|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
439
məzmununu dərhal mənimsəyə bilmirlər. Mənimsədiklərini də
ümumi sözlərlə ifadə etmək istəmirlər. Başqa sözlə, məzmunu öz
formasında verməyə çalışırlar. Ona görə də nağıletmədə ilk çətinlik
bununla bağlıdır. İkincisi, hekayəni bütövlükdə müəyyənləşdirər-
kən punktlar, detallar təfsilatı ilə sadalanır. Nağıletmə prosesində
şagirdlər onların hamısını yaddaşında bərpa edə bilmirlər. Üçüncü-
sü, I-II sinif şagirdləri elmi-kütləvi materiallara o qədər də maraq
göstərmirlər. Dördüncüsü, bədii hekayələrdə personajların hərəkəti,
onların replikaları təsvir olunan hadisənin asanlıqla şagirdlərin tə-
xəyyülündə canlandırılmasına kömək edir. Bu obyektiv səbəblərə
görə elmi-kütləvi materialların məzmununun şüurlu mənimsənil-
məsi və monoloji şəkildə ifadəsi bir qədər ləng gedir. III-IV sinif-
lərdə isə bu hal o qədər də diqqəti cəlb etmir.
Nağıletmə bir növ yaradıcılıqdır. Bu prosesde şifahi nitqin xari-
ci ifadə vasitələrindən bacarıqla istifadə olunmalıdır. Şagirdlər mə-
nimsədikləri bəzi detalları, hissləri sözlə verə bilmədikdə, onları sə-
sinin qalxıb enməsi, temp ve tembri, mimik və jestikulyastik hərə-
kətlərinin və s. köməyi ilə dinləyiciyə çatdırmağı bacarmalıdırlar.
Bunun üçün şagirdlərin məzmunu şüurlu şəkildə mənimsəməsi,
dərk etməsi zəruridir. Ümumiyyətlə, nağıletmə prosesində şifahi
nitqin canlı ifadə vasitələri məzmunun dəqiq və hərtərəfli ifadəsinə,
bədii şəkildə təzahürünə xidmət etməlidir.
I-IV siniflərdə şagirdlərin şifahi monoloji nitqinin inkişafı üçün
nağıletmənin müxtəlif növlərindən istifadə olunmalıdır. İş forması-
nın tez-tez dəyişməsi, bir iş formasından digərinə keçilməsi bir tə-
rəfdən dərsdə yeknəsəkliyin, formalizmin aradan qaldırılmasına kö-
mək göstərir, digər tərəfdən şagirdlərdə işə yeni həvəs və ehtiras
yaradır. Təcrübə göstərir ki, materialın məzmununun olduğu kimi,
kitab dili ilə nağıl olunması prosesində şagirdlər düşünməyə, araş-
dırmalar aparmağa o qədər təhrik olunmasalar da, bu zaman yazıçı-
nın dili, üslubu, hadisələrə yanaşma tərzi, manevr imkanları onların
nağılı üçün bir dayağa çevrilir. Onlar məzmunu yadda saxlayıb, he-
kayəni təfsilatı ilə nağıl edirlər. Ona görə də qabaqcıl müəllimlər
eynilə nağıletmə üçün şagirdlərə bir qədər yaxın, obrazlı ifadələrlə
|
|
|