Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   19   20   21   22   23   24   25   26   27

 
93 
Görkəmli  teatr  xadimi  və  rejissor  Adil  İsgəndərovun 
Dövlət Dram teatrında fəaliyyəti dövründə – teatr xadim-
ləri  sırasında  Fərəc  Nağıyevin  adına  tez-tez  rast  gəlmək 
olurdu. 
       O, aktyor, rejissor, rəssam və bədii rəhbər kimi çalış-
dığı  teatrlarda  gənc  istedadların  da  aşkar  olmasında  əmə-
yini əsirgəməyib.  
       Fərəc Nağıyevin yaradıcılığına nəzər saldıqca düşünü-
rəm ki, o, bir inqilab olub sənət aləmində. Görünür o, bunu 
nəzərə  alıb  hər  zaman  deyərdi:  mənim  qədrimi  öləndən 
sonra biləcəklər. Təəssüflər olsun ki, bu günədək zər qəd-
rini bilən bir zəgar tapılmayıb... 
O, onlarla tamaşalara (“Aşıq Qərib”, “Əsli və Kərəm”, 
“Sevil”, “Aydın”....) eskizlər də hazırlamışdır. Azərbaycan 
Dram teatrının rejissoru Adil İskəndərovun təklifi ilə “Xırs 
quldurbasan” tamaşasına epiloq və proloqu şeirlə yazan da 
Fərəc  Nağı  olmuşdur.  Spartak  ssenarisinin  meydana  gəl-
məsi onu bir qədər də məşhurlaşdırdı. (53, s.110) 
“Mehman”,  “Səhər”,  “Kəndlilər”  filmlərində  rol  alan 
Fərəci “Məşədi İbad” filmində görənlər bilirdilər ki, rejis-
sorun məqsədi onun tikiş bacarığını göstərmək olub. 
Fərəc  Nağı  incəsənətin  fədaisi  olmağla  bərabər, 
səhnənin fəhləsinə belə  çevrilməyi qəbahət hesab etmirdi. 
Afişaların,  dəvətnamələrin,  səhnə  quruluşunun  hazırlan-
masındakı əməyi unudulmazdır. 
Həyatda  olduğu  kimi  ailədə  də  rolu  çox  böyük  olub. 
Ata kimi nə qədər hökümlü idisə, bir o qədər də mülayim, 
həyat  yoldaşı  kimi  nə  qədər  diqqət  tələb  edirdisə,  bir  o 


 
94 
qədər  də  nəvazişli,  baba  sevgisi  bir  aləm  idi.  Qızları  ilə 
dost kimi, oğul övladları ilə isə çox ciddi rəftar edirdi. 
       1973-cü ildə Ağa Musa kimi Fərəc Nağıyevin də öm-
rü70 yaşında sona yetir (53, s.98). 
Yaşadığı  illər  ərzində  əslində  ona  miras  qalmış  küllü 
miqdarda var-dövlətdən yararlana bilməyən, əksinə, ailəsi-
ni aclıqdan qorumaq məqsədilə hər bir işin qulpundan ya-
pışan bu istedadlı insanın da ömrü beləcə başa çatmışdı. 
Fərəc  qədim  xalq  meydan  oyunlarına  ikinci  nəfəs  ve-
rib.  Yazdığı  70  səhifəlik  “Qaravəlli”  ssenarisini  Mərkəzi 
Komitədən  təsdiqlənməsinə  də  nail  olur  (ARDƏ  və  İA 
f.475).  
O,  işlədiyi  Xalq  Yaradıcılıq  Mədəniyyət  Evinin  “Qa-
ravəlli” teatrı adlandırılmasına böyük qüvvə sərf edir. 
Qaravəlli  –  qədim oyun  və  mərasimlərin, məcazi mə-
nada  –  teatrvari  (alleqorik)  tamaşaların  məişətləşmiş  bir 
formasıdır. Qaravəlli sözü qara camaat – yəni kənd əhlinə 
daha çox yaxın mənasında işlədilirdi. 
Hətta bu gün də əgər hər hansı bir şəxs məzəli əhvalat 
və  yaxud  hadisə  danışırsa,  kənardan  –  “bu  başdan  ayağa 
lap qaravəllidir ki,” – sözlərini eşidirik. 
Yəni gülməli, məzəli əhvalatları qaravəlli təşkil edirdi. 
Bu  haqda  materialların  az  olmasına  baxmayaraq,  bu  bir 
xalq teatrı idi.  
 Bu teatr xalqın yaşayışı idi. Beləki, teatr xalqın yaşa-
yış tərzindən, ictimai – mədəni məişətindən, ehtiyacından 
yaranıb, inkişaf etmişdi.  
Ulu babalardan irs qalmış  təsviri  incəsənət  arxivində, 
dastan və nağıllarda “Qaravəlli” teatrının əsası gözə çarp-


 
95 
maqla  bərabər,  nəzəri  prinsiplərə  də  rast  gəlmək  olurdu. 
“Qaravəlli” – Azərbaycan xalqının milli meydan oyunları 
tamaşası deməkdir (64, s.101).  
Bu tamaşalar: Novruz bayramı (Kevsəc), Qışa hazırlıq 
Mehrican),  Məhsul  bayramı  və  sair  bu  kimi  mərasimlərdə 
nümayiş  olunurdu.  Tamaşaların  iştirakçıları  məclislərdə 
(teatrda) lazım olacaq libas və əşyalarını hərə öz heybəsinə 
(çantasına) yığıb, oba–oba, kənd bə kənd, eləcə də qəsəbə-
ləri  gəzər,  insanların  yaşayış  yerlərinə  yaxın  məkanları 
müəyyən etdikdən sonra gəlişlərini camaata bildirmək məq-
sədilə təlxəklər Kosa və Keçəl ulağın üstünə minib, küçə və 
bazarda  car  çəkib,  tamaşanın  vaxtını  və  məkanını  bildirib, 
camaatı  tamaşaya  dəvət  edirdilər  (64,  s.108).  Tamaşanın 
keçiriləcəyi yerdə ertədən oyunbazlar (iştirakçılar) hazırlıq 
işləri ilə məşğul olurdular. 
Adətən  tamaşalar  karvansaralarda  və  yaxud  da  mey-
dançalarda keçirilirdi. Əgər belə tamaşalar düşərgədə keçi-
rilirdisə,  səhnə  su  hovuzlarının  üstündə  taxta  döşəmələr-
dən, estrada səhnəsinə bənzər hazırlanırdı. 
Quraşdırılan səhnənin arxasında biri-birindən 4-5 met-
rə aralı dirəklər basdırılıb, onları kəndirlə birləşdirib, üzə-
rinə  palas  və  yaxud  həsil  sərib,  gərdək  (arakəsmələr)  dü-
zəldib,  dirəklərin  sağ  və  sol  tərəfində  oyunbazların  səh-
nəyə daxil olub, çıxmaları üçün əlvan parçalardan pərdələr 
asılırdı.  
Arakəsmələrin sağ və sol tərəfində adam boyundan bir 
az hündür üç ayaq nazik dirəklər qoyulurdu ki, bunların da 
üstünə ağac, çəmən, ev və saray təsvir edilmiş rəsmlər ası-
lırdı.  Hər  iki  tərəfdə  olan  üçbucaqların  üstündə  səhnəni 


 
96 
işıqlandırmaq üçün çıraqlar qurulurdu. Səhnənin  qarşısın-
da oturacaq üçün sağ və sol tərəfdə döşəkçələr və kətillər 
düzülürdü.  
Qədim  xalq  meydan  oyunları  formalarından  biri  olan 
“Qaravəlli”  tamaşaları  xalq  məzhəkələrinin  inkişafı  ilə 
bağlı  olub.  Belə  tamaşaların  nümunələrindən  biri  olan 
“Kosa-Gəlin”  məclisi  ər  və  arvad  münasibətlərini  əks  et-
dirən dramatik tipli bir komediyadır. 
Azərbaycan xalq yaradıcılığının parlaq nümunəsi olan 
”Qaravəlli”  teatrı  romantik  xüsusiyyət  daşıdığı  kimi  de-
mokratik təbəqələrin başlıca olaraq kənd həyatı və məişət-
lə bağlı olan xüsusiyyət daşıyıb (64, s.110). 
Teatrın  repertuarına  əxlaq  və  tərbiyəvi  əhəmiyyəti 
olan  xırda  həcmli  pyeslər  daxil  edilirdi.  Tamaşa  zamanı 
satira  o  qədər  şiddətlənirdi  ki,  hətta  bu  acı  bir  kinayəyə 
çevrilib, ictimai əxlaq qüsurlarını qamçılayırdı. 
“Qaravəlli”  teatrı  üçün  nəzərdə  tutulan  məzhəkə  və 
dastanların  məzmunları  müxtəlif  olduğuna  görə  tamaşaçı 
günün  vacib,  siyasi  və  ictimai  hadisələri  haqqında  oyun-
bazların ağzından yeni xəbərlər də eşidirdi (64, s.112). 
Xalq tərəfindən sevilə-sevilə qəbul olunan tamaşalarla 
yanaşı aşiqanə və qəhrəmanlıq dastanları təsvir edən məc-
lislər  də  teatrın  repertuarına  daxil  olunurdu.  Bütün  bunlar 
tamaşaçılar  tərəfindən  böyük  rəğbətlə  qarşılanırdı.  Sayca 
çox olan xalq dram əsərlərinin yazılı surətləri bizə çatma-
mışdır. 
Bunlar  ancaq  xalqın  hafizəsində  yaşayaraq,  ağızdan-
ağıza gəzərək, nəsildən-nəslə çatdırılaraq, zəmanəmizə qə-
dər yaşaya bilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə