Akademik Yazi Üzr? B?l?dçi


Arqumentləri uyğun ardıcıllıqla düzün



Yüklə 261,41 Kb.
səhifə11/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
Akademik yaz cvbli

19. Arqumentləri uyğun ardıcıllıqla düzün


Arqumentləri oxucunun diqqətini ən çox cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirin. Bu, o deməkdir ki, bütün elmi yazı işinizdə müəyyən bir məntiqi sıralanma saxlanmış olur və bu sıralanma kifayət qədər əsaslı olmalıdır. Başqa sözlə desək, siz yazınızda arqumentlərinizin ardıcıllığını müəyyənləşdirən prinsipi dəyişə bilməzsiniz. Buna baxmayaraq, eyni elmi yazı işiniz daxilində siz, yarımarqumentlərin müxtəlif toplusundan qurduğunuz ardıcıllıqda dəyişiklik edə bilərsiniz. Təcrübədə bu, o deməkdir ki, əgər siz müəyyən müəlliflərin timsalında Azərbaycançılığın nə olduğu barədə kitab yazmaq istəyirsinizsə, siz hər bir müəllifə bir fəsil həsr edə bilərsiniz. Hər bir fəsildə siz həmin fəslin daxilində dəyişməyən məntiqi struktur yaratmış olacaqsınız; bununla belə, siz müxtəlif fəsillər üçün müxtəlif struktur da seçə bilərsiniz. Məs., M. Ə. Rəsulzadə barədə olan fəsil o dövrdəki hadisələrin inkişaf ardıcıllığını göstərərək xronoloji ola bilər. l


N. Gəncəvi barədə olan fəsil isə onun əsərlərinin digər on Azərbaycanlı müəllifə göstərdiyi mühüm təsiri müzakirə edə bilər.

Qeyd etdiyimiz bu məqam ideyaları qurmağın müxtəlif növlərinə baxdıqda daha aydın olacaq. Minto (Gutbrod, H. 2005) sıralamanın 4 mümkün növünü müəyyənləşdirir:





  1. Xronoloji - addımların ardıcıllığı təsvir etdiyiniz prosesə uyğun olmalıdır.




  1. Struktural - təşkilatın ayrı-ayrı hissələri, insanlar və yaxud məkanlar ilə əlaqədardır. Məsələn, hüquqi, mühasibatlıq, marketinq; Bakı, Gəncə, Şuşa.




  1. Müqayisəli - arqumentlərin meyarlara uyğunluğuna əsasən ardıcıllığı. Siz onları adətən əhəmiyyəti/uyğunluğuna görə yerləşdirirsiniz. Bir qayda olaraq, siz əvvəldə daha vacib səbəbləri sadalayırsınız, çünki əks halda, oxucu sizin ideyalarınızı qəbul etməməyə alışa və sizin son arqumentlərinizi ciddi qəbul etməyə bilər.




  1. Deduktiv - sadə şəkildə desək, bu sillogizmdir. Birinci əsas doğru olan fikri irəli sürürsünüz, daha sonra isə eyni məsələyə və yaxud fəaliyyətə aid olan daha kiçik fikri təqdim edirsiniz və sonra hər ikisini birləşdirirsiniz. Məs., 1. Bu resurs sizə akademik yazını öyrədir. 2. Siz peşəkar şəkildə akademik yazmağı öyrənmək istəyirsiniz. 3. Ona görə də siz bu resursu oxumalısınız.



5.Bütövlük5


Yaxşı paraqrafın vacib atributu bütövlükdür. Bütövlük o deməkdir ki, paraqraf əvvəldən sonadək bir və yalnız bir ideyanı müzakirə edir. Məsələn, əgər sizin


yazdığınız paraqraf orta ölçülü bir maşına sahiblənməyin üstünlükləri ilə bağlıdırsa, müzakirəni yalnız o üzrə aparın. Çatışmazlıqlardan danışmayın. Həmçinin, hər paraqrafda yalnız bir üstünlükdən danışın, məsələn, benzinə qənaətdən. Əgər siz bir başqa üstünlükdən söhbət açsanız, yeni paraqrafa keçin. Bəzən bir paraqrafda eyni ideyanın bir neçə aspektini (bir şərtlə ki, onlar bir-birilə əlaqələndirilmiş olsun) müzakirə etmək olur. Misal üçün, eyni bir paraqrafda siz benzinə qənaətdən və az miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu fikirlər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza qənaətlə daha asan maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər deyillər.

Bütövlüyün ikinci əlaməti hər bir yardımçı cümlənin əsas ideyanı izah etməli olmasındadır. Məsələn, ABŞ-da reseptli dərmanların yüksək xərcləri barədə danışdıqda, siz alternativ olaraq, o dərmanları ABŞ-dan kənar apteklərdən almağı qeyd edə bilərsiniz. Lakin əgər siz ABŞ-dan kənarda dərman almaq barədə bir neçə cümlə yazırsınızsa, siz mövzudan yayınırsınız və sizin paraqrafınızda bütövlük alınmayacaq.





Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə