Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
61 
rindən  biri  Əlimərdan  bəy  Topçubaşov  rəhbərlik  edirdi. 
Həmin nümayəndə heyəti türklərə qarşı aparılan bu vəhşi-
liklərin qarşının alınması haqqında tələb qoymuşdu. Lakin 
Rusiya hökuməti onlara aşağıdakı rədd cavabını vermişdi: 
«Siz  Qafqaziyalı  müsəlmanlar  bizim  düşmənlərimizə  (türk-
lər  nəzərdə  tutulur  -  D.N.M)  yardım  etmək  istəyirsiniz. 
Hərb  içindəykən  Rusiya  hökuməti  buna  müsaida  etməz» 
(70, s.123). 
Bu  cavabdan  sonra  Azərbaycan  Xeyriyyə  Cəmiyyəti-
nin nümayəndə heyəti rus hökumətinə üçüncü dəfə aşağı-
dakı  məzmunda  müraciət  edir:  «Siz  iki  dövlət:  Osmanlı 
imperatorluğu ilə Rus çarlığı hərb edirsiniz. Biz sizin düş-
mənlərinizə  deyil,  işğalınız  altına  aldığınız  vilayətlərdəki 
pərişan  qardaşlarımıza  insani  və  xeyir  yardımı  etmək 
istəyirik» (70, s.124). 
Cəmiyyətin bu müraciətinə də çar naibi müsbət cavab 
vermədikdə  nümayəndə  heyətinə  daxil  olan  xalq  xadim-
lərindən gəncəli Ələkbər bəy Rəfibəyli həyəcanla yerindən 
qalxıb  demişdir:  «Bu  qədər  milyonlarla  təbəəniz  bulunan 
türk  müsəlmanların  sizin  yanınızda  heç  xatiri  sayılmaz-
mı»? Qranduk bu təmsilçinin oturmasına işarə edir və dü-
şündükdən sonra müsaida veriləcəyini bildirir»(70, s.124). 
Gətirdiyimiz faktlar Bakı Müsəlman Xeyriyyə Cəmiy-
yətinin rus hökumət dairələri ilə rəsmi surətdə razılaşması 
ilə  müharibədən  zərər  çəkən  əhaliyə  köməklik  etməsini 
təsdiq  edir  və  məlum  olur  ki,  cəmiyyətin  nəzdində  bu 
məqsəd  üçün  hətta  «Fəlakət  və  hərbzadələrə  yardım  şö-
bəsi»  yaradılmışdı.  Bundan  əlavə,  bu  işlərə  bilavasitə  kö-
məklik göstərmək üçün Bakı Xeyriyyə Cəmiyyətinin Qars, 


 
62 
Ərzurum, Tiflisdə xüsusi şöbələri açılmış və bu şəhərlərdə 
onun müvəkkilləri fəaliyyət göstərmişdi (14, v.89-90). 
Məmməd  Sadıq  Aran  adını  çəkdiyimiz  məqaləsində 
daha  sonra  yazır  ki,  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyə-
tinin  rus  hökuməti  ilə  apardıqları  danışıqlardan  sonra 
«...qadın  doktorlar,  müəllimlər,  gənc  universitetlilər,  xalq 
təmsilçiləri Azərbaycan Xeyriyyə Cəmiyyətinin idarəsi al-
tında Anadoluya axdı. Bakıdakı Cəmiyyəti Xeyriyyə Mər-
kəzi  bulunan  İsmailliyə  bir ərzaq və  əşya deposu (anbarı) 
halına  gəldi.  Zəngin  və  kübar  ailə  qadınları  gecəli-gün-
düzlü tikiş makinələrinin başında Anadolu hərbzadələrinə 
əlbisə və yataq tikişi tikməyə, köylülər corab hörməyə, əc-
zaxanalar  ilaç  (dərman)  hazırlamağa,  məhəllələrdə  qadın 
heyətləri  yorğan-döşək  toplamağa  başladılar.  Cəmiyyəti-
xeyriyyə  mərkəzində  açılan  ianə  dəftərinə  yazılmaq  üçün 
zəngin,  fəqir  hər  kəs  sevinə-sevinə  qoşuldu.  Bu  surətdə 
toplanan milyonlarca para və vaqonlar dolusu ərzaq və əş-
ya Anadoluya göndərilirdi. Qarsda mərkəz quruldu. Orada 
depo  halına  gətirilən  binalar  arasında  bəzi  cəmiyyətlərin 
tavanına qədər əşya tiklin dolduruldu.  
Sarıkamış, Trabzon, Artvin, Ərdəhan və s. şəhərlərdə 
şöbələr açıldı, səyyar aş evləri və yardım ocaqları quruldu. 
Buralardan toplanan vəsaitə 12.000 yetim cocuq üçün mə-
həlli yurdlar qurulduğu kimi, Bakı şəhərində yetimxanalar 
açıldı. Bu sürətlə türk xalqına qarşı yapılan çirkin hərəkət-
lərə sədd çəkildi» (70, s.127). 
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti bunlardan əlavə, 
M.Aranın yazdığı kimi, Azərbaycandakı gizli komitə vasi-
təsilə  Bakıda  və  Xəzər  dənizindəki  Nargin  adasında  əsir 


 
63 
saxlanılan yüzlərlə türk qaçırılaraq Təbriz yolu ilə Anado-
luya  göndərilməsində  yaxından  iştirak  etmişdi.  Məqalədə 
bununla əlaqədar deyilir: «Bu uğurda, köylü-şəhərli bütün 
Azərbaycan türkü heç bir fədakarlıqdan çəkinmədi. Ən gö-
zəl  minik  atları  «türklərə  qurban»  kimi  qaçırılan  türk  su-
baylarına Qarabağda hədiyyə edilirdi» (70, s.128). 
Məqalədə müəllif bunu da bildirir ki, “Azərbaycan cə-
miyyəti – xeyriyyənin gördüyü tədbirləri əyani sübut edən 
şəkillər  «Qardaş  köməyi»  dərgisinin  eyni  sayında  çap 
olunmuşdur”. 
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Birinci dünya 
müharibəsi dövründəki fəaliyyəti təkcə dediklərimizlə məh-
dudlaşmır. Yuxarıda xatırladığımız kimi cəmiyyət mühari-
bədən  zərər  çəkən  türk  əhalisinə  yerlərdə  kömək  göstər-
mək  üçün  Qarsa  və  Şərqi  Anadolunun  digər  ərazilərinə 
doktor  Xosrov  bəy  Sultanovun  başçılığı  ilə  xüsusi  nüma-
yəndə heyəti göndərmişdi. 
Nümayəndə  heyəti  əhaliyə  ərzaq,  paltar  çatdırmaqla 
yanaşı,  həm  də  yerli  müsəlman  əhalisinin  hüquqlarının 
müdafiəsi  üçün  məsələlər  qaldırmış  və  müəyyən  mənada 
buna  nail  olmuşdur.  «Kaspi»  qəzetinin  8  aprel  1915-ci  il 
tarixli  sayında  doktor  Xosrov  bəy  Sultanovun  dərc  olun-
muş məktubunda deyilirdi ki, «əyalətin müsəlmanlar yaşa-
yan məntəqələrində  bəni insan görünmür. Yalnız bir neçə 
kənddən  500-600  qadın  və  uşaq  yığıldı.  Onların  arasında 
cəmi  6  kişi  vardı  ki,  onlar  da  əldən  düşmüş  qocalardan 
ibarətdir» (28, v.3). 
Daha  sonra  məlum  olur  ki,  Bakı  Müsəlman  Xeyriyyə 
Cəmiyyəti  Qarsa  göndərdiyi  nümayəndə  heyətinin  məlu-


 
64 
matları əsasında xüsusi bəyannamə qəbul etmişdir. Bəyan-
namədə  Cəmiyyət  Qars,  Ərdəhan  ərazilərində  qalan  kim-
səsiz uşaqların, qadınların Bakı və Gəncə şəhərlərinə gəti-
rilməsini və burada onların yerli varlıların himayəsinə ve-
rilməsinin  zəruriliyə  bildirilirdi.  Lakin  cəmiyyət  üzvlərin-
dən  bəziləri  buna  lazımi  diqqət  verə  bilməmişlər.  Belə 
münasibət dövrün böyük ziyalısı, həm də Cəmiyyətin mü-
haribə  zonaları  üçün  ianə  toplanmasının  ilk  təəsübkeş-
lərindən biri olan Ömər Faiq Nemanzadəyə çox mənfi təsir 
göstərmiş və o, bu münasibətlə «Çox utandıq» adlı bir mə-
qalə yazıb onu «Yeni iqbal» qəzetinin 3 iyul 1915-ci il sa-
yında  çap  etdirmişdir.  Məqalədə  deyilirdi:  «Vay  cəmiy-
yəti-xeyriyyə!»  Vay  milyonlu  şəhər!  Vay  bədbəxt  millət! 
Məgər  quru  adın  varmış!..  Aman  ya  rəbbi,  nələr  eşidirik, 
nələr görürük. Nə demək bu? Nə demək ki, 4-5 milyonluq 
bir  camaat  bir-iki  yüz  yetim  balasını  bir  yerdə  saxlamağa 
gücü çatmır. Of, doğrudan da ölmüşük, doğrudan da milli 
dirilik,  mədəni  insanlıq  adına  bir  qəpiyə  dəymərik”  (67, 
s.65). 
Ö.F.Nemənzadənin bu çıxışı Cəmiyyəti-Xeyriyyə üzv-
ləri  və  Bakı  şəhəri  əhalisi  arasında  çox  böyük  əks-səda 
doğurmuşdu.  Belə  ki,  cəmiyyətdə  müsəlman  uşaqlarının 
yerləşdirilməsi,  təmini  üçün  istər  onun  üzvləri  və  istərsə 
də hökumət dairələri xeyli vəsait toplamış oldu. Kimsəsiz 
uşaqlar üçün cəmiyyətin yerləşdiyi «İsmailiyyə» binasında 
xüsusi  yataqxana  yaradılmışdı.  1917-ci  ilin  əvvəllərində 
burada  müharibə  cəbhələrindən  gətirilmiş  200-dən  artıq 
kimsəsiz  uşaq  saxlanılırdı.  Bu  uşaqlara  hər  gün  bir  neçə 
dəfə  yemək verilirdi.  Bu baxımdan türk müəllifi,  sonralar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə