ağa  Musa  Nağıyevin 
qardaşı Yusif Ş.Əsədullayevin qızı Xədicə xanım ilə ailə hə-
yatı  qurmuşdur.  Yusif  erkən  dünyasını  dəyişdiyindən,  Ağa 
Musa  Xədicə  xanımı  yaşca  ondan  15  il  kiçik  olan  qardaşı 
Ağa Əlinin oğlu Tağıya ərə verir (45, s.36). 
Üç  nəhəng  milli  sahibkar  arasında  qohumluq  əlaqə-
lərinin  yaranması,  onların  dostluğunun  daha  da  möhkəm-
lənməsinə,  işgüzar  əlaqələrinin  daha  da  artmasına  səbəb 
olmaqla  bərabər,  həm  də  onların  iqtisadi  qüdrətini  möh-
kəmləndirirdi. 
Ağa Musa Nağıyev və Şəmsi Əsədullayev ilə iş birliyi 
Ramanadakı meyvə bağlarını almaqdan başlayır. Məhz bu 
iş  birliyi  sonradan  onların  milyonçu  olmaları  yolunda 
dönüş nöqtəsinə çevrilir. Elə bu dövrdə ticarət kapitalı ilə 
sənaye  kapitalının  əlaqəsi  daha  qabarıq  hiss  olunmağa 
başlanır. 
Ağa  Musanın  səviyyəvi  portret  cizgilərini  müasirləri 
belə  xarakterizə  edirlər:  o,  təbiət  etibarı  ilə  dəqiq  və  hər 
şeyi ölçüb-biçən insan idi. İllərlə hər çətinliyə sinə gərərək 
pul  toplayan  Musanın,  qazdığı  quyudan  su  əvəzinə  neft 
fontan  vurana  qədər,  gecə-gündüz  quyunun  yanından  çə-
kilməyən Musa  fəhlələrlə bərabər  ağır işlər  görürdü. Qısa 


 
40 
müddət  ərzində  fəhlə  Musa  neft  maqnatlarından  birinə 
çevrilir. Əldə etdiyi gəlir çoxaldıqca Ağa Musa Bakı kənd-
lərindəki  yataqları  satın  alır  və  yeni  quyular  qazdırırdı. 
Varlandıqca  “Qara  şəhərdə”  neft  emalı  zavodu  tikdirir, 
Xəzər  dənizində  onun  ilk  tankeri  üzməyə  başlayır  (45, 
s.38). 
Rusiya  Dövlət  Bankının  göstəricilərinə  görə  1879-cu 
ildə 30 yaşlı Ağa Musanın əmlakı 30 min rubl məbləğində 
qiymətləndirilib. XIX əsrin 80-ci illərinin ortalarında Ağa 
Musa Nağıyevin ticarət dövriyyəsi artıq 700 min rubla ça-
tır. Ağa Musa Nağıyevə II gildiya tacir hüququ verilir (5, 
v.4). 
Ağa  Musa  Nağıyev  49  yaşında  ikən  artıq  neft  Bakı-
sının məşhur milyonçusuna çevrilir. Amma qənaətcilliyin-
dən heç vaxt əl çəkməyirdi. 
Qoçular  onu  sifarişlə  oğurlayarkən,  ondan  istədikləri 
10  min  rublı  ala  bilməmişdilər.  Ağa  Musa  sözün  əsl  mə-
nasında onlarla “alver” edib, 1000 rubl verərək qoçulardan 
canını  qurtara  bilmişdi.  Düşünürəm  ki,  onun    məhz  belə 
hərəkətləri  xəsisliyinin  el  arasında  zərb-məsəlinə  çevril-
məsinə səbəb olmuşdur (40, s.90). 
Mis mədənlərinin xeyli gəlir gətirdiyindən xəbər tutan 
Ağa Musa, bu mədənlərin də neft vura bilməsi ilə maraq-
lanır.  Bunun  mümkün  olmadığını  bilən  milyonçu  “fontan 
vurmayan şeyə maya qoymaram”, - deyir. 
Dəniz  limanında,  müxtəlif  sahələrdə  artıq  təcrübə  qa-
zanmış Ağa Musa misin fontan vurması haqda mülahizəsi 
əlbəttə ki, inandırıcı olmayıb.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə