|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
440
nisbətən zəngin, sadə dildə yazılmış mənbələri təqdim edirlər. Mə-
sələn, II sinif şagirdlərinə ―Novruzgülü — yaz gülü‖ mətni mənim-
sədildikdən sonra onlardan məzmunu eynilə, orijinaldakı kimi nağıl
etmək tələb olunur. Nağıletmə prosesində şagirdlərdən bir qrupu
məzmunu olduğu kimi verir. Onların hər biri yaşıl çəməndə novruz
gülünün, bənövşənin, nərgizin, çobanyastığının, lalənin, qaymaqçi-
çəyinin, incigülünün və ağacların söhbətlərini, hərəkətini, onlar ara-
sındakı məntiqi ardıcıllığı, bir-birinə münasibətini (sevinc, kədər,
təəssüf hisslərini və s.) həvəslə verirlər. Nitqlərində emosional-
ekspressiv rəngə malik olan ifadələr işlədirlər. İfadələr şagirdlərin
lüğət ehtiyatını zənginləşdirməklə, məzmunun dəqiq və obrazlı tə-
zahürünə kömək etmişdir. Yazıçının hissi, duyğusu, fantaziyası,
dili şagirdlərin mənəvi aləminə təsir göstərmişdir.
III-IV siniflərdə məzmunun eynilə nağıl olunması işinə verilən
tələblər bir qədər də artırılmalıdır. Şagirdlər orijinaldakı kimi nağıl-
etmədən uzaqlaşdıqda müəllim suallar verməli, onların diqqətini
obrazlara, onların hərəkətinə və yazıçının dilinə, təsvir vasitələrin-
dən necə istifadə etməsinə, başqa sözlə, nitq konstruksiyalarına yö-
nəltməlidir. Tutaq ki, III sinifdə şagirdlər ―Ananın səsi hekayəsinin
məzmununu eynilə danışmalıdırlar. Şagirdlər isə məzmunu öz söz-
ləri ilə, bəzi məsələləri ixtisar etməklə, yaxud özündən kiçik əlavə-
lər verməklə nağıl edirlər. Şagirdlərdən biri deyir: — Böyük Ağvan
hökmdarı qocalmışdı. Düşmənlər hökmdarın xəstəliyini eşidib
Azərbaycanı ələ keçirməyə başladılar. Onlar Araz çayını keçib Kür
sahilini, Bərdəni tutdular. Müəllim nağılı saxlayır və həmin şagirdə
sual verir: ―Düşmən nə çəkmişdi? Hansı Azərbaycanı tutmaq istə-
yirdi? Azərbaycanı niyə ələ keçirməyə çalışırdı? O hansı Kürün sa-
hilini tutmuşdu? Bərdənin nəyi düşmənin ayaqları altında tapdala-
nırdı?
O, birinci suala ―qılınc çəkmişdi‖, ikinciyə ―gözəl Azərbayca-
nı‖, üçüncüyə ―öz pəncəsinə‖, dördüncüyə ―düzlərə bərəkət, ellərə
səadət gətirən Kür‖, beşinciyə isə ―barlı-bəhərli bağları‖ kimi ca-
vab verir. Göründüyü kimi, suallar məzmunu zənginləşdirən və göz
önündə təbiətin gözəl mənzərəsini canlandıran ifadələri işlətməyə
|
|
|