Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 261,41 Kb.
səhifə9/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
Akademik yaz cvbli

Giriş nümunəsi




Hər bir yeniyetmə sürücü sükan arxasında oturmaq fikrindən xoş həyəcan keçirir. Lakin müəyyən məqamda bu xoş həyəcan ifrata vara bilər və adətən beləcə, pis vərdişlər yaranır. Bu pis vərdişlərin əksəriyyətinin təhlükəsizlik üzərində təsiri azdır. Bir neçəsi, məsələn, maşını sərxoş idarə etmə sürət artırmaq təhlükəlidir. İnsanları bunlardan uzaqlaşdırmaq üçün çox vaxt əmək sərf olunur. Lakin bir çox kampaniyalar uğurlu olmur, çünki onlara əhəmiyyət verilmir. Bununla belə, sürət artıran sürücülərlə bağlı keçirilən kampaniyada belə olmayib. Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər.

Girişi necə yazmalı: Qıf


Giriş yazarkən, yuxarıda təsvir etdiyimiz qıfı təsəvvürünüzə gətirin.Əvvəlcə, geniş, ümumi fikirlərdən başlayın və getdikcə, hər növbəti cümlə ilə fikirlərinizi daha da konkretləşdirin.Girişdəki son cümlə sizin tezis cümləniz olacaq.Tezis cümləniz girişinizin ən konkret və fokuslanmış cümləsi olacaq.


Fiqur. Bordeleau, M. (2005). Qıf.






Yaponiyanın 1941-ci il dekabrın 7-də Pörl Harberə hücumundan sonra ABŞ ikinci dünya müharibəsinə qoşuldu.


Qeyd.Zaman müddətini müəyyənləşdirmək və oxucularınıza elmi yazı işiniz üzrə məlumat vermək üçün həmin zaman müddəti barədə bir neçə
kiçik faktlar verməyə başlayın.


Bu müharibə müddətində ABŞ iqtisadiyyatı ölkənin aviasiya, hərbi ehtiyatlar və digər müharibə sursatlarına olan ehtiyaclarını istehsal etməklə Böyük Depressiyadan qurtula bildi.




Əmək qabiliyyətli kişilər müharibəyə getməyə məcbur olduqlarından, işçi qüvvəsinin əsas hissəsini qadınlar təşkil edirdi. Müharibə bitdikdə və kişilər evə qayıtdıqdan sonra qadınların sevinərək əvvəlki ev - məişət həyatlarına qayıdacaqları gözlənilirdi. 10 ildən çox evdar qadın rolunu oynamayan əksər qadınlar artıq özlərini bədbəxt hiss etməyə və narahat olmağa başladılar.


Qeyd. Fokusunuzu daraltmaq üçün 2-4 cümlə verin.

Tezis: 1960-cı illərdə başlayan qadınlar hərəkatı II Dünya Müharibəsi sonrası dönəminin ağ dərili, orta təbəqədən olan evdar qadınların hiss etdikləri narazılıq və xəyal qırıqlığının birbaşa nəticəsi idi.


Arqumentlər4





Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə