Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17841
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
29 
başqa milli kapitalların da xüsusi çəkisini müəyyən etmək 
lazımdır.  Ancaq  bu  haqda  lazımi  qədər  məlumat  yoxdur. 
Olan statistik material əsasında bunu yalnız təxmini şəkil-
də müəyyən etmək olar. Bunun üçün azərbaycanlı kapita-
listlərin  bu  istehsalat  sahəsində  xüsusi  çəkisini  müəyyən 
etməkdən  ötrü  neft  istehsalı  sənayesi  sahəsində  bu  işi 
müəyyənləşdirmək üçün istifadə  etdiyimiz üsulu  əsas  gö-
türmüşük. 
Götürə  üsulla  buruq  qazmaq  sahəsində  1908-1914-cü 
illərdə 5 mindən 8,3 minə qədər fəhlə çalışırdı. Bu fəhlələ-
rin 20-25 faizi, yəni dörddə birinə qədəri azərbaycanlı ka-
pitalistlərə  məxsus  olan  müəssisələrdə  istəyirdi  (77, 
s.156). 
Neft  hasilatı  sahəsində  olduğu  kimi,  bu  istehsalat  sa-
həsində  də  naməlum  kapital  nümayəndələri  üstün  mövqe 
tuturdular. Lakin həmin sənaye sahəsində olduğu kimi, bu-
rada  da  erməni  kapitalı  nümayəndələrinin  rolu  böyük  de-
yildi.  Ancaq  bizim  fikrmizcə,  bu  rəqəm  erməni  kapitalı 
nümayəndələrinin  götürə  üsulla  buruq  qazmaq  sahəsində 
mövqeyini o qədər də düzgün müəyyənləşdirmir. Görünür, 
məxsusluğunu müəyyən edə bilmədiyimiz kapital sahəsin-
də erməni kapitalının rolu az deyildir. Şübhəsiz ki, həmin 
kapitalda  azərbaycanlı  kapitalistlərinin  də  payı  yox  deyil-
di.  Rus  kapitalının  roluna  gəldikdə,  neft  hasilatı  sahəsin-
dən  fərqli  olaraq,  götürə  üsulla  buruq  qazmaq  istehsalat 
sahəsində  rus  kapitalının  xüsusi  çəkisi  azərbaycanlılara 
məxsus  olan  kapitalın  ümumi  çəkisi  ilə  təxminən  eynilik 
təşkil  edirdi.  Azərbaycan  burjuaziyasının  görkəmli  nüma-
yəndələrindən biri olan H.Z.Tağıyev neft sənayesində XX 


 
30 
əsrin əvvəllərindən də az-çox fəaliyyət göstərirdi. 1914-cü 
ilin  yayında fəaliyyətə başlamış  «Şərqi Qafqaz neft səna-
yesi  və  ticarəti»  səhmdar  cəmiyyəti  «T.Qulubəyov  və 
N.Məmmədov»,  eləcə  də  «P.A.Firsov,  S.E.Draqunov  və 
K
o
»  ticarət  evləri  əsasında  yaradılmışdı.  Cəmiyyət  Du-
vannı  yaxınlığında çoxlu torpaq sahəsi icra etmişdi. Onun 
əsas kapital 1,5 milyon rubl idi (37, s.68; 18, v.566).               
1914-cü  il  avqustun  14-də  keçirilmiş  təsis  iclasında 
cəmiyyətin  idarə  heyətinin  sədri  H.Z.Tağıyev,  müdirliyə 
isə  L.B.Yakuboviç,  N.K.Məmmədov,  A.A.Kərimov, 
T.B.Qulubəyov seçildilər. H.Z.Tağıyev 1916-cı ilin sonun-
da əsas kapitalı 3,5 milyon rubl olan «H.Z.Tağıyev və K
o
» 
neft sənayesi və ticarəti səhmdar cəmiyyətini təsis etməklə 
neft sənayesində əvvəlki mövqeyini bir növ bərpa etməyə 
müvəffəq olmuşdu (37, s.70). 
Şamaxı  qəzasında  neft  axtarışlarını  davam  etdirən 
«M.Səlimov  və  K
o
  neft  sənayesi  və  ticarəti»  cəmiyyəti 
1916-cı  ildə  6  milyon  rubl  əsas  kapitalla  fəaliyyətə  baş-
lamışdı.  Cəmiyyətin  təsisçiləri  Bakının  I  gildiya  taciri 
M.Səlimov və başqaları idilər. 
«Damla məca» adlı Ələt qışlaqlarında icarə etdiyi külli 
miqdarda xəzinə torpaqlarında neft axtaran «Hacınskinin -
Bakı  neft  sənaye  və  ticarəti»  səhmdar  cəmiyyəti  1915-ci 
ildə  təsis  edilmişdi  və  onun  1,2  milyon  rubl  əsas  kapitalı 
vardı,  Nizamnamədə  təsisçi  kimi  Bakının  I  gildiya  taciri 
İsabəy Hacınski gedirdi. 1912-1915-ci illərdə neft sənaye-
si  kapitalistlərindən  Ağa  Musa  Nağıyev,  M.Muxtarov, 
B.X.Cavanşirin  Salyan-Şirvan  düzlərində  (Novo-Vasil-
yevka  kəndi  ərazisində,  Çəyildə,  Lökbatanda,  Duvannıda 


 
31 
və  s.  yerlərdə)  icarə  etdikləri  torpaq  sahələri  3700  desya-
tidən yuxarı olmuşdu (37, s.76). 
Azərbaycanda neftli torpaqların icarəsi işi o yerə gəlib 
çatmışdı  ki,  Azərbaycanın  iri  torpaq  sahiblərindən  Adil 
xan Ziyadxanov, Həmid bəy Zülfüqarov, Rüstəm bəy Rüs-
təmbəyov,  Cahangir  xan  Nurubəyov,  İsmayıl  xan  Ziyad-
xanov, Ələsgər bəy Xasməmmədov və Haqverdi bəy Adı-
gözəlovla  birlikdə  Tapqaraqoyunlu  kəndinin  yaxınlığında 
(Naftalanda)  neft  hasil  etmək  məqsədi  ilə  35  desyatin 
torpaq  icarəyə  götürmüşdülər.  Sahibkarlar  burada  həm  də 
neft kəşfiyyatı aparılacağını vəd etmişdilər. 
Neft  emalı. Azərbaycan milli burjuaziya nümayəndə-
lərinin  neft  emalı  sənayesi  sahəsində  də  mövqeyi  heç  də 
zəif  olmamışdır.  XIX  əsrin  70-ci  illərində  Bakıda  ağ  neft 
istehsal  edən  46  müəssisənin  25-inin  azərbaycanlılara 
məxsus  olması  bu  fikrimizi  bir  daha  təsdiqləyir  (86, 
s.234). 
1893-cü  ildə  isə  Bakının  100  kerosin  zavodunun  sa-
hiblərindən  41-i  azərbaycanlı  idi.  XIX  əsrin  axırlarında 
milli  burjuaziya  nümayəndələrinə  məxsus  kerosin  zavod-
larının  çoxluğuna  baxmayaraq  onlar  xırda  idilər.  Buna 
görə də həmin vaxt  Bakıda istehsal olunan kerosinin  yal-
nız  21  faizi  milli  kapitalın  payına  düşürdü.  Arxiv  sənəd-
lərindən aydın olur ki, XIX əsrin sonlarında Bakının təkcə 
bir  sahəsində  azərbaycanlı  sahibkarlara  məxsus  kerosin 
zavodu  olub,  orada  çalışan  fəhlələrin  sayı  211  olub    (86, 
s.239). 
1903-1904-cü  illərdə  həmin  sahələrdə  kerosin  zavo-
dlarının  sayı  22-yə  qalxmış,  buna  müvafiq  olaraq  onların 


 
32 
16-da  fəhlələrin  sayı  579-a  çatmışdı,  6  zavod  üzrə  isə  bu 
arxiv sənədlərində fəhlələrin sayı göstərilmir (84, s.124). 
Milli  burjuaziyaya  məxsus  olan  neft  emalı  müəssisə-
lərinin sayı XX əsrin əvvəllərində elə bir dəyişiklik olma-
mışdı.  1906-cı  ilin  məlumatına  görə,  Bakı  neft  sənayesi 
rayonundakı 77 kerosin zavodundan 20-si milli burjuaziya 
nümayəndələrinə məxsus  olub. Onların hamısı  buxar ma-
şınları  ilə  təchiz  olunmuşdur.  İstehsal  həcminə  görə  ən 
böyük neft emalı zavodları Ağa Musa Nağıyevə və Şəmsi 
Əsədullayevə məxsus olub. Ş.Əsədullayevə məxsus iki ke-
rosin zavodunda 59 fəhlə işləyirdi (37, s.80). 
Ağa Musa Nağıyevin 1906-cı ildə 60 fəhlə çalışan za-
vodunda  3.741  min  pud  təmizlənmiş  kerosin,  3  milyon 
633  min  pud  təmizlənməmiş  kerosin  və  7494,  7  min  pud 
neft qalığı istehsal olunmuşdu. Həmin ildə bir neçə kero-
sin  zavodunun  istehsal  etdiyi  məhsulun  miqdarı  məlum 
deyil.  Eləcə  də:  Əlibəyov,  Ağakişi  Əliyev,  Məmməd  Əli-
yev,  Q.Aslanovun  varisləri,  K.Axundov  və  K
o
,  Z.Baba-
yevin «İttifaq», İsabəy Hacınski, Zeynalov və K
o
, Mənsob 
«Gün»,  Q.Zeynalovun  varisləri,  Zeynalov  qardaşlarının 
«İşıq», Məşədiməmməd Kərimov, Nağı Mehdiyev, Məm-
mədsəlim  Manafov  və  Məmmədrza  Təhməzova  məxsus  
olan  zavodların  neft  məhsulları  istehsalının  miqdarı  gös-
tərilmir.  Ona  görə  də  milli  burjua  nümayəndələrinə  məx-
sus kerosin zavodlarında istehsal olunmuş məhsulun ümu-
mi miqdarını müəyyən etmək mümkün deyil (14, v.29). 
1907-ci ildə Bakıda cəmi 56 kerosin zavodu fəaliyyət 
göstərirdi. Onlardan 16-sı azərbaycanlılara məxsus olub.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə