Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə447/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   443   444   445   446   447   448   449   450   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
460 
Apardığımız tədqiqat göstərir ki, bu işin əsasən, şəkillər üzərində 
aparılması daha məqsədə müvafiqdir. Bu məqsədlə müşahidə apar-
dığımız bir kənd məktəbinin iki IV sinfində ―Meyvə bağı‖ mövzu-
sunda süjetli şəkil üzrə şifahi inşa qurduruldu. Onlar qurduqları ən 
yaxşı inşalardan ikisi müzakirə üçün maqnitofon lentinə yazıldı. 
Hekayələrin sinifdə yenidən səsləndiriləcəyi, onu diqqətlə dinləmə-
ləri, orada hansı hekayələrin zəif və müvəffəq olması, nə kimi nöq-
sanlara yol verilməsi, hekayələrdə nələrdən danışılması, hekayələ-
rin ifadəli nağıl olunmasına diqqət yetirmək çatdırıldı. Şagirdlər he-
kayəni dinləyə-dinləyə şəkli bir daha nəzərdən keçirdilər. Hekayə-
də nələrə toxunulduğu, nələrin buraxıldığı, danışanın səsinin gücü, 
təsiri, məzmuna uyğunluğu bir daha müşahidə edildi. Nəhayət, şə-
kil və hekayənin məzmunu ilə əlaqədar şagirdlərdən ―Şəkildə bağ 
necə təsvir olunmuşdur?‖, ―Bəs hekayədə?‖, ―Ağaclar, otlar, çiçək-
lər şəkildə necə verilmişdir?‖, ―Bəs hekayədə necə verilmişdir?‖, 
―Bağda adamlar hansı işlərlə məşğuldurlar?‖, ―Hekayədə adamların 
əməyi, gördüyü işlər haqqında nə deyilir?‖, ―Şəklin məzmununu 
danışarkən nələr unudulmuşdur?‖, ―Uşaqların səsi, danışığı, sürəti 
hekayəyə uyğun gəlirmir?‖ və s. kimi suallara cavablar alındı. Son-
ra qüvvətli şagirdlərdən birinə şəklin məzmunu yenidən danışdırıl-
dı. Beləliklə, şifahi inşaların kollektiv müzakirəsi monoloji, şifahi 
nitqin inkişafına güclü təsir göstərir, onun şüurlu, düşünülmüş şə-
kildə aparılmasına istiqamət verir, uşaqların məsuliyyətini, özünə 
nəzarət bacarığını artırır, məzmunun mənimsənilməsini sürətləndi-
rir. 


Ağarəhim Əsərlər 
461 
Elmi-pedaqoji və bədii əsərlərinin 
S İ Y A H I S I 
 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   443   444   445   446   447   448   449   450   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə