Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 
25 
olan  kapitalın  neft  və  digər  sənaye  sahələrində  tutduğu 
mövqeyi,  xüsusi  çəkisini  müəyyən  etmək  mümkün  oldu-
ğundan,  zənnimizcə,  seçdiyimiz  yolla  da  bu  işi  görmək 
mümkündür.  
Hörmətli  oxucular  qarşısında  onu  da  etiraf  edirik  ki, 
bu  üsulla  çıxarılan  nəticələrə  müəyyən  şərtiliyin  yol  tapa 
biləcəyi ehtimalını da rədd etmirik.  
Yuxarıda  azərbaycanlı  sahibkarlar,  onların  neft  səna-
yesində  say  tərkibi,  mülkiyyətlərində  olan  mədənlər,  fəh-
lələrinin  sayı  və  istehsal  etdikləri  neftin  miqdarı  üzrə 
müəyyən məlumat verdik. İndi həmin illər üzrə rus, ermə-
ni və digər kapital nümayəndələrinin tutduqları mövqeləri, 
onların xüsusi çəkilərini müəyyənləşdirmək  yolu ilə azər-
baycanlı  kapitalistlərin  neft  sənayesində  xüsusi  çəkisini 
aydınlaşdırmaq istəyirik.  
1908-ci  ilə  dair  məlumata  görə  neft  sənayesində  fəa-
liyyət  göstərən  40  erməni  kapitalı  nümayəndəsinin  sərən-
camında 848 neft buruğu var idi. Bu buruqlarda 5748 fəhlə 
çalışırdı. 1918-ci ilə aid məlumatda erməni kapitalı nüma-
yəndələrinə  cəmi  818,  buruğun  məxsus  olduğu  göstərilir 
(84, s.117). 
Eyni  məlumatları  1914-cü  ilə  də  aid  etmək  olar.  Hə-
min ilə dair məlumatda cəmi 13 erməni kapitalı nümayən-
dəsinin  adı  çəkilir,  onların  sərəncamında  451  buruğun  ol-
ması, bu buruqlarda 1598 fəhlənin çalışması bildirilir (84, 
s.120). 
Rus kapitalını təmsil edən sahibkarlar və onların sayı, 
buruqları və fəhlələri barəsindəki məlumat daha bitkindir. 
1908-ci ildə Bakı neft mədənlərində rus kapitalının 42 nü-


 
26 
mayəndəsi fəaliyyət göstərirdi. Onların sərəncamında olan 
413  buruqda  2239  fəhlə  çalışırdı  (74,  s.123).  1912-ci  il 
məlumatında  erməni  kapitalı  nümayəndələrindən  fərqli 
olaraq rus kapitalına məxsus buruqların və fəhlələrin sayı-
nın  xeyli  artdığını  görürük.  Belə  ki,  həmin  ildə  onların 
buruqlarının sayı 779-a, burada işləyən fəhlələrin sayı isə 
5373-ə çatmışdır (76, s.156). 
Əldə olan materialları tutuşdurduqda görürük ki, Bakı 
neft  istehsalatı  sahəsində  azərbaycanlı  kapitalın  xüsusi 
çəkisi buruqların sayına görə 11-13 faiz, fəhlələrin sayına 
görə isə 10-16,4 faiz təşkil edirdi (79, s.128). Əlbəttə, bu 
rəqəmin  azərbaycanlı  kapitalistlərin  neft  sənayesindəki 
mövqeyini  olduğu  kimi  əks  etdirən  rəqəm  kimi  qəbul 
etmək olmaz. Yuxarıda qeyd etdiyimiz kimi, milli mənsu-
biyyəti  məlum  olmayan  bir  çox  firmalar,  həmçinin  səhm-
dar  cəmiyyətlərdə  azərbaycanlı  kapitalistlərin  də  iştirakı 
şübhəsizdir. Məlum olduğu kimi, H.Z.Tağıyev öz mədən-
lərini  ingilis  kapitalı  nümayəndələrinə  satsa  da,  o  həmin 
səhmdar  cəmiyyətin  payçısı  və  icraçı  direktorlardan  biri 
kimi qalır, o cəmiyyətin 200 min rublluq səhmi ona məx-
sus idi. Şübhəsiz ki, digər səhmdar cəmiyyətlərdə də belə 
azərbaycanlı  kapitalistlərin  payı  olmuşdur.  Bütün  bunları 
nəzərə  alsaq,  heç  şübhəsiz  ki,  neftçıxarma  istehsalı  sahə-
sində  azərbaycanlı  kapitalistlərin  xüsusi  çəkisinin  15-20 
faizə qədər olduğunu mülahizə etmək mümkündür.  
Bu  sənaye  sahəsində  erməni  kapitalının  xüsusi  çəkisi 
1908-ci  il  məlumatına  görə  böyük  idi:  buruqların  sayına 
görə  21  faiz,  fəhlələrin  sayına  görə  isə  17,6  faiz  (74, 
s.130).  Lakin  1912-ci  və  1914-cü  illərə  dair  məlumatlar-


 
27 
dan göründüyü kimi, bu kapital nümayəndələrinin neft sə-
nayesində  mövqeyi  əsaslı  surətdə  zəifləyir.  Nə  üçün?  Bu 
suala  dəqiq  cavab  vermək  çətindir.  Şübhəsiz,  belə  güman 
etmək olar ki, erməni kapitalı nümayəndələri neft sənaye-
sini  tərk  etməmişdilər.  Görünür  onlar  müxtəlif  səhmdar 
cəmiyyətlərdə birləşmiş, bu adsız cəmiyyətlər isə  «Namə-
lumlar» qrupuna düşmüşdü.  
Rus  kapitalı  nümayəndələrinin  mövqeyinə  gəldikdə 
isə  biz  əks  mənzərəni  görürük.  Əgər  1908-ci  ildə  rus  ka-
pitalı  nümayəndələrinin  neft  sənayesində  mövqeyi  onlara 
məxsus  buruqların  sayına  görə  cəmi  10,2  faiz,  fəhlələrin 
sayına  görə  isə  daha  az  –  6,9  faiz  təşkil  edirdisə,  1912  və 
1914-cü illərdə sıçrayış görürük. 1908-ci ilə nisbətən 1914-
cü  ildə  rus  kapitalı  nümayəndələrinin  neft  sənayesində 
mövqeyi buruqların sayına görə iki dəfədən çox, fəhlələrin 
sayına görə isə dörd dəfəyə qədər artmışdır (84, s.190). 
1900-1907-ci  illərdə  Bakı  şəhərində  mövcud  olan  34 
podrata  buruq  qazma  müəssisəsinin  üçü  milli  kapital  nü-
mayəndələrinə  məxsus  idi.  Milli  burjuaziya  nümayəndəsi 
Murtuza  Muxtarovun  müəssisəsi  iri  idi  və  onda  1907-ci 
ildə 1950 fəhlə çalışırdı. 1908-ci ildə onun təkcə Bibihey-
bətdəki təmir emalatxanasında və podrat qazma müəssisə-
sində  755  fəhlə  işləyirdi.  Digər  iri  podrat  qazma  müəs-
sisəsi Şaban Ramazanova məxsus idi. 1906-1907-ci illərdə 
onun təkcə mexaniki zavodunda 184 fəhlə işləyirdi (40). 
1908-1909-cu illərdə podrat qazma müəssisəsi və me-
xaniki  emalatxanaları  olan  kapitalistlərdən  biri  də  S.Q.Ata-
bəyov  idi.  Onun  üç  müəssisəsində  müvafiq  olaraq  150, 
148 və 60 fəhlə çalışırdı (14, v.24). 


 
28 
1913-cü  ildə  Bakı  neft  sənayesinin  bütün  sahələrində 
milli  burjuaziyanın  mövqeyi  daha  da  güclənmişdi.  Bu, 
özünü podrat qazmada da göstərirdi. Həmin ildə Bakı cə-
mi  45-dən  artıq  götürə  üsulla  qazma  müəssisəsi  fəaliyyət 
göstərirdi.  Onlardan  7-si  azərbaycanlılara  məxsus  idi. 
B.Əbiyev  və  M.Dadaşov  şirkət  təşkil  etmişdilər.  Bir  neçə 
burjua  nümayəndəsi  «Abşeron»  adlı  başqa  bir  şirkət  ya-
ratmışdı.  Sabunçuda  yerləşən,  65  fəhləsi  olan  bu  şirkətin 
böyük  mexaniki  zavodu  vardı.  Zavodun  iki  quyu  qazan 
dəzgahı  da  vardı.  “Atabəyov  S.,  Vartanov  və  K
o
” adlı di-
gər  cəmiyyətin  Zabratdakı  mexaniki  zavoduna  100  fəhlə 
çalışırdı. Zavodun 8 quyu qazan dəzgahı vardı (44, v.124). 
Ağa  Babayev  adlı  birisinin  emalatxanasında  20  fəhlə 
işləyirdi və onun 2 buruq qazan dəzgahı vardı. Digər şirkət 
Şaban Ramazanovun idi və «Həmiət» adlanırdı. Onun me-
xaniki  zavodunda  154  fəhlə  çalışırdı.  Zavodun  bir  buxar 
qazanı, bir buxar maşını, 10 buruq qazan dəzgahı, 12 me-
xaniki  dəzgahı,  6  ocağı  var  idi.  M.Muxtarovun  səhmdar 
cəmiyyətinin  Balaxanıda  və  Bibiheybətdəki  mexaniki  za-
vodlarında 130 fəhlə çalışır, 450 fəhlə isə podrat qazmada 
işləyirdi (44, s.127). 
Bu  istehsal  sahəsində  Muxtarovadan  sonra  Atabəyov 
və  Ramazanov  nisbətən  iri  sahibkarlar  idi.  Digər  iki  sa-
hibkar  isə  nisbətən  kiçik  sahibkarlar  qrupuna  daxil  idilər. 
Ümumiyyətlə götürdükdə isə 5 sahibkarın müəssisələrində 
illər üzrə orta rəqəmləri nəzərə  alsaq, orta hesabla 1800-ə 
yaxın fəhlə çalışırdı (14, v.26). 
Götürə  üsulla  buruqqazma  istehsalat  sahəsində  azər-
baycanlı  kapitalının  mövqeyini  müəyyənləşdirmək  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə