Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 
49 
II FƏSĠL 
 
AĞA MUSA NAĞIYEVĠN  
XEYRĠYYƏÇĠLĠK VƏ ĠCTĠMAĠ  
FƏALĠYYƏTĠ 
 
2.1.  Ağa  Musa  Nağıyevin  Azərbaycanda  xeyriyyə-
çilik hərəkatında yeri və rolu 
 
Məlumdur  ki,  Azərbaycanda  xeyriyyəçiliyin  çox  qə-
dim kökləri vardır. Lakin XIX əsrin sonunda xeyriyyəçilik 
xüsusilə geniş miqyas alaraq, yeni forma və məzmun kəsb 
edir,  hüquqi  normaya  çevrilir,  bu  sahədə  təşkilatlar  yara-
nırdı.  Bu  da  zənnimizcə  hər  şeydən  əvvəl  Azərbaycanda 
kapitalist münasibətlərinin inkişafı, habelə dövrün ictimai-
iqtisadi  həyatı  ilə  bağlı  olmuşdur.  Yəni  XIX  əsrin  ikinci 
yarısında Quzey Azərbaycanda kapitalist münasibətlərinin 
sürətlə  inkişafı  ölkədə  ictimai-iqtisadi  münasibətlərlə  ya-
naşı, həm də əhalinin sosial-mədəni həyatına da öz təsirini 
göstərmişdir.  Quzey  Azərbaycan  iqtisadiyyatı  kapitalist 
münasibətləri axarında inkişaf etdikcə, burada əhalinin tə-
bəqələşməsi dərinləşir, nəticə etibarı ilə bir ovuc milyoner-
lərlə  yanaşı,  xalqın  böyük  əksəriyyətini  təşkil  edən  yox-
sullar ordusu meydana çıxırdı. Kapitalizmin bütün ziddiy-
yətləri ilə əhatə olunan xalq kütləsi hər şeydən əvvəl ciddi 
maddi  çətinliklərlə  üzləşirdi.  Belə  bir  ictimai-iqtisadi  şə-
raitdə xalqı haqqında, onun elmə, təhsilə yiyələnməsi, do-
lanacağı  barədə  düşünən  demokratik  ruhlu  ziyalıları  yeni 


 
50 
xeyriyyə cəmiyyətləri yaratmaq təşəbbüsünü irəli sürmüş-
dülər (33, s.125). 
Azərbaycanda kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıbla-
ra,  qoca  və  xəstələrə  arxa  durmaq,  təhsil  almağa  imkanı 
olmayan  uşaqlara  əl  tutub,  onların  oxumasına  yardım  et-
mək kimi  humanist ideyalara qulluq edən belə bir cəmiy-
yətin  yaradılması  xalqımızın  ictimai  fikir tarixində  xüsusi 
yeri  olan  böyük  maarifçi  Həsən  bəy  Zərdabinin  adı  ilə 
bağlıdır. XIX əsrin 80-ci illərində Azərbaycandakı ictimai-
iqtisadi  və  siyasi  həyatı  yaxından  dərk  edən  böyük  mütə-
fəkkir, Bakı  “Real  gimnaziyası”nda müəllim işlərkən, bu-
rada təhsil alan kasıb, kimsəsiz uşaqların acınacaqlı həya-
tına ürəkdən acıyaraq, onlara kömək, maddi yardım etmək 
məqsədi ilə xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsünə qo-
şulur (1, s.123).  
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixşünaslığında 
təqdim  edilən  əsərədək  xeyriyyəçilik  hərəkatı  tarixi  hələ 
də  sistematik  və  ardıcıl  şəkildə  tədqiq  edilmədiyindən, 
Azərbaycanda  ilk  xeyriyyə  cəmiyyətinin  nə  vaxt  və  kim 
tərəfindən  yaradılması  haqqında  bir-birinə  zidd  və  müx-
təlif fikirlər mövcuddur. Lakin əldə etdiyimiz arxiv sənəd-
lər, ədəbiyyat materialları və araşdırmalar, gec də olsa, bu 
dolaşıqlığa son qoymağa imkan verir.  
Bu  sahədə  olan  əsas  mənbə  Həsən  bəy  Zərdabinin 
ədəbi irsidir. Onun «Həyat» qəzetinin 1905-ci il 25 noyabr 
tarixli  107-ci  sayında  çap  etdirdiyi  «Cəmiyyəti  xeyriyyə 
binası»  adlı  məqaləsində  Azərbaycanda  ilk  xeyriyyə  cə-
miyyətinin yaranması tarixi açıqlanır. 


 
51 
Məqalədə  oxuyuruq:  «1871-ci  ildə  mən  bizim  mü-
səlmanlar üçün bir cəmiyyəti-xeyriyyə nizamnaməsi tərtib 
edib  və  bir  neçə  qeyri  adamlara  da  onun  ərizəsinə  qol 
çəkdirib,  Sərdara  verib  təsdiq  elətdirdim.  Amma  mənim 
çağırışıma  nə  ki,  bir  qeyri  müsəlman,  hətta  ərizəyə  qol 
çəkənlər də gəlmədi» (65, s.211). Onun rus və Azərbaycan 
dillərində  yazdığı  bu  nizamnamə  «Müsəlmanlardan  dərs 
oxuyan uşaqlara iyanət etmək üçün fərahəm olan icmanın 
vaxtilə  qərar  olunan  qaidəsidir»  adlanır  və  Azərbaycan 
Elmlər Akademiyası Əlyazmalar İnstitutunda saxlanılır. 
H.Zərdabi Cəmiyyətin məqsədini nizamnamənin birin-
ci maddəsində belə izah edirdi: «İcmanın məqsədi. Bu qə-
rar  ilədür:  əvvələn,  bu  mənzur  ilə  ki,  Zaqafqaziyədə  olan 
müsəlmanlar üçün labüdlük üz verir ki, elmə rəqib olsun-
lar  və  çünki  onların  çox  hissəsi  fəqir  olmaq  səbəbi  ilə 
elmxanələrdən  uzaq  yerlərdə  sakin  olanları  üçün  məqdur 
olmuyur ki, öz uşaqlarını elm təhsil etməyə versinlər. Bu-
na binasəyin olunur  Badkubə şəhərində məcmun-Əanət ta 
ki  fəqir  olan  şəxslərdən  uşaqlarına  elm  verməyə  xahiş 
edənlərinə iəanət etmək için» (2, vv. 1-4). 
Nizamnamənin altıncı maddəsində isə cəmiyyətin əsa-
sən  yetim  və  kimsəsiz  uşaqlara  təhsil  vermək  məqsədi 
açıqlanır.  Burada  deyilir:  «İcma  şagirdlərinin  cümləsinə 
götürüləcəkdir.  Hər  bir  müsəlman  əhalisinin  ki,  elm  kəsb 
etməyə qüdrəti yoxdur və əksərən yetim olan uşaqlardır». 
H.Zərdabinin  xeyriyyə  cəmiyyəti  yaratmaq  təşəbbüsü 
hökumət dairələri tərəfindən hüquqi cəhətdən təsdiq edilsə 
də, əhali arasında ona məhəl qoyan tapılmır. Odur ki, Hə-
sən  bəy  Bakının  baş  ruhanisi  və  qazisi  Cavad  axunddan 


 
52 
xahiş  edir  ki,  şəhərin  adlı-sanlı  adamlarını  evinə  dəvət 
edib,  cəmiyyətin  fəaliyyət  göstərməsinə  kömək  göstərsin. 
Axund  Cavad  belə  də  edir.  H.Zərdabi  adını  çəkdiyimiz 
məqaləsində yazırdı ki, camaat toplaşanda mən cəmiyyəti-
xeyriyyə nədir və onun xalq üçün xeyri gələcəkdə nə ola-
cağı haqqında məlumat verdim. Cənab H.Z.Tağıyev də bu 
haqda çox danışdı. Amma pul sözü araya gələndə hacılar 
iztiraba düşdülər və onlardan biri  «bu xeyir işə bir xeyir-
duaçı da gərəkdir. Təvəqqe edirəm məni belə duaçı hesab 
edəsiniz» – deyib, durub getdi. Bir qeyri Hacı durub «abi-
dəstə gedirəm» – deyib  çıxıb qaçdı. Sonra məclisdə qalan 
əşxas  bir-birinə  baxıb  təşrif  apardılar.  Biz  məclisdə  olan 
üç-dörd adamlar da onlardan sonra durub getdik. Mən dəf-
tərimi  qoltuğuma  vurub  mənzilimə  gələndən  sonra  bizim 
bədbəxt  müsəlmanların  hərəkətindən  bir  neçə  gün  xörək 
yeyə  bilmədim  və  gecələr  yuxu  mənə  haram  oldu.  Bəs 
deyilmi, haçan biz ayılacağıq (65, s.211-212)?  
Xeyriyyə  cəmiyyətini  yaratmaq uğrunda sonralar mü-
barizəsini davam etdirən Həsən bəy Zərdabi XX əsrin əv-
vəllərində yenidən bu məsələyə qayıtmış və bu dəfə «Bakı 
Müsəlman  Xeyriyyə  Cəmiyyəti»nin  Rus  və  Azərbaycan 
dillərində  nizamnaməsini  yazaraq  Qafqaz  canişinliyi  ida-
rəsinə  təqdim  etmişdir.  Nizamnamə  1905-ci  il  oktyabrın 
10-da Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tə-
rəfindən  təsdiq  edilmişdir  (3,  v.14.).  Azərbaycan  Mərkəzi 
Dövlət  Tarix Arxivinin  46-cı  fondunda,  yəni Bakı  qrado-
naçalniki  (şəhər  rəisi)  idarəsinin  dəftərxanasına  məxsus 
fondda saxlanılır, 1913-cü ildə Bakıda İsa bəy Aşurbəyo-
vun «Kaspi» mətbəəsində çap olunan nüsxəsindən məlum 
olur  ki,  nizamnamə  altı  bölmədən  və  42  bənddən  ibarət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə