Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   2   3   4   5   6   7   8   9   ...   27

 
21 
milli  kapitallara  aid  mədənlər  üzrə  də  bu  işi  görmək 
lazımdır.  
1908-1910-cu illərə dair məlumata görə, Bakı neft sə-
nayesində  56  azərbaycanlı  kapitalistin  firması  olmuşdur. 
Onlara məxsus  olan mədənlərdə 1908-ci  ildə  3320, 1909-
cu  ildə  3696,  1910-cu  ildə  isə  3653  fəhlə  çalışırdı  (79, 
s.98). 
Təəssüf ki, azərbaycanlı sahibkarların hər birinin ayrı-
lıqda hasil etdiyi neftin miqdarı barədə əldə olan məlumat 
yarımçıqdır, bütün sahibkarlar və firmalar üzrə məlumatlar 
yoxdur. Məsələn, 1904-cu ilə dair məlumata görə, iri neft 
sahibkarları Ş.Əsədullayev, Aşurbəyov qardaşları, Mirtağı 
Məlikov,  Hüseyn  və  K
o
,  Tahirovun  cəmiyyəti,  Həsən 
Mustafayev, Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Nur-
məmməd Nuriyev və Zeynalov qardaşları birlikdə 28 mil-
yon 491 min pud neft hasil etmişdilər (27, v.3). 
Bundan  əlavə,  azərbaycanlılara  məxsus  «Aqbur»  və 
«Bəxt»  neft  şirkətləri  də  vardı  (73,  s.79-115).  Həmin  şir-
kətlər 1904-cü ildə 2 milyon 190 min pud neft çıxarmışdı-
lar. Beləliklə, həmin il azərbaycanlılara məxsus neft sahib-
karları 30 milyon 681 min pud neft hasil etmişdilər. Mən-
bədə  habelə  “Əliyev  Əlibala  və  K
o
”, “Aslanov”, “Bünya-
dov  qardaşları”,  “Cəbiyev  və  K
o
”,  “M.İsmayılov  və  K
o
”, 
“Malıyev  Bala  Əliağa”,  “Rəsulov  və  K
o
”,  “Səlimov 
Mövsüm və K
o
”, “Yusifoğlu Hacılı” adlı neft firmalarının 
da  adları  çəkilir.  Lakin  onların  mədənlərinin  neft  hasilatı 
haqqında məlumat verilmir (19, v.79). 
1905-ci ildə neft sahibkarlarının sırasına Əmiraslanov 
qardaşlarına mənsub firma (73, s.99), 1906-cı ildə Əliyev 


 
22 
və Eminov Cəmiyyəti, “Hüseynov Bala və Orucov” Bala-
hüseynə  məxsus  neft  firmaları  (73,  s.79-115)  qatılmışdı. 
1907-ci  ildə  milli  neft  sahibkarları  ailəsinə  Əmiraslanov 
və  Cəfərov  qardaşlarına,  «Aslan  Cəmiyyəti»nə,  Həsənov 
Məmmədsadıq  və  Əliyevə,  Quliyev  qardaşlarına,  Zər-
bəliyev Kərabəlayi, Ədbül Nuriyev, Aşurov və Muxtarov, 
Hüseynov  Şıxəliyə  məxsus  neft  firmaları,  habelə  «Mədi-
nə» adlı firma (73, s.79-115) əlavə olunmuşdur. 
1908-ci  ildə  milli  neft  sahibkarları  içərisində  əvvəlki 
illərdə  qeyd  edilənlərdən  başqa  Aslanov,  A.Q.Eyvazov, 
M.B.Qədirov,  Qədimov  qardaşları,  Əliyev,  “Abbasov  və 
K
o
”, Məlikov, Mahmudov, Kələntərov, Rzayev, D.B.Yüz-
başov və b.nın firmalarının adları çəkilir (26, v.14). 
1909-cu  ildə  Bağırov  Həmən  və  Bəhmən,  Dadaşov 
Əlibala, Qədimov qardaşlarına və Məlikov Hüseynə məx-
sus yeni neftçıxarma firmaları yaranır. 
Qeyd  etmək  lazımdır  ki,  mənbələrdə  azərbaycanlı  sa-
hibkarlara neft firmaları məxsus olmayıb, lakin onların nü-
mayəndələrinin burada bu və ya digər şəkildə iştirak etdik-
ləri: 
-  «Amur»  neft  birliyi  1908-ci  ildən  (75,  s.119-156), 
«Anahid»  1907-ci  ildən,  «Bənnəd»  1900-cü  ildən,  «Cə-
did» 1906-cı  ildən, müdiri  İbrahimov olan və  1900-cü il-
dən  fəaliyyət  göstərən  «Naftalan  neft  cəmiyyəti»  və  “Şə-
riklər” adlı neft və ticarət cəmiyyəti, «Ticarət», «Əmək» - 
başçısı  Məmmədəli  Muxtarov  və  Ş.Ramazanov,  Z.Baba-
yev  və  H.Camalov  daxil  olan  «Şirvan»,  «Armuz»  -  neft 
firmalarının da adları çəkilir (75, s.159). 


 
23 
1911-ci  ildə  Bakı  neft  rayonunda  azərbaycanlı  sahib-
karlar  sırasında  Q.Ələkbərov,  Ağasıbəy  Aşurbəyov  və 
başqaları da əlavə olunur.  
1913-cü ildə Bakıda milli burjuaziya nümayəndələrinə 
məxsus yeni neft firmaları yaranır: “Axundov və Aşurbəy 
K
o
”,  İbrahim  bəy,  Manafov  və  Səfərəliyevin  «Bakı-Tiflis 
neftötürmə  və  ticarət  cəmiyyəti»,  Qədimov  və  Cəbiyevin 
firması,  Ş.İbrahimovun  «İqbal»  cəmiyyəti,  Qədimov  və 
Eyvazovun  firması,  Q.A.Rəsulovun  firması,  «Ülfət»  cə-
miyyəti,  «Hüseyniyyə»  firması  və  i.  a.  Ümumiyyətlə,  o 
zaman Bakı neft sənayesində 203 firma var idi ki, onların 
62-si azərbaycanlılara məxsus idi (77, s.129). 
Qeyd edilməlidir ki, bir sıra azərbaycanlı sahibkarlara 
məxsus firmaların bəzilərinin neft hasilatı haqqında məlu-
mat yoxdur. Məsələn, 1906-cı ildən mövcud olan «Cədid» 
adlı  neft  şirkəti  İbrahimov  adlı  bir  nəfərə  məxsus  idi. 
Həmin  şirkət  1906-cı  ildə  231,2  min  pud,  1909-cu  ildə 
262,6, 1913-cü ildə isə 328,7 min pud neft çıxarmışdı (73, 
s.134). 
Yuxarıda qeyd etdik ki, Azərbaycan neft sənayesində 
azərbaycanlı  sahibkarların  xüsusi  çəkisini,  mövqeyini 
müəyyənləşdirməkdən ötrü bu sənaye sahəsində rus, ermə-
ni,  xarici  kapital  nümayəndələrinin  hər  birinin  ayrılıqda 
xüsusi çəkisini, mövqeyini  müəyyənləşdirmək, sonra mü-
qayisə  yolu  ilə  nisbi  rəqəm  almağın  zəruriliyi  aydındır. 
Əlimizdə neft sənaye sahibkarlarının siyahısının, bu sahib-
karların hər birinin mədənlərinin və bu mədənlərdə çalışan 
fəhlələrin sayı, hər bir sahibkarın mülkiyyətində olan neft 
mədənlərinin  illik  istehsal  gücü  barəsində  məlumat  verən 


 
24 
«Bakı  və  onun  rayonları»  kimi  mənbəin  olmasına  bax-
mayaraq,  belə  bir  işin  öhdəsindən  tam  dəqiqliklə  və  mü-
fəssəl şəkildə gəlmək hələlik mümkün deyildir. 
Məlum  olduğu  kimi,  XX  əsrin  əvvəlinə  aid  olan  bu 
mənbədə neft sənaye sahiblərinin bilavasitə adını göstərən 
tək  sahibkarlar  və  firmalarla  yanaşı  səhmdar  cəmiyyətlər 
də  vardır.  Şübhəsiz  ki,  buna  görə  neft  sənayesində  bu  və 
ya  digər  milli  kapitalın  mövqeyini  müəyyən  etmək  üçün 
səhmdar  cəmiyyətlərə  dair  rəqəmləri  nəzərə  almayacağıq. 
Əslində, bu və ya digər səhmdar cəmiyyətinin hansı kapi-
talın  nümayəndəsinə  məxsus  olması  barəsində  məlumat 
verilsəydi də, yenə də bu və digər milli kapitalın neft səna-
yesində  mövqeyini  müəyyən  etmək  üçün  həmin  səhmdar 
cəmiyyətlər  barəsində  gətirilmiş  rəqəmlərdən  istifadə  et-
mək  düzgün  olmazdı.  Çünki  bu  və  ya  digər  səhmdar  cə-
miyyətinin idarə heyətinə daxil olanların adı göstərilsə də, 
bu  cəmiyyətin  kapitalı  təkcə  həmin  sahibkarlara  deyil, 
səhmdarlar qrupuna aid idi. Bu qrupa isə səhmdar cəmiy-
yətinin  idarə  heyəti  üzvlərinin  hansı  kapital  nümayəndə-
sinə  məxsus  olmasına  baxmayaraq,  müxtəlif  millətlərin 
nümayəndələri  daxil  ola  bilərdilər.  Ona  görə  də  biz  neft 
sənayesində bu və ya digər milli kapital nümayəndələrinin 
mövqeyini bölmüşük. Sahibkarların adlarına müvafiq ola-
raq  onları  azərbaycanlı,  rus,  erməni  və  xarici  kapital  nü-
mayəndələri siyahısına daxil etmişik. Adsız və xarici kapi-
tal nümayəndələrinə məxsus firmaları və səhmdar cəmiy-
yətləri isə «naməlumlar» qrupuna daxil etmişik. 
Tədqiq  etdiyimiz  mövzunun  məqsədilə  əlaqədar  ola-
raq  başlıca  vəzifəmiz  azərbaycanlı  sahibkarlara  məxsus 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə