Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   19   20   21   22   23   24   25   26   27

 
105 
Nəticə 
 
Məlumdur  ki,  XIX  əsrin  ikinci  yarısından  etibarən 
Şimali Azərbaycanda neft sənayesi  yüksək sürətlə inkişaf 
edirdi. Xüsusilə 1872-ci ildə iltizam sisteminin ləğv olun-
ması neft sənayesinin inkişafına çox güclü təkan verdi.  
Nisbətən azad sahibkarlıq üçün yaranan şərait, neft ilə 
zəngin  torpaqların  faktiki  olaraq  xüsusi  mülkiyyətə 
keçməsi  (30-99  illik  icarə  əslində  belə  imkan  yaradırdı) 
neft  sənayesinin  sürətli  inkişafını  şərtləndirirdi.  İltizam 
sisteminin  ləğvindən  bir  il  sonra  Bakıda  cəmisi  12  neft 
şirkəti fəaliyyət göstərirdisə, əsrin sonunda belə şirkətlərin 
sayı 140-a çatmışdı. Onu da qeyd edək ki, xanlıq dövründə 
bir  neçə  quyu  istisna  olunmaqla,  xan  xəzinəsinin  ixtiya-
rındakı neft quyuları da 1806-cı ildəki rus işğalından sonra 
büsbütün çar hökumətinin əlinə keçmiş və bu hökumət də 
həmin  mədənləri  ya  iltizama  vermiş,  ya  da  çox  yararsız-
lıqla özü istismar etmişdi. 
İltizam  sistemi  ləğv  edilənə  qədər  Azərbaycanın  neft 
sənayesi başlıca olaraq yerli kapitalistlərin əlində idi.  
Çar hökuməti neft istehsalının xüsusiyyətlərini bilmə-
diyindən,  habelə  özünün  mürtəce-feodal  xislətində  bu  sa-
həni iltizama versə də çalışırdı ki, belə iltizamçılar bu sər-
vətin əsl sahibi olan azərbaycanlılardan olmasın. Buna da 
nail olurdu. Beləki, 1872-ci ilədək iltizamçılar arasında bir 
nəfər də azərbaycanlı olmamışdı. 
Lakin  iltizam  sisteminin  ləğvi,  neft  istehsalatı  sahə-
sində kapitalist-bazar münasibətlərinin bərqərar olması ça-
rizmin  istəyindən  asılı  olmayaraq,  öz  sözünü  deyir.  İlkin 


 
106 
kapital yığımı şəraitində azərbaycanlı sərmayədarlar  mey-
dana  çıxır.  Tezliklə  onların  arasından  H.Z.Tağıyev, 
A.M.Nağıyev, Ş.Əsədullayev, və b. kimi iri sahibkarlar se-
çilməyə başlayır. 
Ağa  Musa  Nağıyev  XIX  əsrin  70-ci  illərindən  sonra  
neftçıxarma  və  neft  emalı  işinə  başlamışdı.  1900-cü  ildə 
A.M.Nağıyevin  hasil etdiyi  neft 7,5 milyon pud olmuşdu. 
1908-ci ildə Ağa Musa Nağıyevin Ramanadakı və Sabun-
çudakı  neft  mədənlərində  634  nəfər  işləyirdi.  Onun  vəfa-
tından  sonra  neft  mədənləri  və  sənaye  müəssisələrindən 
istifadə etmək üçün  «Musa Nağıyev varisləri» adlı Səhm-
dar Cəmiyyəti təşkil olunmuşdur. Cəmiyyəti Mirzə Şəmsi 
oğlu  Əsədullayev,  Məlikməmməd  Kərimov  və  Tağı  Ağa 
Əli oğlu Nağıyevin daxil olduğu qrup idarə edirdi. Cəmiy-
yətin  Binəqədidə,  Sabunçuda,  Zabratda,  Bülbülədə,  Qala-
da,  Binədə,  Əmircanda,  Xırdalanda,  Digahda,  Masazırda, 
Fatmayidə,  Biləcəridə,  Sarayda  və  Zığda  mədənləri  var 
idi. 
49 yaşlı Ağa Musa Nağıyev zəhməti, fərasəti və müd-
rikliyi  hesabına    məşhur  milyonçuya  çevrilir.  Amma  heç 
vaxt qənaətcilliyindən əl çəkmirdi... 
Görünür ki, yoxsul uşaqlıq və gənclik illərinin məhru-
miyyətlərinin  qorxusu  ömrü  boyu  qeyri-orjinal  adamın 
canından çıxmamışdı. 
Rusiya  Dövlət  bankının  göstəricilərinə  görə  1879-cu 
ildə,  30  yaşlı  Ağa  Musanın  əmlakı  30  min  manat  məblə-
ğində  qiymətləndirilirdi.  XIX  əsrin  80-cı  illərinin  ortala-
rında  Ağa  Musa  Nağıyevin  ticarət  dövriyyəsi  artıq  700 


 
107 
min  rubla  çatmışdır.  Ağa  Musa  Nağıyevə  II  gildiya  tacir 
hüququ verilmişdir. 
O, 1887-ci ildə “Musa Nağıyev” adlı neftayırma firma-
sını  təsis  edir.  Kapitalın  və  istehsalın  görünməmiş  təmər-
küzləşməsi  və  sahibkarlığın  səhmdar  formasının  daha  çox 
yayıldığı bir şəraitdə Ağa Musa Nağıyevin firması elə milli 
sahibkarlıq  müəssisələrindən  olub  ki,  burada  istehsalatın 
təşkilinin  fərdi-ailəvi  xüsusiyyətləri  özünü  müəyyən  qədər 
saxlamışdı. Artıq 90-cı illərin əvvəllərində Ağa Musa Nağı-
yevin  sərvəti  durmadan  artırdı.  Belə  ki,  zavod  və  ticarət 
müəssisələrinin illik ticarət dövriyyəsi 1 milyona çatmışdı. 
Təmiz gəlir isə 200 min manat olmuşdu. Bunun nəticəsi idi 
ki, 1893-cü ildə Ağa Musa Nağıyev I gildiya tacir hüququ 
qazanır.  
Kəskin  ağlı,  səbri,  işgüzarlığı,  fitri  istedadı,  biznesin 
perspektivlərini düzgün duymaq hesabına, öz əməyi hesa-
bına milyonçu olmuş Ağa Musanın xeyriyyəçilik və mese-
natlıq fəaliyyətindən xüsusi bəhs olunmalıdır. O, millətinə 
canı  yanan  bir  sahibkar  kimi  Bakı  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmiş, çoxsay-
lı xeyriyyə təşkilatlarının üzvü və himayəçisi olmuşdur.  
Onun  paytaxtımızı  bəzəyən  onlarla  binaları  gözəl 
memarılq  nümunələridir.  Binaların  tikilməsində  Şərq  və 
Avropa  memarlıq  məktəblərinin  nümunələrindən  istifadə 
etməklə  bərabər,  arxitektura  və  dizayn  məsələsində  Ağa 
Musanın  özünün  təklifləri,  mülahizələri  əsas  götürülmüş-
dür. Yüksək zövqə malik olan Ağa Musanın təkliflərində 
simmetriyanın son dərəcə dəqiqliklə gözlənilməsi, binanın 
əzəmətli  və  fasadının  cəlbedici  olması  üçün  verdiyi 


 
108 
məsləhətlər  bu  gün  də  memarları  heyrətləndirməklə  bəra-
bər onun fitri istedadına dərin rəğbət yaratmaqdadır.  
Bakının  ən  çox  gözə  gəlimli  yerlərində  Azərbaycan 
memarlığının  nümunələri  kimi  görünən  tikililər  –  məhz 
Ağa  Musa  Nağıyevin  şəxsi  vəsaiti  və  təklifləri  əsasında 
inşa edilmişdir. Onun binalarından bəziləri bu gün elmimi-
zin məbədlərindəndir.  
Düşünürük  ki,  çətin,  lakin  şərəfli  bir  ömür  yaşayan, 
taleyin  hökmü  ilə  neçə-neçə  sınaqlara  məruz  qalan  bu 
insan  üçün,  onun  əbədiliyi  üçün  ən  gözəl  xatirə  elə  bu 
binaların özüdür. Ağa Musanın  ölümündən keçən az qala 
yüz  il  ərzində  də  onun  mənsub  olduğu  xalqa  xidmət 
göstərən binaları... 
 
 
           
 
 
 
 
                      


 
109 
              ĠSTĠFADƏ  EDĠLMĠġ  QAYNAQLAR  
VƏ  ƏDƏBĠYYAT  SĠYAHISI 
 
Azərbaycan dilində 
 
1.
 
Ağayev Ə. Pedaqoji fikrimiz: dünənimiz, bu günü-
müz. Bakı, 2000. 
2.
 
Azərbaycan  EA  Əlyazmaları  İnstitutu,  H.Zərdabi-
nin arxivi, f. 3, sax. vah. 163. 
3.
 
Azərbaycan  Respublikası  Dövlət  Tarix  Arxivi 
(ARDTA), f.46, siy.2, iş.395. 
4.
 
ARDTA, f.46, siy.12, iş.215. 
5.
 
ARDTA, f.92, siy. 3,iş 459. 
6.
 
ARDTA, f.92, siy. 3, iş 119. 
7.
 
Azərb.DTA, f.92, siy. 1, iş 30. 
8.
 
ARDTA, f. 92, siy. 5, iş 7. 
9.
 
ARDTA, f.92, siy. 1, iş 1205. 
10.
 
ARDTA, f.92, siy.1, iş 1817. 
11.
 
ARDTA, f.92, siy. 3, iş 615. 
12.
 
ARDTA, f.92, iş 242. 
13.
 
ARDTA, f.92, iş 106. 
14.
 
ARDTA, f.335, siy.1.  
15.
 
ARDTA, f.338, siy.1, iş 360. 
16.
 
ARDTA, f.. 339, siy. 1, iş 621. 
17.
 
ARDTA, f. 372, siy. 1, iş 29. 
18.
 
ARDTA, f.389, siy. 1, iş 8. 
19.
 
ARDTA, f.. 389, siy. 4, iş 725. 
20.
 
ARDTA, f.509, siy. 1, iş 16. 
21.
 
ARDTA, f.509, siy. 1, iş 105. 


 
110 
22.
 
 ARDTA, f. 509, siy. 1, iş 106.        
23.
 
ARDTA, f.509, siy. 1, iş 137. 
24.
 
ARDTA, f. 509, siy. 1, iş 211. 
25.
 
ARDTA, f.509, siy. 1, iş 225. 
26.
 
ARDTA, f. 509, siy. 1, iş 242. 
27.
 
ARDTA, f.509, siy. 1, iş 244. 
28.
 
ARDTA, f.. 584, siy. 1, iş 10. 
29.
 
ARDTA, f.584, siy. 1, iş 102. 
30.
 
Azərbaycan  Respublikası  SPİHMDA,  f.276,  siy.8, 
iş 18. 
31.
 
Azərbaycan  Respublikası  SPİHMDA,  f.276,  siy.8, 
iş 22. 
32.
 
Azərbaycan  Sovet  Ensiklopediyası.  c.1-10,  B: 
1976-1984. 
33.
 
Azərbaycan tarixi. II cild, Bakı, 1964. 
34.
 
Babaşov  M.  Bakı  müsəlman  ruhani  “Səadət”  cə-
miyyəti //“Elm” qəzeti, 1991, №13. 
35.
 
Babaşov  M.  Milli  təhsilimizin  inkişafında  xeyriy-
yəçi-maarifpərvər qurumların rolu. Qafqaz Universitetinin 
quruluşunun  II  ildönümünə  həsr  olunmuş  elmi-metodik 
konfransın materialları. Bakı, 1995. 
36.
 
Baykara  H.  Azərbaycan  istiqlal  mübarizəsi  tarixi. 
Bakı, 1991. 
37.
 
Vəliyev  T.T.  İmperializm  dövründə  Azərbaycanın 
sənayesi və proletariatı. Bakı, 1987. 
38.
 
Əlibəyli  H.//Talan.  “Müxalifət”  qəzeti,  1992,  28 
aprel.  
39.
 
Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikir 
tarixi (dərs vəsaiti). I hissə. Bakı, 2001. 


 
111 
40.
 
İbrahimov E. Bakı nefti //“Səhər”, 1990, 26 aprel.  
41.
 
İlkin  Qılman.  Bakının  üç  üləması//“Ədəbiyyat  və 
incəsənət”, 1990, №32. 
42.
 
İlkin  Qılman.  Xeyriyyə  və  maarif  cəmiyyətləri. 
“Bərəkət”, 1991, 10 sentyabr. 
43.
 
“İrşad” qəzeti, 1906-cı ilin müxtəlif sayları. 
44.
 
İlkin  Qılman.  Bakı  və  Bakılılar.  Bakı,  Zaman, 
1999. 
45.
 
 İlkin Qılman. Şəxsiyyət. Bakı, Şur, Bakı,1995. 
46.
 
İsmayıl Mahmud, İbrahimov Marat. El atası. Bakı, 
Azərbaycan Dövlət nəşriyyatı, 1994. 
47.
 
İsmayılov  Rəşid  bəy.  Azərbaycan  tarixi.  Bakı, 
Azərbaycan Dövlət Nəşriyyatı, 1993. 
48.
 
Məmmədov  X.  Sultan  Məcid  Qənizadə.  Bakı, 
1983. 
49.
 
Məhərrəmov  N.,  Babaşov  M.  Qafqaz  müsəlman-
larının atası//“Ədəbiyyat”, 1991, №6. 
50.
 
Mustafayev Q. XX əsrin əvvəllərində Azərbaycan-
da islam ideologiyası və onun tənqidi. Bakı, 1973. 
51.
 
Nağıyeva  D.  Xalq  üçün  ömrünü  şam  kimi  əridən. 
Bakı, 2007. 
52.
 
Nağıyeva D. Ömrün səhifələri. Bakı, 2010. 
53.
 
Nağıyeva D. Zamanın sorağında. Bakı, 2011.  
54.
 
Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin 50 illik 
məişətə və cəmaətə xidmətləri. Bakı,1994. 
55.
 
Ordubadi  M.S.  Qanlı  illər  (1905-1906-cı  illərdə 
Qafqazda  baş  verən  erməni-müsəlman  davasının  tarixi). 
Bakı, 1991. 


 
112 
56.
 
Rəsulzadə  M.Ə.  Stalinlə  ixtilal  xatirələri.  Bakı, 
Elm, 1991. 
57.
 
Sarabski H.Q. Köhnə Bakı. Bakı, 2000. 
58.
 
 Seyidov  F.Ə.  Qori  seminariyası  və  onun  məzun-
ları. Bakı, Maarif, 1988. 
59.
 
Süleymanov  M.  Eşitdiklərim,  oxuduqlarım,  gör-
düklərim. Bakı, 1989. 
60.
 
Süleymanov M. Ağa Musa Nağıyev. Bakı, 1994 
61.
 
Süleymanov  M.  Hacı  Zeynalabdin  Tağıyev.  Bakı, 
1996. 
62.
 
Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərə-
kat  (XIX  yüzilliyin  sonu  XX  yüzilliyin  əvvəlləri).  Bakı, 
1999. 
63.
 
Tağıyev Ə.S. XX əsrin əvvəllərində Azərbaycanda 
olan cəmiyyətlərin maarifçilik fəaliyyətinə dair //Azərbay-
can SSR Ali  və Orta  İxtisas Təhsili  Nazirliyi  ali məktəb-
lərinin Elmi əsərləri. XI seriya, Bakı, 1978. 
64.
 
Fətulla  Fəcri.  Fətulla  bəy  Rüstəmbəyov.  Bakı, 
2004. 
65.
 
Həsənbəy  Zərdabi.  Seçilmiş  əsərləri.  Bakı,  Azər-
nəşr, 1960, s.211. 
66.
 
Hüseyn Ərəblinski. Aktyorun həyat və fəaliyyətinə 
dair sənədlər məcmuəsi. Bakı: Azərbaycan Dövlət Nəşriy-
yatı, 1967. 
67.
 
Cavadov  C.  Azərbaycanda  xeyriyyəçilik  hərəkatı 
(XIX əsrin sonu və XX əsrdə). Bakı, 1999. 
 


 
113 
Türk dilində 
 
68.
 
Ali  Haydar  Bayat.  Nüseyinzade  Ali  Bey.  Ankara: 
Atatürk Kültür Merkezi Başbakanlığı Yayını, 1998. 
69.
 
Babaşov M. Ahund Mir Muhammed Kerim el-Ba-
kuvinin  həyatı  ve  eserleri.//Qafqaz  Üniversitesi  ilmi  se-
minarlar toplusu. Baku, 1998. 
70.
 
Betül  Aslan.  I  Dünya  Savaşı  Esnasında  Azerbay-
can Türklerinin Anadolu Türklerine Kardaş Kömeği (Yar-
dımı)  ve  Bakü  Müslüman  Cemiyet-i-Hayriyesi.  Ankara, 
Atatürk Kültür Merkezi Başbakanlığı Yayını, 2000. 
 
Rus dilində 
 
71.
 
 Бабашов  М.  Бакинское  мусульманское  духов-
ное  общество  «Саадет».  Материалы  республиканской 
научно-методической конференции  «Актуальные воп-
росы теории и методики преподавания языков и лите-
ратуры народов стран Ближнего и Среднего Востока». 
Ваку, 1990. 
72.
 
Гаджибейли Джейхун. Избранные. Баку, 1993. 
73.
 
Ежегодник, Баку и его районы. Баку, 1908. 
74.
 
Ежегодник, Баку и его районы. Баку, 1909. 
75.
 
Ежегодник, Баку и его районы. Баку, 1912. 
76.
 
Ежегодник, Баку и его районы. Баку, 1913. 
77.
 
Ежегодник, Баку и его районы. Баку, 1914. 
78.
 
Исмаилов М.А. К вопросу о ликвидации откуп-
ной  системы  в  нефтяной  промышленности  Азербай-


 
114 
джана.  Труды  института  истории  и  философии  АН 
Азерб.ССР, т. II. Баку, 1952.  
79.
 
Исмаилов М.А. Социально-экономическая струк-
тура Азербайджана в эпоху империализма. Баку, 1982. 
80.
 
Лисичкин  С.М.  Очерки  истории  развития  оте-
чественной нефтяной промышленности. М.-Л;1954. 
81.
 
Обзор Бакинской нефтяной промышленности за 
1896. Баку, 1897. 
82.
 
Обзор Бакинской нефтяной промышленности за 
1900 г. Баку, 1901. 
83.
 
Обзор Бакинской нефтяной промышленности за 
1904 г.Баку, 1905. 
84.
 
Сеидзаде  Д.Б.  Из  истории  Азербайджанской 
буржуазии начала XX века. Баку, 1997. 
85.
 
Списки  населенных  мест  Российской  империи 
(По Кавказскому краю). Тифлис, 1870. 
86.
 
Стригунов  И.В.  Из  истории  формирования  Ба-
кинского пролетариата 70-90 гг. XIX в. Баку, 1960. 
87.
 
Сумбатзаде А.С. Социально-экономические пред-
посылки  победы  Советской  власти  в  Азербайджане. 
Баку, 1972. 
 


 
115 
 
 


 
116 


 
117 


 
118 


 
119 


 
120 


 
121 


 
122 


 
123 


 
124 


 
125 
 


 
126 
 


 
127 
 


 
128 
 


 
129 
 
 


 
130 
 


 
131 
 


 
132 
 


 
133 
 


 
134 
 


 
135 


 
136 


 
137 
DĠLARƏ NAĞIYEVA – MUXTAROVA 
 
Dilarə Fərəc qızı Nağıyeva–Muxtarova 1940-cı ildə Dağıs-
tan Respublikasının Dərbənd şəhərində anadan olub. 
Milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir. 
Dərbənddə  dünyaya  gəlməsinin  səbəbi  soyadını  daşıdığı 
nəslin sürgünlük taleyi yaşamasından irəli gəlir. 
O, Bakıda iki ali təhsil alıb. Əmək fəaliyyətinə 1959-cu il-
dən başlayıb. “Azərbaycanfilm” Kinostudiyasında Baş redaktor 
köməkçisi,  sonradan  kadr  üzrə  direktor  müavini  vəzifələrində 
çalışıb və bu işini 2002-ci ilədək Ticarət Nazirliyində davam et-
dirib. 
Kadrların düzgün seçilib yerləşdirilməsində, gənc kadrların 
və müxtəlif peşə işçilərinin seçimində onun əməyi az olmayıb.  
1986-cı ildə “Əmək Veteranı” medalı ilə təltif olunub.   
D.Nağıyeva Yeni Azərbaycan Partiyasının, Jurnalistlər Bir-
liyinin  və  Azərbaycan  Respublikası  Əsilzadələr  Məclisinin 
üzvü,  Respublika  Qadınlar  Cəmiyyətinin  Milli  Dəyərlərin  Qo-
runması məsələləri üzrə sədr müavinidir. 
Onun son illərdəki fəaliyyəti demək olar ki,  milyonçu Ağa 
Musa Nağıyevin həyatını, xeyriyyəçilik və ictimai fəaliyyətini, 
22  il  acı  sürgünlük  taleyi  yaşayan  oğulluğu  Fərəc  Nağıyevin 
incəsənət sahəsindəki xidmətlərini araşdırmağa həsr olunub. 
A.M.Nağıyevin  80  il  “əmanət”  kimi  qalmış  qəbrini  əbədi-
ləşdirib,  tikililərinin  bir  neçəsində  portretinin  asılmasına  nail 
olub.  Torpağına,  millətinə  bağlı  olan  Ağa  Musa  Nağıyevin 
həyat  və  fəaliyyətinə  aid  faktlar  və  xatirələr  əsasında  “Xalq 
üçün  ömrünü  şam  kimi  əridən...”,  “Ömrün  səhifələri”  və  “Za-
manın sorağında” adlı kitablarını yazmışdır. 
A.M.Nağıyevin  xeyriyyəçilik  və  maarifçilik  fəaliyyətini 
qismən də olsa davam etdirmək məqsədilə adını daşıyan “Milli 
Dəyərlərin  Qorunması”  (MDQ)  İctimai  Birliyini  yaradıb, 
A.M.Nağıyevin saytını açıb. 
Ulu  öndər  Heydər  Əliyev  ideologiyasının  təbliğində  fəal 
mövqe tutduğuna və demokratik mətbuatdakı xidmətlərinə görə, 
eləcə  də  ictimaiyyətçi  olduğu  nəzərə  alınaraq,  D.Nağıyevanın 
əməyi  yüksək  qiymətləndirilib,  bir  sıra  “Diplom”  və  “Fəxri 
Fərman”lara layiq görülüb.  


 
138 
Azərbaycan  Ali  Hərbi  Dənizçilik  Məktəbinin  “Fəxri  Fər-
manı”; Beynəlxalq Sülh Federasiyası Ağa Musa Nağıyevi xalqı 
qarşısında xidmətlərinə görə, Dilarə Nağıyevanı isə A.M.Nağı-
yevin həyat  və fəaliyyətini daha geniş araşdırdığı nəzərə alına-
raq “Sülh Səfiri” Diplomları ilə mükafatlandırıb. 
Onun  təşkilatçılığı  ilə  keçirilən  tədbirlərin  əksəriyyəti  xey-
riyyə xarakterlidir. 
“Tacirlər  kataloqu”,  “Kimi  yaşadacaq  dünya”,  “Ömrün  zi-
yası”, “XXI əsrin elitar qadınları”, “Fətulla bəy Rüstəmbəyov”, 
“XX-XXI  əsrin yaradıcı və ziyalı insanları”, “Dünənin, bu gü-
nün,  sabahın  Azərbaycan  Qadını”  kitablarında  və  “Əsrin  ziya-
lıları”  ensiklopediyasında  ictimai  fəaliyyəti  haqda  yazılar  dərc 
olunub. 
Azərbaycan qadınlarının I və II; Diasporanın II və III qurul-
taylarının nümayəndəsi olub. 
İki övladı, üç nəvəsi var. 
 


 
139 
M Ü N D Ə R Ġ C A T 
 
GiriĢ ................................................................................. 3  
 
I FƏSĠL. 
Azərbaycan neft sənayesi və Ağa Musa Nağıyevin 
sahibkarlıq fəaliyyəti 
 
1.1. Azərbaycan neft sənayesinin inkişafında yerli  
kapitalın rolunun artması ........................................... 9 
1.2. Ağa Musa Nağıyevin sahibkarlıq fəaliyyəti ..... 37 
 
 
II FƏSĠL. 
Ağa Musa Nağıyevin  
xeyriyyəçilik və ictimai fəaliyyəti 
 
2.1. Ağa Musa Nağıyevin Azərbaycanda  
xeyriyyəçilik hərəkatında rolu ................................. 49 
2.2. Bakı şəhərinin memarlığına Ağa Musa  
Nağıyevin töhfəsi ..................................................... 77 
 
 
III FƏSĠL. 
Ağa Musa Nağıyev və onun varislərinin 
 sonrakı taleyi 
 
3.1. Ağa Musa Nağıyevin vəfatından sonra varislik  
məsələsi ................................................................... 86  
3.2. Ağa Musa Nağıyevin varisləri sovet  
repressiyası illərində ................................................ 98  
 
 
Nəticə ..................................................................... 105 
 
 
 


 
140 
 
 
 
 
 
Direktor: 
 
Ş.Alışanlı 
Mətbəənin müdiri: 
Ə.Məmmədov 
Texniki redaktor:  
T.Ağayev 
Kompyuter tərtibatı: 
A.Qabilqızı, 
 
 
 
R.İlmanqızı 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir:  25.10.2011 
Çapa imzalanmışdır: 28.01.2011 
Formatı: 84x108 1/32. Həcmi: 8,75 ç.v. 
Tirajı: 300.  Sifariş № 
Qiyməti müqavilə əsasında 
 
 
 
 
 
 
 
 
 
 
“Elm” RNPM-nin mətbəəsində çap olunmuşdur 
(İstiqlaliyyət, 8) 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə