Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   2   3   4   5   6   7   8   9   ...   27

 
17 
sayı 59-a çatırdı. Lakin bu firmaların yalnız 15-i üzrə fəh-
lələrin sayı, 16-sı  üzrə isə neft mədənlərinin  sayı və  hasil 
edilmiş  neftin  miqdarı  barəsində  məlumat  verilir  (83, 
s.24).  Təəssüf  ki,  sonrakı  illər  üzrə  olan  məlumat  da  belə 
yarımçıq  və  kəsirlidir.  Buna  baxmayaraq  «Bakı  və  onun 
rayonları»  toplusunda  verilən  məlumatdan  başqa,  digər 
topluların,  mənbələrin  əksəriyyətində  buna  bənzər  məlu-
mat verilmədiyindən, əlbəttə, həmin topludan əldə edilmiş 
və aşağıda gətirəcəyimiz statistik məlumat böyük əhəmiy-
yət və qiymət  kəsb  edir. Belə  ki,  yarımçıq da olsa,  təsəv-
vür  yarada  bilən  «Bakı  və  onun  rayonları»  toplusunun 
verdiyi  məlumatı  nəzərə  almadan  Bakı  neft  sənayesində 
azərbaycanlı  kapitalistlərin  tutduğu  mövqelərini,  onların 
bu  sənaye  sahəsində  xüsusi  çəkisini  müəyyən  etmək  çox 
çətindir. 1904-1913-cü illərə dair  «Bakı və onun rayonla-
rı» toplularında cəmlənmiş materiallardan belə aydın olur 
ki,  59  azərbaycanlı  neft  sənaye  sahibkarlarının  böyük  ək-
səriyyəti kiçik kapitalistlər idi (76, s.23). Bu dövrdə onlar-
dan yalnız ikisini – Ağa Musa Nağıyevi və Şəmsi Əsədul-
layevi iri sənaye sahibləri sırasına qatmaq olar.  
Adları  çəkilən  iki  sahibkarın  mülkiyyətində  olan  bu-
ruqların,  bütün  59  sahibkarların  mülkiyyətində  olan  bu-
ruqların illər üzrə orta hesabla 4-də 1 hissəsindən çoxunun 
həmin  buruqlarda  çalışan  fəhlələrin  3-dən  1-ni,  bəzi  illər 
üzrə isə 3-də 1-dən çoxunu, hasil edilmiş neftin isə 3-də 1 
hissəsini təşkil edirdi (18, v.2). 
Azərbaycanlı  neft  sənayeçiləri  arasında  Aşurbəyov 
qardaşları, Məmmədov, Məlikov, Həsən Mustafayev, Mir-
tağı Mirbabayev, İsa bəy Hacınski kimi nisbətən varlı neft 


 
18 
sənayeçiləri də var idi. Əgər 1904-cü ildə onların hər biri-
nin mülkiyyətində 5-dən 17-yə qədər neft quyusu var idi-
sə,  bu  mədənlərdə  30-dan  200  nəfərədək  fəhlə  çalışır  və 
hər  biri  328  min  puddan  1  milyon  puda  kimi  neft  hasil 
edirdilərsə,  1911-ci  ildə  buruqların  orta  sayı  18-32,  fəh-
lələrin  sayı  80-250,  hər  birinin  illik  neft  hasilatı  isə  1 
milyon puddan çox idi (28, v.3). Digər sənaye sahibləri 2-
8  buruğu  və  20-50  fəhləsi  olan,  ildə  150-200  min,  bəzi 
illərdə bir qədər çox neft hasil edən kiçik sahibkarlar idilər 
(18, v.3). 
Fabrik  müfəttişliyinin  1908-1910-cu  illərə  dair  daha 
dəqiq məlumatı da bu nəticəni təsdiq edir. Fəhlələrin sayı-
na  aid  olan  məlumata  görə,  Ağa  Musa  Nağıyevin  Sabun-
çuda  və  Ramanada  olan  mədənlərində  1908-ci  ildə  621, 
1909-cu ildə 690, 1910-cu ildə təkcə Ramanı mədənlərin-
də  540  fəhlə  çalışırdı.  Bu  mənbədə  Şəmsi  Əsədullayevin 
mədənlərində  çalışan  fəhlələr  barəsində  məlumat  görünür 
səhv  düşüb.  Belə  ki,  burada  onun  fəhlələrinin  sayı  30-31 
nəfər göstərilir. 1909-cu ilə aid olan həmin mənbədən mə-
lum  olur  ki,  Ş.Əsədullayevin  təkcə  Sabunçuda  olan  mə-
dənlərində 31 fəhlə çalışırdı. Ramanıdakı mədənlərində isə 
313 fəhlə işləyirdi (18, v.14). 
Biz həmin illərdə Bakı neft sənayesində nisbətən daha 
iri  bir  şirkətin  yarandığını  görürük.  Bu  H.Məlikov, 
K.Mahmudov  və  Kələntərova  məxsus  şirkət  idi.  Onların 
mədənlərində 140-146 fəhlə işləyirdi. 
Fabrik  müfəttişliyinin  56  azərbaycanlı  kapitalisti  və 
onlara məxsus firmaları əhatə edən siyahısında 50-dən çox 
fəhləsi  olan  bir  neçə  azərbaycanlı  sahibkarı  görürük.     


 
19 
Onlardan 51-75 fəhləsi olan Əmiraslanov qardaşlarını, 70-
81 fəhləsi olan F.Aşurbəyovu, 40-42 fəhləsi olan K.A.Zər-
bəliyevi qeyd etmək olar. Digər sahibkarların isə hər biri-
nin mədənində 15-dən 40-a qədər fəhlə çalışırdı. Bir neçə 
şirkətdə çalışan fəhlələrin sayı 10-a çatırdı (80, s.123). 
Fabrik müfəttişliyinin 1909-cu ilə dair məlumata əsa-
sən  Bakı  neft  sənayesində  fəaliyyət  göstərən  44  azərbay-
canlı neft sahibkarı qeydə alınmışdır. Bu məlumatda fəh-
lələrin  sayı  ilə  yanaşı  hasil  edilmiş  neftin  miqdarı  da 
göstərilir. Bu məlumatdan aydın olur ki, Ş.Əsədullayev və 
A.M.Nağıyevlə  bərabər,  215  fəhləni  birləşdirən  A.S.Mə-
likova  məxsus  2  şirkət  2,5  milyon  puda  qədər  neft  hasil 
etmişdir. Qalan nəticələr yuxarıda qeyd edilmiş məlumata 
tam uyğun gəlir (84, s.167). 
1914-cü  ilə  aid  məlumata  görə,  Bakı  neft  sənayesi 
rayonunda 58 azərbaycanlı kapitalistə məxsus olan 83 fir-
ma var idi (25, v.3). Məlumatda fəhlələrin sayı göstərilmir. 
Bununla  bərabər  burada  hasil  edilmiş  neftin  miqdarı  haq-
qında məlumat verilir. Sahibkarlar üzrə firmaların hasil et-
diyi  neftin  miqdarı  üzrə  onları  aşağıdakı  qruplara  bölmək 
olar. 
I. Bir milyon puddan çox neft hasil edən – 8 sahibkar 
var idi: 
1. Şəmsi Əsədullayev – 4.966.350 pud 
2. Eyvazov və Qədirov – 4.693.202 pud 
3. Musa Nağıyev – 3.661.109 pud 
4. Məlikov A.S. – 2.575.569 pud 
5. Mirtağı Babayev – 2.360.744 pud 
6. Əmiraslanov qardaşları – 1.720.221 pud 


 
20 
      7. Məlikov və Mahmudov – 1.608.755 pud  
8. İ.B.Hacınski – 1.092.910 pud. 
II. 500 min puddan 1 milyon puda qədər neft istehsal 
edən  sahibkarlar  –  Z.Aşurbəyov  qardaşları,  M.Səlimov, 
A.Məlikov. 
III. 200 mindən 500 min puda qədər neft hasil edən 9 
sahibkar: Qədimov, H.Mustafayev, İ.Nabatov, Z.Babayev, 
Babayev  və  Balayev,  Hacınski  və  Qədimov  qardaşları, 
Q.A.Rzayev, A.Quliyev, S.B.Səlimxanov. 
IV. 100 mindən 200 min puda qədər neft hasil edən 12 
sahibkar. 
V.  1400  puddan  az  neft  hasil  edən  -  26  sahibkar  (77, 
s.67-69). 
      Göründüyü  kimi,  1914-cü  ildə  Bakı  neft  sənayesində 
azərbaycanlı  kapitalistlərin  böyük  əksəriyyətini  1  milyon 
puddan az neft istehsal edən sahibkarlar təşkil edirlər. Bəs 
azərbaycanlı  sahibkarların  Azərbaycan  neft  sənayesində 
ümumi mövqeyi necə idi?  
Məlum  olduğu  kimi,  Bakı  neft  sənayesində  azərbay-
canlı  sahibkarların  tutduğu  mövqeyi  müəyyənləşdirmək 
üçün, onların mülkiyyətində olan mədənlərin miqdarını və 
miqyasını,  bu  mədənlərdə  çalışan  fəhlələrin  sayını,  həm-
çinin  çıxarılan  neftin  miqdarını  müəyyən  etmək  vacibdir. 
Eyni  zamanda,  digər  kapital  nümayəndələrinin  neft  səna-
yesində  mövqeyini  müəyyən  edib,  tutuşdurma  yolu  ilə 
məqsədə  nail  olmaq  olar.  Demək,  azərbaycanlı  kapitalist-
lərə  məxsus  olan  mədənlərin,  orada  çalışan  fəhlələrin  sa-
yını və hasil olunmuş neftin, eləcə də istehsal edilmiş neft 
məhsullarının  miqdarını  müəyyən  etməklə  yanaşı,  digər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə