Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 261,41 Kb.
səhifə8/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
Akademik yaz cvbli

Giriş və tezis cümlələri





    • Giriş -yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır.




    • Bitkin bir giriş üçün, siz özünüzə “Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə bilərsiniz.




    • Mövzu üzrə mövcud ədəbiyyat barədə düşünmək və sizin yazı töhfənizin başqalarının yazıları ilə nə şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz.




    • Girişdə oxucunuza yazınızda gedəcəyiniz yolu deməyiniz önəmlidir, bu səbəbdən də yazınızda nədən danışacağnız barədə qısa xatırlatma edin.




    • Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz).



Tezis cümləsi yazmağın əsas yolları


Tezis cümləsi yazarkən “bu yazı işi…-dən bəhs edəcək”, “bu yazı işi…-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz.





    • Cümlələrinizin konket olduğuna əmin olun.




    • Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun.




    • Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur.

    • Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə bilər.







    • Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab üçün ortaya izahat və məntiqli səbəb qoyur.

Nümunə


Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi?


Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər.





Yüklə 261,41 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə