Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   19   20   21   22   23   24   25   26   27

 
89 
İsmayılın  tutulduğu  sağalmaz  və  müalicəsi  mümkün 
olmayan  vərəm  xəstəliyinə  milyonlar  da  kömək  edə  bil-
mir. Hətta xaricdəki müalicələr İsmayılın dadına çatmayır. 
Artıq  xəstəlik  öz  işini  görmüşdi.  O,  xaricdə  ikən  yazdığı 
məktubların birində dərd çəkməkdən atasının yumağa dön-
düyünü qeyd edirdi. 27 yaşlı İsmayıl bəy, dünyasını dəyiş-
dikdən sonra həqiqətən Ağa Musanı tanımaq olmurdu. Ba-
la  itkisini  heç  cürə  unuda  bilməyən  Ağa  Musanın  dadına 
qardaşı  Ağa  Əli  çatır.  Beşinci  övladını  –  oğlunu  ona  hə-
diyyə verir. Misal var ki, baladan pay olmaz! Ağa Əli qar-
daşının  dərdini  yüngülləşdirmək  məqsədilə  belə  bir  hərə-
kətə imza atır.  
Fərəc  1903-cü  ilin  dekabr  ayında  Bakının  Biləcəri 
kəndində  dünyaya  göz  açarkən,  taleyinə  milyonçu  Ağa 
Musa  Nağıyevin  vərəsəsi  olmaq  yazılıbmış.  Elə  bu  tale 
onun sonradan incəsənət aləmindəki fəaliyyətinin kölgədə 
qalmasına səbəb olub (53, s.105). 
Ağa  Musa  yeni  doğulmuş  körpəyə  Fərəc  adı  verir. 
Adının  mənası  kimi  kədərdən  sonra  gələn  sevinc  olur 
Fərəc onun üçün. Ancaq bu sevinci Ağa Musa cəmisi 16 il 
yaşayır (51, s.130). 
Uşaqlıqdan hər işə maraq göstərən Fərəc  Ağa Musaya 
məxsus  kitabxanada  mütaliələrdən  doymayırdı.  Ən  çox 
xoşladığı  əyləncə  isə  H.Z.Tağıyevin  teatrında  tamaşalara 
baxmaq idi.  
Azərbaycan  Respublikası  Ədəbiyyat  və  İncəsənət  Ar-
xivinin fondunda (f.475) qorunan xatirələrindən də görün-
düyü kimi, Fərəc evə dönərkən tamaşalardan müxtəlif səh-
nələri oynamaqdan xüsusi həzz alırdı. 


 
90 
Fərəc  Ağa  Musanın  arzularını  puç  etməmişdi.  Çünki 
ona, “sənin götürdüyün uşaq hoqqabaz olacaq” deyənlərin 
cavabını  çoxdan  vermişdi:  “Hər  nə  olursa,  olsun.  Amma 
insan olsun. Mən də əvvəllər hambal olmuşam” – demişdi. 
18  yaşından  sırf  səhnə  fəaliyyətinə  başlayan  Fərəc 
“Tənqid-Təbliğ” teatrında özünü sınayır. Aktyor kimi Ba-
kı  Türk  İşçi  teatrında  “Küləklər  şəhəri”ndə  Aşıq,  “Yan-
ğın”da – İvan Vasilyeviç rollarında çıxış edir (53, s.107). 
Rejissorluq fəaliyyətində ilk işi “Qana qan” və “Qanlı 
səhra” tamaşaları olub. 
Dövrün təzyiqi onu təxəllüs götürməyə vadar edir. 
Fərəc Nağı özünü ədəbiyyatda da göstərə bilmişdir. O, 
şeir  yazmaqla  məşğul  olur.  Sayı  200-ə  çatmış:  “Yuriy”, 
“Qazı”, “Kasıb və Tanrı” kimi nəzirələrin, eləcə də “Ehti-
yatlı ol”, “Vaz keçsin”, “Meyxana”, “Seçki” və bir sıra sa-
tirik şeirlərin müəllifi olub. 
Əvvəllər Fərəcin güzgünün qarşısında roldan rola gir-
diyini  görüb,  qorxu  hissləri  keçirmiş  Zəhra  xanım,  onun 
xəstəliyə tutulduğunu düşünürmüş.  
O, fəaliyyətini Aşqabad və Şəki Dram teatrlarında  da-
vam  edir  (53,  s.108).  Dağıstan  Dram  teatrında  təbliğat  və 
təşviqat işlərini davam etdirməklə bərabər, Fərəc bu teatr-
da  rejissor,  aktyor  və  tərtibatçı  rəssam  fəzifələrini  də  icra 
edir. Sonradan o, teatrın direktoru da təyin olunur.  
Fərəc  -  Xətai  və  Əbilov  adına  mədəniyyət  evlərində, 
eləcə də Xalq Yaradıcılığı mədəniyyət evində bədii rəhbər 
və  rejissor  vəzifələrində  çalışır.  O,  özünü  estrada  səhnə-
sində  də  sınaqdan  keçirir.  Satira  janrında  işləməsi,  onun 
sonralar masa bəyi kimi təsdiqlənməsinə də təkan olur. 


 
91 
Ağa  Musa  İsmayılın  ölümü  ilə  yarımçıq  qalan  atalıq 
sevgisini və qayğısını bütövlükdə Fərəcə yönəltmişdi. 
O  vaxtlar  Fərəcin  heç  ağlına  da  gəlməzdi  ki,  milyon-
larla ölçülən var-dövlətin yeganə varisi olsa da, bu ona çox 
baha başa gələcəkdir. Sibirə sürgün olmaqla üzləşməmək, 
NKVD-nin  gözündən  qaçmaq  məqsədilə  soyadın  sürgünü 
olacaq.  Məhz  bunun  nəticəsi  idi  ki,  o,  Türkmənistan  (Aş-
qabad) və Dağıstan Respublikalarında, daha sonra isə Azər-
baycanın  ən  ucqar  rayonlarında  məskunlaşacaqdır  (52, 
s.98). 16 yaşından nişanlandığı mavi gözlü Zəhra xanımla 
evlənəndən bir il keçmiş, həyatın keşməkeşli yollarında bir 
çarpışacaqlar.  
Totalitar  rejim  Fərəci  iki  dəfə  –  1938  və  1943-cü 
illərdə NKVD-nin zirzəmisində “məsləhət” görülərək, və-
rəsə  kimi  gəlmiş  pulların  yetimxanaların  hesabına keçiril-
məsinə  imza  atmasına  məcbur  edir.  Hər  iki  dəfə  Fərəc 
Allaha şükr edəcək ki, onu ailəsindən ayırmadan – ondan 
əl çəkəcəklər  (64, s.57). NKVD-nin  yerli şöbəsində qey-
diyyatdan keçmək, miras haqqında müxtəlif sorğu-suallara 
cavab vermək Fərəc üçün sanki bir iş rejiminə çevrilmişdi. 
Şamaxıdakı  dəhşətli  zəlzələdən  sonra  buradan  Aşqa-
bada xeyli insan axını  olmuşdu. 1933-1935-ci  illərdə tale 
Fərəci  də  Aşqabada  aparıb  çıxarır.  Burada  “Türkmən-
Türk”  musiqili  komediya  teatrı  yaratmaq  ona  nəsib  olur. 
Dənizin  o  tayına  işləməyə  getməyə  can  atan  az  tapılardı. 
Təkcə  Fərəc  Bakıdan  uzaq  düşmək  fürsətini  qaçırmayır.  
Aşqabadda Fərəc yeni işinə köhnə bir binada, demək olar 
ki,  sıfırdan  başlayır.  Qısa  bir  zaman  içərisində  Fərəcin 


 
92 
çalışdığı  kollektiv  Türkmən  və  Azərbaycan  dillərində  ta-
maşalar hazırlayır (64, s.59). 
Şəki  teatrında  işləyərkən  (1938-1940)  o,  artıq  püxtə-
ləşmiş və tezliklə yetkin bir kollektiv yarada bilmişdi. 
1952-ci ildə Fərəcə xəbər gəlir ki, vaxtı ilə Ağa Musa-
nın tikdirdiyi və Fərəcin yaşadığı mülkün (Verxni Priyuts-
ki, 14 – indiki Ş.Əzizbəyov, 28) axırıncı otağı da müsadirə 
edilir. Təcili Bakıya dönən Fərəc, uzun və gərgin danışıq-
lardan sonra, 7 nəfər ailə (Fərəcin artıq beş övladı var idi) 
üzvü ilə birlikdə 18 m. sahədə “yaşamaq hüququnu” əldə 
edir. 
Məhz bu illərdə Fərəc qədim xalq  bayramı olan  “Qa-
ravəlli”nin  bərpası  və  yenidən  qurma  istiqamətində  işə 
başlayır.  Xalq  bayramlarına  ssenarisini  yazmaq,  afişalar 
tərtib  etmək,  geyim  eskizlərini  hazırlamaq  və  hətta  biçib-
tikmək  Fərəcin  rəhbərliyi  və  birbaşa  iştirakı,  əməyi  sayə-
sində həyata keçirdi (64, s.78). 
Cəmiyyət üçün maraqlı və lakonik mövzular üzərində 
qurulan  satirik  süjetlərin  müəllifi  olmaqla  bərabər  Fərəc 
təlxək, Kos-Kosa, keçəl rolunda özü çıxış edirdi. 
“Satirikon” teatrının yaradılması ilə demək olar ki, Fə-
rəcin  aktyorluq  fəaliyyətinin  əsası  qoyulub.  O,  Şərqdə  ilk 
yaradılan  incəsənət  təhsil  ocağı  olan,  SSRİ  xalq  atristi 
Şövkət  Məmmədovanın  rəhbərlik  etdiyi  teatr  texnikumu-
nun aktyorluq və rejissorluq fakültələrini bitirmişdir. 
      Şavadsızlığın  hökm  sürdüyü  bir  dövrdə,  manelərdən 
çəkinmədən Teatr texnikumunda təhsil alan Fərəc aktyor, 
rejissor və rəssam ixtisaslarına yiyələnir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə