Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə41/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   37   38   39   40   41   42   43   44   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
46 
yatımızın, məişətimizin müxtəlif sahələrini əhatə etməsinə, müm-
kün qədər məzmunun əyaniləşdirilməsinə çalışılmalıdır. 
Şagirdin tam fəaliyyətini təmin etmək üçün oxunun düzgünlü-
yünə, sürətinə, ifadəliliyinə və şüurluluğuna xüsusi diqqət yetiril-
məli, bunlar arasındakı qarşılıqlı əlaqələr, birinin digərinin inkişafı-
na göstərdikləri müsbət təsir nəzərə alınmalıdır. 
Oxunun səmərəliliyi mətnin məzmununun açılmasına xidmət 
edən sualların qoyuluşundan çox asılıdır. Metodik ədəbiyyat və 
məktəb təcrübəsi sübut edir ki, bu sualları xarakterinə görə üç şə-
kildə qruplaşdırmaq olar: 
a) oxunmuş mətnin məzmununu şagirdlərin təsəvvüründə yeni-
dən canlandırmağa xidmət edən suallar
b) oxunmuş mətnin məzmununun, əsas məğzinin, ideyasının 
açılmasına, hadisələrin necə cərəyan etməsinə, onların səbəb və nə-
ticə əlaqələrinin müəyyənləşdirilməsinə və s. xidmət edən suallar
c) oxunmuş mətndən əsas nəticənin çıxarılmasına, mətnin məz-
mununun ictimai həyatla, uşaqların müşahidə və təcrübələri ilə əla-
qələndirilməsinə xidmət edən suallar. 
Məqsəddən asılı olaraq, hər hansı qrupa daxil olan suallar 
müəyyən sistemlə verilməli, hadisənin kulminasiyasının, əsas dü-
yün nöqtəsinin açılmasına zəmin yaratmalı, səbəb və nəticə əlaqə-
lərini müəyyənləşdirməyə imkan verməlidir. Başqa sözlə, şagird 
düşuncəsinin açarı olmalıdır. 
Oxu təliminə müəyyən tələblər verilir: 
1) məzmunun müxtəlif vasitələrlə əyaniləşdirilməsi
2) məzmunun şagirdlərin müşahidələri, şəxsi təcrübələri ilə əla-
qələndirilməsi və onların aldıqları bilik və bacarıqlarının dairəsinin 
genişləndirilməsi və elmi əsaslar zəminində sistemə salınması; 
3) mətndəki söz və ifadələrin, ayrı-ayrı cümlələrin emosional-
ekspressiv məna çalarlığının şagirdlərin şüurunda tam mənası ilə 
əks olunması; 
4) mətndəki söz və ifadələrin, obrazların konkretləşdirilməsi və 
abstraktlaşdırılması üçün situasiyanın yaradılması; 
5) mətndəki əsas fikrin, məzmunun və ideyanın şagirdlərə mə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə