Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 261,41 Kb.
səhifə10/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   46
Akademik yaz cvbli

18. Arqument nədir yazıda necə qoyulmalıdır?

Bir çox akademik yazılarda düzgün əsaslandırılmış arqumentin (ana fikir, mövqe və ya tezis) olması əsas şərtdir. Arqument onu yazanın mövzuya dair fikri və ya mülahizəsidir. Oxucunu həmin mövqeyə və ya fikrə inandırmaq üçün arqument məntiqi, yaxşı qurulmuş və inandırıcı olmalıdır.


Qayda





    • Yazdığınız mövzunun fokusunu dəqiqləşdirin.

    • Mövzu əsasında sualınızı formalaşdırın.

    • Düzgün qoyulmuş sual və ona cavab bilavasitə olaraq, arqumentinizin əsasını təşkil etməlidir.

    • Arqumentinizi formalaşdırmazdan əvvəl mövcud ədəbiyyatları nəzərdən keçirin. Mövzu ilə yaxından tanış olun və tədqiqat aparın.

    • Öz mövqeyinizlə yanaşı digər insanların bu mövzuda mövqelərini də təhlil edin. Sizin mövqeyinizlə digərlərininki arasında uyğunsuzluq, ziddiyət olsa belə, onu nəzərdən keçirin.

    • Fərqli və ziddiyətli mövqeləri göstərərkən onların güclü və zəif tərəflərini də qeyd edin.

    • Öz mövqeyinizi/mülahizənizi isə bir və ya iki əlaqəli cümlə ilə ifadə edin. Burada mütləq aydin və səlist olun. Bu, sizin arqumentiniz və ya tezisiniz olacaqdır.



Yadda saxlayın





    • Arqument aydın olmalıdır. Əgər mövqeyinizin doğru olub olmaması barədə şübhəniz varsa, sizin yazınızın əhəmiyyəti az olacaqdır.




    • Əmin olun ki, sizin arqumentiniz yazdığınız mövzu və qoyulan sual ilə bilavasitə əlaqəli olmalıdır.

    • Arqumentinizi abzaslarda aydın və ətraflı əsaslandırın.

Arqumentinizin hissələrini ardıcıllıqla qurun. Mürəkkəb arqumentə müxtəlif səviyyələrdə bir neçə fərqli ideyalar daxil ola bilər. Bu ideyaları onların bağlılığını


4Arqumentlər bölməsi Gutbrod, H. (2005).Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari-dən götürülmüşdür.
üzə çıxaracaq bir ardıcıllıqda qurmalısınız ki, oxucuya anlaşıqlı və maraqlı görünsün. Məsələn, siz kitabları rəfə qoyarkən onları müəyyən meyarlara və yarım meyarlara (əlifba sırası, mövzu, ölçü və hətta rənginə) görə çeşidlərə ayırırsınız. Bu meyarlardan istifadədə ardıcıllıq gözlənilməlidir. Əks halda, sizin yaratdığınız sıralama başqalarına çaşdırıcı görünə bilər.

Eyni məsələni ideyalara da aid etmək olar. Əsas ideyanızı – tezisinizi müəyyənləşdirməyə vaxt ayırın. Sizin tezisiniz ideyalar–arqumentlər ilə əsaslandırılmalıdır. Bu arqumentlər də öz növbəsində yarımarqumentlərlə əsaslandırılmalıdır. Biz indi hörümçək toruna bənzəyən struktura nəzər salacağıq. Biz bu strukturu arqumentativ (arqumentlərə əsaslanan) dairə adlandıra bilərik. Mərkəzdə sizin tezisinizdir. Növbəti səviyyədə (ikinci dairədə) sizin arqumentlərinizdir. Bundan sonra sizin yarımarqumentləriniz gəlir və əgər deyəcəkləriniz çox təfsilatlı olarsa, o zaman dəstəkləyici fikirlər əlavə etməlisiniz.


Fiqur. Gutbrod, H. (2005). Handbook for Professional Communication.





  • Bu arqumentativ dairə ilə siz hətta çətin informasiyanı belə oxucularınıza və özünüzə anlaşılan etmək üçün ardıcıllıqla düzə bilərsiniz. Dairənin bütün səviyyələrlə uzlaşdığına əmin olun. Tezis bütün əsas arqumentlərin yekunu olmalıdır və bu struktur ierarxik olaraq işləyir: arqumentlər birbaşa yarımarqumentlər ilə dəstəklənməlidir. Mərkəzi fikir öncə, ikinci dərəcəli fikirlər isə sonra qeyd edilməlidir. Məntiqi ardıcıllığa riayət edin. Yarımarqumentlər də sizin dəstəkləyici fikirlərinizdən ibarət olmalıdır.




  • Bu, o deməkdir ki, müvafiq struktur həm də riyazi bərabərlik kimi təqdim oluna bilər: burada A hərfi “arqument” deməkdir.

Tezis=A1+A2+A3


A1 = A1-in yarımarqumenti 1 + A1-in yarımarqumenti 2 + A1-in


yarımarqumenti 3 və s.



  • Riyazi ifadə onu göstərir ki, tezisdə öz əksini tapmayan yarımarqument səviyyəsində heç nə olmamalıdır, çünki tezis bütün yarımarqumentlərin yekunudur. Bu struktur güclü və tam məntiqidir.



Tezis





Mövzu


Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmləri



Suallar

-Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?



  • Bu istiqamətdə hansı mexanizimlər mövcuddur və onların təsiri nə dərəcədə effektivdir?

  • Niyə görə ərzaq təhlükəsizliyi vacib elementdir?

Arqument




  • Burada siz oxucunu bunun (ərzaq təhlükəsizliyi və onu təmin etmə mexanizimlərinin) vacib bir mövzu olmasına inandırmalısınız.

  • Eyni zamanda siz mövzuya dair (həmin mexanizmlərin insanların həyat səviyyəsinə təsirinin müsbət və ya mənfi olması, effektivliyi dərəcəsi və s.) mövqeyinizi

əsaslandırmalısınız.

Tezis

- Azərbaycanda ərzaq təhlükəsizliyi ... (burada qanunvericiliyin və ya mexanizmin adı göstərilə bilər) vasitəsilə təmin edilir, lakin... (məs: ...kimi boşluqların mövcudluğu həmin mexanizmlərin effektiv reallaşdırılmasına mənfi təsir göstərir).



3-5 əsas arqumentin seçilməsi

Arqumentləri struktura salarkən ideal variant budur ki, 3-5 əsas arqument seçəsiniz. Bütün digər ideyalar əsas arqumentlərdən yarımarqument səviyyəsində asılı olmalıdır. Unutmayın ki, siz oxucularınız üçün yazırsınız, onlarınsa vaxtı məhduddur. Əgər siz 3-5 əsas güclü arqument müəyyənləşdirsəniz, onları inandıra biləcəksiniz. Yox əgər siz auditoriyanızı bu arqumentlərlə inandıra bilməmisinizsə, böyük ehtimal ki, əlavə arqumentlər də uğursuz olacaq. Üstəlik, əgər yazı işinizdə aqlınıza gələcək bütün arqumentləri sadalayırsınızsa, o, ele uzun olacaq ki, heç kəs onu oxumayacaq. Ona görə də siz seçimlər etməlisiniz. Oxucularınızdan gözlədiyiniz reaksiyalar yaradacaq arqumentləri seçin.



Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə