Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə444/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   440   441   442   443   444   445   446   447   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
457 
maq, müsbət formadan nümunə götürmək üzrə bacarıq və vərdişlər 
qazanmalıdırlar. 
Şifahi hekayələr təhlil olunarkən şagirdlər onun məzmununa, fi-
kirlərin məntiqi ardıcıllığına, söz və ifadələrin yerində işlənməsinə, 
cümlələrin üslubi cəhətdən düzgün tərtibinə, danışığın ifadəliliyinə, 
ədəbi tələffüz qaydalarının gözlənilməsinə, danışanın davranışına 
diqqət yetirilməlidir. Oradakı nöqsan və nailiyyətlər şərh olunmalı-
dır. Şifahi ifadə vasitələri, hər şeydən əvvəl, rabitəli nitq vərdişləri-
nin inkişafı sisteminə uyğun olmalıdır. 
Şagirdlər bu işə alışdıqdan sonra onların şifahi nitqin ayrı-ayrı 
kompozisiya formaları ilə əlaqədar ifadə vasitələrindən necə istifa-
də edə biləcəkləri üzrə təhlil aparılmalıdır. Təhlil prosesində bəzi 
suallara cavablar axtarılmalıdır. Nağıletmənin tonu mətnin məzmu-
nuna uyğun gəlirmi? Jestlər başlıca fikri dinləyiçiyə çatdırmağa kö-
mək göstərirmi? Nağıletmənin sürəti, onun müəyyən yerlərdə azal-
dılıb çoxaldılması özünü doğruldurmu? Bəzi şagirdlər öz fərdi xü-
susiyyətlərinə müvafiq utancaqlıqdan əl çəkə bilərlərmi? Şagirdlər 
danışana reaksiya verirlərmi? Fikirlərini yenidən qura bilirlərmi? 
Hansı hissləri keçirirlər? və s. 
Şagirdlərə danışarkən düz dayanmaq, məzmuna uyğun mimika, 
jest seçmək, artıq hərəkətlərə yol verməmək və s. kimi şifahi nitqin 
mühüm şərtləri çatdırılmalıdır. 
Uşaqlarda başqalarının nitqini dinləmək bacarığının aşılanması-
na da diqqət yetirilməlidir. Bu məqsədlə onlara əvvəlcədən bəzi 
tapşırıqlar verilməlidir. Adətən, şagirdlər tapşırıqların hamısını 
yadlarında saxlayaraq, müşahidə aparmağı bacarmırlar. Ona görə 
də sinifdəki şagirdləri bir neçə qrupa ayırıb, birinciyə göy, hava və 
günəş, ikinciyə ağaclar, yarpaqlar, otlar və çiçəklər, üçüncüyə hey-
vanlar, quşlar və həşəratlar, dördüncüyə insanların əməyinə danışa-
nın şəxsi münasibət bildirməsi, onun davranışı, beşinciyə müxtəlif 
ifadə vasitələrindən necə istifadə etmələri üzrə tapşırıqlar vermək 
olar. Şagirdlər hekayəni axıra qədər dinləyərək tapşırıqlar əsasında 
cavablar hazırlayırlar. Hər kəs yoldaşının qurduğu hekayəyə öz 
münasibətini, nöqteyi-nəzərini bildirməyə can atır. Beləliklə, sinif-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə