Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
53 
olmuşdur.  Nizamənin  sonunda  Cəmiyyətin  təsisçilərinin 
21 nəfərdən ibarət adları qeyd edilir. Onlar aşağıdakılar idi 
(3, v.17): 
Kommersiya  müşaviri  Hacı  Zeynalabdin  Tağıyev, 
«Əkinçi»  qəzetinin  sabiq  redaktoru,  «Kaspi»  və  «Həyat» 
qəzetlərinin  əməkdaşı  Həsən  bəy Məlikov,  «Kaspi» qəze-
tinin  redaktoru  –  naşiri,  «Həyat»  qəzetinin  naşiri  Əlimər-
dan bəy Topçubaşov, «Həyat» qəzetinin keçmiş redaktoru 
Əhməd bəy Ağayev,  «Həyat» qəzetinin  redaktoru, doktor 
Əli  bəy  Hüseynzadə,  Bakının  “nəcabətli  fəxri  vətəndaşı” 
İsmayıl  bəy  Səfərəliyev,  Bakının  “nəcabətli  fəxri  vətən-
daşı” Hacı Aslan Aşurov, Bakının birinci dərəcəli gildiya 
taciri İsa bəy Hacınski, Bakı şəhər idarəsinin üzvü Kamil 
bəy  Səfərəliyev,  doktor  Əbdülxalıq  Axundov,  doktor 
Məmmədrza bəy  Vəkilov, doktor Həsən  bəy Ağayev, du-
ma üzvü Kərbəlayi İsrafil Hacıyev, duma üzvü Həsən ağa 
Həsənov, Bakının birinci dərəcəli gildiya taciri Mirzə Əsə-
dullayev,  praporşik  Əsəd  bəy  Səlimxanov,  Bakı  taciri 
Ağabala  Quliyev,  duma  üzvü  Hacı  Həsən  Atamalıyev  və 
Bakı taciri Nəcəf Əmiraslanov (65, s.214). 
Arxiv  sənədlərindən  məlum  olur  ki,  cəmiyyətin  ilk 
iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdir. 
Hacı  Zeynalabdin  Tağıyev  idarə  heyətinin  sədri,  İsrafil 
Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy 
Ağayev  katib,  Əsədulla  Əhmədov,  İsmayıl  bəy  Səfərəli-
yev,  Həsən  bəy  Zərdabi,  Əlimərdan  bəy  Topçubaşov  və 
başqaları idarə heyətinin üzvləri seçilmişdilər (9, v.23). 
Cəmiyyətin  1905-ci  ilə  aid  olan  başqa  bir  sənədindən 
məlum  olur  ki,  onun  fəxri  sədrliyinə  Bakı  qubernatoru 


 
54 
knyaz  M.N.Nakaşidzenin  arvadı  Adelanda  Lvovna  Naka-
şidze seçilmişdi. H.Z.Tağıyevin həyat yoldaşı Sofya Tağı-
yeva  isə  idarə  heyətinin  fəxri  üzvləri  arasında  idi  (61, 
s.123). 
Beləliklə,  Azərbaycanda  ilk  müsəlman  xeyriyyə  cə-
miyyəti fəaliyyətə başlamışdı. Cəmiyyətin maliyyələşdiril-
məsi  əsasən  H.Z.Tağyevin  və  digər  Bakı  milyonçularının 
üzərinə düşürdü. İdeya istiqamətinin keşiyində isə Həsən-
bəy Zərdabi və onun həmfikirləri dururdular. 
Nizamnamənin birinci bəndində Bakı Müsəlman Xey-
riyyə  Cəmiyyətinin  məqsədi  belə  izah  edilirdi:  «Müali-
cəxanalarda,  əlillər  evlərində,  digər  xeyriyyə  müəssisələ-
rində  əldən  düşmüş  qocaları  saxlamaq,  habelə  kasıb  mü-
səlman  uşaqlarının  orta  və  ali  tədris  müəssisələrinə  daxil 
olub, təhsillərinin başa vurulmasına maddi  yardım göstər-
mək. Kasıb müsəlmanlara Cəmiyyətin köməyi onlara pal-
tar,  yemək  verilməsi,  mənzillərində  tibbi  xidmət  göstəril-
məsi, nadir hallarda isə  pul vəsaitlərinin verilməsi və təd-
ris haqqının ödənilməsindən ibarətdir» (42, s.145). 
Nizamnamənin  üçüncü  bəndində  deyilirdi  ki,  Bakı 
Müsəlman  Xeyriyyə  Cəmiyyətinə  azyaşlılar,  tədris  müəs-
sisələrində  oxuyan  şagirdlər,  həqiqi  hərbi  qulluqda  olan 
aşağı çinli zabitlər və yunkerlər, habelə məhkəmə tərəfin-
dən hüququ alınmış şəxslər müstəsna olmaqla millətindən, 
dinindən asılı olmayaraq hər iki cinsin nümayəndələri üzv 
ola bilərlər. Cəmiyyətin üzvləri fəxri, həqiqi və adi olmaq-
la üç qrupa bölünürdü.  Nizamnaməyə əsasən  fəxri üzvlər 
Cəmiyyətin  ümumi  yığıncağında  seçilərək  birdəfəlik  500 
rubl,  ildə  isə  50  rubl,  həqiqi  üzvlər  isə  ildə  5  rubl,  adi 


 
55 
üzvlər  isə  1  rubldan  az  olmayaraq  5  rubladək  cəmiyyətə 
üzvlük haqqı verməli idilər (2,v.3). 
Cəmiyyətin əsas gəliri üzvlük haqlarından, pul, paltar, 
habelə  müxtəlif  vasitələrlə  verilən  ianələrdən,  konsert  ta-
maşalarından,  bədii  gecələrdən toplanmış  vəsaitdən ibarət 
idi. Cəmiyyət öz üzvləri tərəfindən bir il müddətinə ümu-
mi  iclasda  seçilmiş  idarə  heyəti  tərəfindən  idarə  edilir  və 
ayda bir dəfədən çox olmayaraq iclaslarını keçirirdi. İdarə 
heyətinin  iclasının  qanunu  sayılması  üçün  sədrdən  əlavə 
onun ən azı üç üzvünün də burada iştirakı vacib  sayılırdı. 
İdarə heyətində bütün məsələlər sadə səsvermə yolu və səs 
çoxluğu ilə həll edilirdi. 
Nizamnaməyə  əsasən  Cəmiyyətin  iclasları  ümumi  və 
fövqəladə hallarda çağırılardı. Nizamnamənin 25-ci bəndinə 
müvafiq  olaraq  illik  iclaslar  hər  il  martın  1-də  keçirilirdi. 
Cəmiyyətin  Bakıda  yaşayan  üzvlərindən  dörddə  birinin  iş-
tirak  etdiyi  halda  ümumi  iclasın  keçirilməsi  qanuni  sayı-
lırdı. Burada da məsələlər adi səs çoxluğu ilə həll edilirdi. 
Cəmiyyət  xüsusi  möhürə  və  maliyyə  hesabına  malik 
idi (3, v. 14.). 
Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  xalqımızın 
ictimai-siyasi həyatında nə kimi xeyirxah işlər görməsi, bi-
rinci dünya müharibəsi dövründəki fəaliyyətində daha ge-
niş olmuşdur. 
Əvvəllər Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti başlıca 
olaraq Bakı və onun ətraf ərazilərində fəaliyyət göstərirdi. 
Lakin  sənədlərdən  aydın  olur  ki,  Cəmiyyət  müharibənin 
başlanması  dövründə  öz  nizamnaməsində  bəzi  dəyişiklik 
edərək,  Qafqaz  cəbhəsindən  qaçqın  düşənlərə,  ata-anala-


 
56 
rını itirmişlərə, əsir düşmüş türk əsgərlərinə yardım etmiş, 
bu sahədə təqdirəlayiq işlər görmüşdür. Cəmiyyət  nizam-
naməsinə  müharibədən  qaçqın  düşəndərə  köməklik  gös-
tərilməsi  barədə  xüsusi  maddə  əlavə  edərək,  bu  sahədəki 
fəaliyyətini  hüquqi  cəhətdən  qanunlaşdırmışdı.  Azərbay-
can  Mərkəzi  Dövlət  Tarix  Arxivinin  335-ci  fondunun  iki 
saxlama  vahidi  bütünlüklə  Bakı  Müsəlman  Xeyriyyə 
Cəmiyyətinin 1916-1917-ci illərdə müharibə dövrü fəaliy-
yətinə həsr olunmuşdur (14). Həmin saxlama vahidlərində 
cəmləşmiş  200-dən  artıq  sənədin  demək  olar  ki,  hamısı 
Bakı  və Qafqaz Müsəlmanları  Xeyriyyə Cəmiyyətinin  iki 
illik fəaliyyətindən bəhs edir. 
Həmin sənədlərdən məlum olur ki, müharibə dövründə 
Tiflisdə  «Qafqaz  cəbhəsində  qaçqınların  yerləşdirilməsi 
üzrə baş müvəkkillik» adlı xüsusi təşkilat fəaliyyət göstə-
rirdi. Bu idarə nəzdində isə Bakı Müsəlman Xeyriyyə Cə-
miyyətinin  Qafqaz  cəbhəsində  qaçqınların  yerləşdirilməsi 
üzrə baş müvəkkili var idi. Bu vəzifə XosrovPaşa bəy Sul-
tanova  həvalə  edilmişdi.  Qafqaz  cəbhəsində  qaçqınların 
yerləşdirilməsi  üzrə  baş  müvəkkillik  vəzifəsi  isə  general-
mayor Tamamşevə tapşırılmışdı (14, v.29). 
Bu təşkilatların müharibə dövründəki fəaliyyətləri ba-
rədə  xeyli  sənədlər,  teleqram  və  məktublar  mövcuddur. 
Məsələn,  general  Tamamşevin  4  iyun  1916-cı  ildə  Bakı 
Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin adına  göndərdiyi 
teleqramda  deyilirdi:  «Rəhbərlik  etdiyiniz  Cəmiyyətin 
nəzdində neçə yetimxananın mövcudluğu və onlara nə qə-
dər kimsəsizin yerləşməsi, habelə onların hökumət tərəfin-
dən tam təmin olunması və ya cəmiyyətinizin də köməyinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə