Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə443/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   439   440   441   442   443   444   445   446   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
456 
 
8. İnşaların kollektiv müzakirəsinin monoloji nitqin 
inkişafına təsiri 
İnşaların kollektiv müzakirəsi şagirdlərin obyekt haqqındakı bi-
liklərinin genişlənməsinə və dərinləşməsinə, dinləmək qabiliyyəti-
nin formalaşmasına və ən başlıcası, monoloji nitqlərinin inkişafına 
əsaslı təsir göstərir. İbtidai siniflərdə bu işin normal təşkili üçün 
müəllim şagirdlərin buraxdıqları səhvləri və müvəffəqiyyətləri şa-
gird kollektivinin birgə səyi ilə meydana çıxarmalıdır. Adətən, I si-
nifdə şagirdlər belə müzakirələrdə fəal iştirak edə bilmirlər. II sinif-
də şagirdlər tədricən bu işə alışır, dərs ilinin axırlarına yaxın müstə-
qil fikirlər irəli sürə bilirlər. Tutaq ki, III sinif şagirdləri ―Payızda 
meyvə toplanışı‖ mövzusunda süjetli şəkil üzrə şifahi hekayə qur-
malıdırlar. Şəkil nümayiş etdirilməzdən əvvəl müəllim şagirdlərin 
məlum biliklərinə əsasən, meyvə bağının ümümi görünüşü, bağda 
yetişən meyvələr, onların adı, rəngi, forması, iyi, dadı, nə ilə və ne-
cə dərilməsi, yeşiklərə doldurulması, insanlara faydası haqqında 
xəbər alır. Sonra şagirdlərə ―Payızda meyvə toplanışı mövzusunda 
şəkil təqdim olunur. Müsahibə əsasında şəklin məzmunu açılır. Nə-
hayət, danışmaq təklif olunur. Bu prosesdə qüvvəli şagirdlərin bir 
neçəsinin monoloji nitqi (qurduğu hekayə) maqnitofon lentinə yazı-
lır, işin sonunda ən yaxşı hekayələrdən bir-ikisi kollektiv təhlil olu-
nur. Müzakirə prosesində şagirdlərə mümkün qədər şifahi nitqin tə-
ləbləri mənimsədilir, öz nitqlərinə tənqidi münasibət bəsləmək ba-
carığı aşılanır. Belə olduqda şagirdlərin monoloji nitq vərdişlərinin 
inkişaf etdirilməsi üzrə işlərin effekti artır. A.D.Alferov bu cəhəti 
xüsusi qeyd edərək yazmışdır ki, hər bir şifahi inşa bütün siniflə 
birlikdə təhlil edilməlidir. Belə olduqda inşa üzərində iş ümumi xa-
rakter alır və uşaqların hamısı birlikdə bir-birilə mübahisə edə-edə 
müəllimin rəhbərliyi altında fikri ifadə etmək üçün işin həqiqi pri-
yomlarını öyrənirlər. 
Şagirdlər müzakirə zamanı başqalarının nitqini dinləmək, ona 
tənqidi münasibət bəsləmək, onun zəif və nöqsanlı cəhətlərini tut-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   439   440   441   442   443   444   445   446   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə