Akademik Yazi Üzr? B?l?dçi


Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır



Yüklə 261,41 Kb.
səhifə3/46
tarix11.12.2023
ölçüsü261,41 Kb.
#146184
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   46
Akademik yaz cvbli

Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.





  1. Bu qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.

  2. Akademik yazıda punktuasiya, qrammatika və orfoqrafiyanın ənənəvi qaydalarına əməl edilir.

  3. Nəhayət, akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.

Yadda saxlayın...





  • Yazı işləri sizin mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur.

  • Bu işlər sizə hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır.

  • Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.

  • Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.



Lakin ...





  • Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.




  • Onlar düşünmə və planlaşdırma tələb edir.







  • Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.




  • Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.

Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.



  1. Yüklə 261,41 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə