|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
47
nimsədilməsi.
Bu tələbləri həyata keçirmək üçün məktəb təcrübəsində ən opti-
mal iş formalarından istifadə olunmalıdır:
—
mətndəki çətin söz və obrazlı ifadələrin şagirdlərə seçdiril-
məsi, onlarm sinonimlərinin axtarılıb tapdırılması, mənaların ara-
sındakı fərqli cəhətlərin izah etdirilməsi və yaxud müəllim tərəfin-
dən aydınlaşdırılması;
—
sözlə onun ifadə etdiyi əşya, təbiətin konkret obyekti arasın-
da əlaqənin yaradılması;
—
oxşar və bir-birinə əks olan müxtəlif əşyanın ümumi və fərq-
li cəhətlərinin müqayisə əsasında müəyyənləşdirilməsi, bir neçə
əlamətin tapdırılması və ən əsaslarının ayrılması;
—
emosional-ekspressiv məna çalarlı sözlərin stilistik cəhətdən
neytral vahidlərlə müqayisə etdirilməsi və həmçinin onların məna-
larının açdırılması, yaxud müəllim tərəfindən izah edilməsi;
—
mətndəki antonim sözlərin seçdirilməsi və mənalarının izah
etdirilməsi;
—
mətndəki çoxmənalı sözlərin seçdirilməsi və onların izah et-
dirilməsi;
—
müxtəlif obrazlar, onların hərəkəti arasındakı oxşar və bən-
zər cəhətləri ifadə edən söz və söz birləşmələrinin seçdirilməsi;
—
müxtəlif mətnlərdə eyni əşyaya aid olan epitetlərin müqayisə
etdirilməsi və onlarin emosional-ekspressiv məna çalarlığının
müəllim və şagirdlər tərəfindən izah edilməsi, şagirdlərin özlərinə
epitet seçdirilməsi;
—
mətnin məzmunu ilə əlaqədar şəkillərin tərtibi və onlara baş-
lıqların verilməsi;
—
mətndə iştirak edən iki-üç obrazın müqayisəli şəkildə xarak-
teristikasının tərtib etdirilməsi;
—
oxunmuş materialın yaradıcı (yığcam, müxtəsər, kitabda ol-
duğu kimi və öz sözləri ilə, mətndə nağıl edəni dəyişməklə, məz-
munla bağlı illüstrasiyalarla və s.) nağıl etdirilməsi;
—
əvvəlcədən verilmiş söz və ifadələri işlətməklə mətnin məz-
mununun nağıl etdirilməsi;
|
|
|