Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   19   20   21   22   23   24   25   26   27

 
97 
Tamaşa  belə  başlanırdı:  Meydan  babası:  Tamaşaya 
başlamaq  olar  –  işarəsini  verdikdən  sonra  ilk  növbədə  ta-
maşada  iştirak  edəcək  oyunbazlar  meydana  daxil  olaraq, 
meydanın  sağında  və  solunda  qoyulmuş  oturacaqlara  əy-
ləşirdilər. 
Tamaşanı müşaiyət edəcək musiqiçilər tamaşanın baş-
lanğıcında  və  sonradan  dastan  məclislərində,  baş  rolu  ifa 
edəcək aşıqlar isə səhnənin qarşısında qoyulmuş kürsülər-
də  əyləşirdilər.  Bundan  sonra  səhnəyə  qara  və  tünd  əlvan 
rəngli parçadan paltar geymiş Qaravaş lazım olacaq  əşya-
ları qoymaq üçün səhnəyə daxil olurdu. Tamaşa başlanma-
mışdan  əvvəl  üçbucaqların  üstündə  qurulmuş  çıraqlarla 
oyun  meydançasını  işıqlandırmaq  və  eləcə  də  tamaşanın 
sonunda  çıraqları  söndürmək  də  Qaravaşın  öhdəsinə  dü-
şürdü.  Qaravaş  səhnəni  işıqlandırdıqdan  sonra  musiqi  sə-
daları  altında  səhnəyə  daxil  olan  Keçəl  (Meş)  və  Kosa 
(Meşardı) – təlxəklər nağara çalır. Musiqi susduğu zaman, 
Keçəl  yenidən  nağara  çalıb,  əli  sazlı  aşığı  səhnəyə  dəvət 
edirdi (53, s.120). 
Aşıq tamaşaçıları salamladıqdan sonra söz açıb,  usta-
dını deyırmiş. Tamaşada iştirak edən Keçəl surəti yoxsul, 
nikbin, əməkçi kütləni təmsil edirdi. Kosa isə müəyyən qə-
dər varlı, xırda peşəkar, hər şeydə az da olsa qazanc məq-
sədi  güdən  bir  surətdir.  Keçəl  və  Kosa  “Qaravəlli”  teatrı-
nın məfkurəsini, daxili mahiyyətini özündə təcəssüm edən 
əsas surətlər idi. Kecəl dastan məclislərində və başqa məz-
həkələrdə surətin özünə məxsus üzlük (maska) taxırdı. 
Diribaş, bacarıqlı  komediant - Kosa məzhəkə məclis-
lərində və dastanlarda şeytan, dərviş  ya da küpəgirən qarı 


 
98 
surətlərini ifa etdiyi zaman gülünc, eybəcər üzlüklər taxıb, 
yeri  gəldikdə  şeir  deyir,  qəzəl  və  ya  mahnının  sözlərini 
oxuyurdu. 
 Hər iki hoqqabaz məclis zamanı iştirak edəcək oyun-
bazları  səhnəyə  dəvət  etdikləri  zaman  onların  təmsil  edə-
cəkləri şəxsiyyətlər haqqında tamaşaçılara izahat verirdi. 
Hər  bir  məclisin  və  ya  səhnənin  sonunda  ikinci  his-
sənin  başlanğıcınadək  olan  fasilə  zamanı  Qaravəlli  mey-
dan  oyunları  teatrının  başqa  iştirakçıları:  kəndirbaz,  göz-
bağlıca, rəqqas, lirik şeirlər və meyxana deyənlər öz məha-
rətlərini  ifa  edib,  tamaşaçıları  əyləndirirdi  (ARDƏA  f. 
475). 
 
3.2. A.M.Nağıyevin varisləri sovet repressiyası illə-
rində 
 
Hər  iki  övladının  gənc  yaşlarında  dünya  ilə  vidalaş-
ması Ağa Musanın belinin erkən bükülməsinə səbəb olur.   
Onun  ümüd  yeri,  qızıının  adını  yaşadan  Ümmülbanu  – 
nəvəsi olur. 
Ümmülbanu  saya-hesaba gələ bilməyən kapital sahibi 
olan iri neft sahibkarları Ağa Musa Nağıyevin – qız, Şəmsi 
Əsədullayevin – oğul nəvəsi olub. 
Neft  milyonçusu  Ağa  Musa  Nağıyev  ilə  Şəmsi  Əsə-
dullayevin dostluğu hamıya bəlli idi. Ş.Əsədullayevin rəs-
mən ayrıldığı və Moskvada yaşayan (milliyyətcə rus olub) 
həyat  yoldaşı  qısqanclıq  əlaməti  olaraq,  onun  iflasa  uğra-
masına  səbəb  olur.  Ona  bu  vəziyyətdə  yardım  əli  uzadan 
Ağa  Musa  olur.  Ş.Əsədullayev  keçmiş  həyat  yoldaşının 


 
99 
hiyləsinə  inanıb,  onun  məsləhəti  ilə  küllü  həcmdə  nefti 
Rusiyaya  göndərir.  Bundan  xəbərsiz  olan  firmalar  nefti 
qəbul  etməkdən  imtina  edərkən,  Ş.Əsədullayev  xammalın 
geri  qaytarılmasından  təşviş  keçirib,  nefti  ucuz  qiymətlə 
satdırır.  Bu  səbəbdən  müflisləşən  Şəmsi  özünü  öldürmək 
qərarına gəlir (51, s.32). 
Silahı  gicgahına  tuşlayarkən  onu  ölümdən  xilas  edən 
Ağa Musa Nağıyev olur. Ş.Əsədullayevi  ölümdən qurtar-
maqla bərabər, onu əvvəlki vəziyyətinə qaytarmaq məqsə-
dilə, vaxt müddəti qoymadan, ona küllü miqdarda borc pul 
verir, əslində onu həyata qaytarır. 
         Milliyyətcə alman olan dayələr Ümmülbanuya ananı 
(anası  doğuş  zamanı  dünyasını  dəyişir)  əvəz  edə  bilmə-
sələr də, ona verdikləri tərbiyəyə söz ola bilməzdi. Bir ne-
çə  dilə  yiyələnib,  savadlı  böyüməsi  əlbəttə  ki,  babaların 
diqqəti və milyonları əsasında başa gəlmişdi.  
Tale  bu  ailəni  ömrü  boyu  təqib  etdiyindən,  sonradan 
Mirzə Əsədullayevin – atasının həbsi ilə əlaqədar  Fransa-
ya mühacirət etməsi, Ümmülbanunun sevmədiyi və özün-
dən  çox  yaşlı  olan  həyat  yoldaşından  uzaqlaşıb,  demək 
olar ki, Fransaya qaçmasına təkan verir. Artıq Bakıda onu 
heç nə saxlaya bilməzdi: hər iki baba dünyasını dəyişmiş, 
müflisləşmiş ailələr və sevgisiz həyat.  
Hər  şey  onun  üçün  bir  qış  günü  başladı.  Sovet  İttifa-
qına  qovuşmuş  Azərbaycanda.  Sonradan  Banin  bunu  öz 
əsərlərində belə təsvir edəcək: “Mən son dərəcə varlı mü-
səlman  ailəsində  dünyaya  gəlmişəm.  1902-ci  ildə  bu  qə-
ribə  və  zəngin  ailədə  həyata  göz  açmışam.  Ermənilərin 
ağına–bozuna  baxmadan  keçmişdəkilərin  hayıfını  almaq 


 
100 
məqsədi  ilə  azərbaycanlıları  qırmasının,  azərbaycanlıların 
isə bu bəlanın qisasını Allaha tapşırdıqlarının şahidi olmu-
şam” (51, s.129) 
Fransada məşhurlaşmış  bu  əsrarəngiz Azərbaycan  ya-
zıçısı  (Banin)  vətənini  əslində  məcburi  olaraq  tərk  edib, 
mühacirlikdə yaşamağa məcbur olur (53, s.102). 
       Özünün  dediyi  kimi  onu  ananı  əvəz  edən  ipək  saçlı, 
ağ dərili alman qadını, fröylen (fr.) Anna tərbiyə edib. Bu  
qadın ona ana olduğu kimi qulluqçu və arxa da olub. Nə-
nəsi (Ş.Əsədullayevin həyat yoldaşı) bu qadın ilə heç cürə 
yola getmirdi. O, fr. Annanın yanından ötərkən yerə tüpü-
rər, bununla ürəyini soyudardı. Amma ağlına da gətirməz-
di  ki,  fr.Anna  bu  qızcığaz  üçün  dünyaya  bir  pəncərə  ola-
caq (52, s.140). 
Bu qadının tərbiyəçi kimi ailəyə daxil olmasında  Mir-
zə  Əsədullayevin  rolu  böyük  idi.  O  vaxt  Bakıya  Avropa-
nın nəfəsi artıq güclü şəkildə dəyməkdə idi. Mirzə Əsədul-
layev  neft  şirkətinin  (iş  prosesi  ilə  əlaqədar)  məsələlərilə 
bağlı  olaraq  tez-tez  Moskvaya,  Varşavaya  və  Berlinə  sə-
yahət etdiyindən “avropalaşmaya” daha yaxın idi. Görünür  
o, qızını hələ körpəlikdən bu istiqamətdə tərbiyə etməyi və 
Avropa mədəniyyəti ilə qovuşdurmağı qərara almışdı. 
Banin  xatirələrində  yazırdı:  “Bütün  bunlara  baxma-
yaraq,  dünyanın  pəncərəsi  üzümə  bir  az  açılsa  da,  qapısı 
bağlı idi və bu belə də qalacaqdı. Məni gözləyən həyat tər-
zini  təsəvvürümə  belə  gətirirdim:  milyonçulardan  birinin 
oğluna ərə gedəcək, qaş-daş içində itəcəkdim. Çoxlu uşaq-
larım olacaqdı.  Ərim gözəl  və mənim məhəbbətimə layiq 
olacaqdı. Heç düşünməzdim ki, müharibə və inqilab – hər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə