Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə44/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   40   41   42   43   44   45   46   47   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
49 
məzmun və ideyasını başa düşmək, öyrəndiklərini təcrübəyə tətbiq 
etmək, onu müasir həyatla əlaqələndirmək bacarıqları formalaşdır-
maq mümkün deyildir. 
Təcrübə göstərir ki, oxu vərdişlərinin birinci komponenti onun 
düzgünlüyüdür. Şagird mətndəki sözləri düzgün oxumadıqda, onla-
rın mənasını da anlamır, onda səhv, yanlış təsəvvürlər yaranır: mə-
sələn, şagird 

qabil idi‖, 

sürət



əsir



allam



gəlləm

və s. 
kimi işlədir. I-II siniflərdə səs və hecaların artırılması (
maşın, ra-
yon, stansiya 
əvəzinə
maşının, irayon, istansiya 
və s.), cümlədə 
sözlərin təkrarı, dialekt və şivə xüsusiyyətlərinə yol verilməsi, ədə-
bi tələffüz qaydalarının gözlənilməməsi və s. kimi müxtəlif xarak-
terli nöqsanlara yol verilir. Fəhmlə söz demə halları özünü göstərir. 
Bunlar şagirdin oxunan mətnin məzmununu şüurlu şəkildə mənim-
səmələrinə, müstəqil və yaradıcı düşünmələrinə və məzmunu şüur-
lu şəkildə nağıl etmələrinə mane olur. Ona görə də şagirdlər belə 
səhvə yol verdikdə müəllim onları təkrar oxutdurmalıdır. Əgər sö-
zün mənası şagirdlərə aydın deyildirsə, onun hərf tərkibini ilk dəfə 
görürlərsə, onda yaxşı olar ki, müəllim sözləri oxu prosesindən əv-
vəl yazı taxtasına yazsın, onun mənasının açılması, səs-hərf tərkibi-
nin müəyyənləşdirilməsi üzərində iş aparsın. 
Oxunun şüurluluğunda ikinci əsas məsələ sürətdir. III sinifdə 
tədris ilinin ortalarında oxunun sürəti təqribən danışıq sürətinə ya-
xınlaşmalıdır. Normal oxu sürəti olmadan məzmunu dərk etmək çə-
tin olur. Beləliklə, lazımi oxu sürətinə yiyələnməyən şagird bütün 
diqqətini ayrı-ayrı sözlərin, cümlələrin düzgün oxunmasına yönəl-
dir. Təsvir olunan fakt və hadisələri, obrazları, onların hərəkətini 
yadlarında saxlaya bilmir, xarakterlərini müəyyənləşdirməyi bacar-
mırlar. Beləliklə də, mətnin məzmunu gizli qalır, açılmır. Əks təq-
dirdə şüurlu oxunan mətndə sürət dəyişir. Əsas diqqət məzmunu 
mənimsəməyə yönəlir. Şagird hər bir söz, ifadə və cümlənin, bü-
tövlükdə mətnin məzmununu öyrənməyə çalışır, sürətli oxuya bil-
mir. Odur ki, oxunun sürəti ilə şüurluğu arasındakı əlaqələr təlim 
prosesində mütləq nəzərə alınmalıdır. 
Oxunun şüurluğu ilə ifadəliliyi arasındakı qarşılıqlı əlaqələrə də 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə