Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   19   20   21   22   23   24   25   26   27

 
101 
ikisi sərt və müddətli olsa da, – üzümə bütün qapıları aça-
caq  və  həyatımı  tamam  başqa  səmtə  yönəldəcək”  (51, 
s.126). 
1918-ci  ildə  Mirzə  Əsədullayev  həbs  edilir.  Dövlətli, 
nazir  vəzifəli  və  həm  də  “Mürtəce”  Partiyasının  lideri  ol-
duğu üçün onun həbsdən qurtarmağa ümidi yox idi. Artıq 
gənc  qızcığazı  ərə  vermişdilər.  Atasının  həbsindən  sonra 
ümidsizliyə uğrayan Ümmülbanunu özündən 20 yaş böyük 
və  sevmədiyi  Cəmilə  (o  da  “Mürtəce”  Partiyasının  lideri 
idi) ərə verirlər. 
Sonradan Mirzənin xaricə getməsi üçün pasportun alın-
masında da Cəmil böyük köməklik göstərir və  məcburiyyət 
qarşısında qalıb, Ümmülbanunu Parisə atasının yanına gön-
dərməli olur. 
O,  xatirələrində  yazır:  “Konstantinopol  vağzalında 
məni  yola  salarkən,  məndən  ayrılmağına  görə  ağlayırdı. 
Mən də ağlamaq istəyirdim. Sevincdən, sevgisiz həyatdan 
qurtulduğuma  görə.  Artıq  canımla  tək  qalmışdım.  Amma 
qorxu məni tərk etmirdi. Özüm də hiss etmədən bir anlığa 
sevmədiyim  Cəmilin  yanımda  olmasını  arzuladım”  (51, 
s.130). 
Gənc  və  gözəl  olduğundan,  Ümmülbanu  Parisdə  ma-
neken  işləməyə  dəvət  alır.  Bu  sahədə  uğursuzluğa  məruz 
qaldığı  vaxtlar  olsa  da,  burada  o,  böyük  həyat  təcrübəsi 
qazanır.  Sonradan  yazdığı  “Qafqaz  günləri”  romanında  bu 
işi  haqda  çox  faktlar  göstərir.  Həyatda  çətinlik  çəksə  də, 
əldə  etdiyi  azadlıqdan  həzz  alırdı.  Ümmülbanu  sonradan 
satıcı, katibə, tərcüməçi və jurnalist peşələrini  də sınaqdan 
keçirir (52, s.36). 


 
102 
Keşməkeşli həyatını nəql etdiyi yazıçı dostlarından bi-
ri  qələmini  sınamağı  ona  tövsiyə  edir.  Bunu  dərk  edən 
Ümmülbanu  keçdiyi  həyat  yolunu  qələmə  alır.  Beləcə  
onun “Qafqaz günləri” adlandırdığı romanı işıq üzü görür.  
Ümmülbanu  ikinci  romanını  “Paris  günləri”  adlandı-
rır.  Tezliklə  Qallimar  nəşriyyatına  təqdim  edəcəyi  başqa 
bir romanını da bitirir. Adının çətinlik yaratdığından, artıq 
Banin  təxəllüsü  ilə  şöhrətlənmiş  yazıçıya  çevrilir  (51, 
s.78). 
Yaradıcılıq  xüsusiyyətlərinə  görə  Banin  Parisin  ədə-
biyyat  dairələrində  –  mühacir  təbəqələrindən  olan  xüsusi 
qatlarda  mühüm  yer  tutur.  Baninin  qeydlərində  belə  bir 
məqama rast gəlmək olur: 
“İftixar hissi ilə qanadlanıb uçurdum. Küçə-küçə qaça-
raq  kitablarım  satılan  bütün  mağazalara  dəymək  istəyir-
dim. Buna baxmayaraq, özümü yazıçı hesab etmirəm. Sa-
dəcə olaraq hadisələri şərh edirəm” (51, s.89). 
O,  islam  dini  mühitində  böyüsə  də,  dindar  olmayıb. 
Paris  isə  onu  tamamilə  ateist  edir.  Bir  vaxtlar  Paris  üçün 
burnunun ucu göynədiyini qeyd edən Banin, Parisdə olar-
kən özünü sükansız, yelkənsiz gəmiyə bənzədirdi. 
Ondan müsahibə alanlara anasız böyüdüyü və övladı-
nın  olmadığı  üçün  təəssüfləndiyini  bildirirdi.  Əldə  etdiyi 
müvəffəqiyyətlərə baxmayaraq, o, taleyindən şikayətlənir-
di. Şəraitin, təsadüflərin, taleyin onu oyuncağa çevirdiyini 
vurğulayırdı. Axı o, ömrü boyu inam-əqidə üğrunda çarpı-
şıb, xeyirxahlıq uğrunda çalışıb. 
Uzunömürlü olub, maraqlı həyat keçirib, azadlıq əldə 
etmiş Banin həyatını tənhalıqda tərk etdi. 
Qeydlərindən məlum olur ki, vətənini dərin məhəbbət-
lə  sevsə  də,  nədənsə  həmyerliləri  ilə  görüşməkdən  boyun 


 
103 
qaçırırdı.  Qohumları  ilə  əlaqə  yaratmaq  arzusunda  olma-
yıb.  Atasından  incik  düşən  Banin,  ömrünün  sonunadək 
onun məktublarını da oxumayıb. 
Ömrünün sonuna yaxın ayağından aldığı zədə ucbatın-
dan,  oturaq  həyat  keçirən  Banin  qiraət  etməkdən  usanmır 
və gənc müəlliflərin əlyazmaları ilə tanış olur. Yaradıcılıq 
hisləri ilə  yaşayan  azərbaycanlı Ümmülbanu  –  iki  nəhəng 
milyonçunun  nəvəsi,  ömrünün  75  ilini  qürbətdə  keçirən 
yazıçı – yazışmalarını bir neçə dildə aparırdı.  
Fransız ədəbiyyatının axarına düşməsinə baxmayaraq, 
hər zaman müsahibələrində Azərbaycanın sadiq qızı oldu-
ğunu vurğulayırdı. Sanki bunun təsdiqi olaraq, Banin “Azər-
baycan  evi”  Paris  Assosiasiyasının  fəxri  üzvü  seçilmişdi 
(53, s.88). 
1992-ci  ildə  dünyasını  dəyişərkən,  nəşinin  “yandırıl-
masını” vəsiyyət etmişdi. Buna səbəb ömrünün sonunadək 
özünü idarə etmək iqtidarında olmaqla bərabər hər zaman 
həyat kredosu hesab etdiyi azadlıq idi (51, s.120). 
O, bununla sanki azadlığı hər şeydən üstün tutduğunu 
sübut etdi.  
Aprel  çevrilişi  olmasaydı,  bəlkə  də,  o  Qafqazdan  Pa-
risə səyyah olmazdı. Əsrimizi səyyah kimi yaşayan bir qa-
dının taleyi – məhz bir qəlbin qəribə taleyi də çox güman 
ki, yaşanmazdı. 
        Gənc  yaşlarında,  heç  bir  xüsusi  peşəsi  və  ixtisası  ol-
madan o zamanın amansız Avropa mühitinin ağuşuna atıl-
sa da itib-batandan az sonra təkcə gözəlliyi ilə Paris salon-
larını heyrətləndirməklə kifayətlənməyib qələmi ilə Fransa 
və bütövlükdə Avropa ədəbi həyatına bir Qafqaz ab-havası 
gətirən  Banin mənsub  olduğu nəsillərin  adını inamla  ucalt-
mağa  nail  olmuşdu.  Onun  Ümmülbanu  həyatı,  Banin  ta-


 
104 
leyi  –  Nağiyevlərin  1920-ci  ildən  sonrakı  qismətini  sanki 
özündə formalaşdırmış, əks etdirmiş bir taledir. 
 Bakının apreləqədərki tarixi ilə maraqlananlar bu gün 
o qədər də çox deyildir. O tarix həm də vətənimiz və xal-
qımızın tarixinin üzvi tərkib hissəsi kimi düzgün həyat sal-
naməsini  əks  etdirir:  insanlar  necə  yaşayıb,  arzuları  nə 
olub, geyimləri nə cürə olub? 
XIXəsrin axırlarında, XX əsrin əvvəllərində Azərbay-
can  qadını  deyəndə,  gözümüzün  önündə  stereotip  qadın 
obrazı:  sivilizasiyadan  uzaq,  çadralı,  dəbdən  xəbərsiz,  sa-
vadsız bir qadın dayanır.  
Bu yönümdə Ümmülbanu Azərbaycan ədəbiyyatı tari-
xində şux və əsrarəngiz bir qadın kimi görünür. Uzun illər 
onun  həyat  tarixçəsi  ilə  maraqlananların  sayı  çox  deyil. 
Halbuki,  bu  həyatdan  neçə-neçə  cild  yazsan  da  qurtaran 
deyil. 
Hər səhərin açılmasında bir xeyir, qaranlığın sonunda 
bir  işıq,  hər  çıxılmazlığın  qurtaracağında  bir  nicat,  qəm-
qüssə  və  kədərin  sonunda  bir  sevinc,  şadlıq,  bəxtiyarlıq 
olur. Bu həyatın  aksiomasıdır. 
Bu gün, XX əsrin sonlarında yenidən dövlət müstəqil-
liyinə  yiyələnmiş  Azərbaycanımızın  quzeüində,  suveren 
Azərbaycan  Respublikasında  öz  əməyi,  işi,  gücü,  fəaliy-
yəti ilə xalqın tərəqqi yolunda xidməti olan bir kəsin haqqı 
özünə qaytarılır, haqsız yerə yaxılmış qaralar silinib təmiz-
lənir,  ağa-ağ,  qaraya-qara  deyilir.  «Kapitalist»,  «istismar-
çı» və s. ləkələr vurulmuş Tağıyevlərin, Nağıyevlərin hör-
mət-izzətinə yiyələnir… 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə