Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə55/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

Ancaq mənə elə gəlir ki, sizi məscid maraqlandırmadığı kimi, məktəb də
maraqlandırmır. Yəni türk uşaqlarının oxuyub-oxumaması qətiyyən düşündürmür
sizi. Sizi narahat edən bu dağlarda yaşayan adamların imanına, dininə, adət-
ənənəsinə, öz qədim həyat tərzinə bağlı olmasıdır. Şəhərdən gələnlər tez-tez burda
adamların neçə il yaşadıqlarını soruşurlar, sanki başqa dərdləri yoxdur. Bəli,
burda kişilər uzun yaşayırlar. Çünki yedikləri, içdikləri halal və təmizdir. Hətta
düşüncələri də halaldır. Ruhanilik də bəhanədir. Siz bu torpağın gücünü bilirsiniz.
Bizi sürgün eləmək istəyirsiniz, edin. Amma nəzərə almırsınız ki, biz getsək,
xeyir-bərəkət də bizimlə gedəcək.
Mübahisə qurtardığı yerdə mənim gözlənilmədən belə kük​rəyib ürəyimi
boşaltmağım, açıq danışmağım, yaxud da qonağın gizli saxladığı bəzi məsələləri
açıb-tökməyim onu düşüncəyə qərq eləmişdi.
Qonaq:
– Qulaq as, axund! Səsin özünə xoş gəlməsin. Başqa heç bir sənəd-sübut lazım
deyil, elə mənnən danışdıqlarına görə səni həbs etdirərəm və bir daha nə bu
kəndin, nə o antisovet təbliğat yuvası məscidin üzünü görərdin. Amma sənə
toxunmuram. Demisən deməmiş olasan. Bağışlayıram səni! Ona görə yox ki, sənə
hörmət edirəm, ya da bir fincan çayını içmişəm. Ona görə ki, bu gün sənə təşəkkür
eləməyə gəlmişdim. Ötən qış mənim bu sərhəddən qayıdan bir işçimi ölümdən
qurtarmışdın. İndiyədək fürsət düşməmişdi.
Məni maraq bürüdü:
– Əsgərlərə, milisə, qonaqlara kömək etmək borcumuzdur. Bunu “sağ ol” üçün,
“təşəkkür” üçün elə​mirik. Onlar da bir ailə​nin, bir ata-ananın övladlarıdır. Gənc,
nabələd...
Qonaq:
– Kömək ayrı şeydir. Sən mənim milisimi ölümdən qurtarmısan. Yolu azıbmış. Sən
olmasan, donub qalacaqmış qarın içində...
– Yadımdadır. Zastavaya gedərkən tufana düşüb yolu azmışdı. Düşmüşdü şəpəyə.
Qonaq:
– Şəpə nədir?
– Küləyin sovurub yığdığı qar qalağı yolları tutur. Bəzi yerlərdə qalınlığı üç-dörd
metrə çatır. Nabələd adam düşsə, çıxa bilməz. İşçin niyə o çovğunda yola
çıxıbmış, bilmədim. Mən də qonşu kənddən gəlirdim. Güclü atım vardı, məni
yolda qoymazdı. Təsadüfən rastlaşmasaq, əsgər orda məhv olub gedəcəkdi.
Qonaq ayağa qalxıb:
– Bu əhvalatı hamı bilir. Buna görə sənə borcum vardı, onu verirəm, bundan sonra
məndən mərhəmət gözləmə. Xəbərin olsun ki, iki-üç günə sizi burdan köçürəcəyik.


Mən yerimdə donub qaldım:
– Hara köçürəcəksiniz?
– Onu deyə bilmərəm.
Qapıdan çıxanda Qəza sovet sədrinin həyətdə gəzişərək onu gözlədiyini gördüm.
Söhbətimizə mane olmaq istəməyibmiş.
Ertəsi gün sərhədçilər əllərində bel, külüng kəndə doluşanda dünənki qonaq da
ətrafında bir neçə nəfər gəlib qoşuldu onlara. Bunu görəndə atımı arxa yolla qonşu
kəndə sürdüm. İslam aləminin qədim məscidlərindən birinin necə dağıldığını
görsəm, gözüm kor olar, ürəyim dayanardı.
Axşam qayıdanda iki yas qarışmışdı bir-birinə. Dağılmış məscid də göz dağı kimi
ortadaydı. Elə bil kəndin papağını götürüb, başını yerə soxmuşdular. Yüz illər
boyu bu kəndin ürəyinə insaf, mərhəmət dolduran azan susmuşdu.
Divarlara külüng vuran əsgərlərə yalvaran, diz çöküb ayaqlarına düşən, əllərindən
tutub işləmələrinə mane olmaq istəyən molla Ələmdar axırda yorulub elə
uçuqların arasındaca yerə çökmüşdü. Ancaq əsgərlər gedəndən sonra yaxınlaşanda
görüblər ki, məscidlə birgə onun da ömrü bitib.
Bir neçə gündən sonra köçürülmə başladı. Yəqin sabah-birigün növbə bizə
çatacaq.
Bir gün bu şərin axırı çatanda kənd geri qayıdar və o məscid yenidən bərpa
olunar. Biz görməsək də, övladlarımız görər. Çünki insan oğlu allahsız yaşaya
bilməz. İnsan varsa, onun Allahı da var, Allaha doğru aparan yolu da, dini də...
Çünki hər şeyin kökü və əsası Allahdır. Həyat da, düşüncə də ondan başlanır.
Ruhumuz, əxlaqımız, vicdanımız, yaşamaq və yaratmaq həvəsimiz varsa, hamısı
Allahdandır. O bütün zamanların və bütün mövcudatın, canlı və cansız aləmlərin
hakimidir.
Onu inkar etmək dünyanın nizamını pozar və kainatı bir şüursuzluq zülmətinə qərq
edər. Ateist adlanan şeytanların da istəyi budur. Çünki şüursuzları idarə etmək
asandır.
Yalnız əxlaqsız və köksüz dövlətlərdə din inkar edilir, Allaha şübhə toxumu
səpilir. İnsanı düz​günlüyə və halallığa səsləyən Allah sevgisi, axirət inamı
cəmiyyətə güc və vuruşmaq qabiliyyəti verir.
Cinayətkarlara, zülmkarlara, hakimiyyəti zəbt etmiş şeytan ailələrinə bu sərf
eləmir.
Allahsızlığın təbliği onlara inkişaf üçün yox, öz cinayətlərinə don geyindirmək
üçün lazımdır.
Dünyada ən böyük həqiqət də, ən böyük reallıq da Allahdır. O bizim içimizdə və
çölümüzdə, gözlə görünən və görünməyən hər şeydədir. Ürəyimizin ən dərin


qatlarında bir maya kimi, toxum kimi yaşayan da, fəzanın ən uzaq nöqtələrindən
gələn işıq şüası da odur. Biz ondan gəlib ona qayıdırıq. Bütün yollar Allahındır.
İstər sürgün yolu olsun, istər zindan yolu. Biz Allaha məhəbbətimizi qoruduqca,
Allah da bizi qoruyacaq. Çünki bütün həqiqətlərin zirvəsi Allaha məhəbbətdir.
Bu yazılanlar həm də mənim vəsiyyətim olsun. Vəsiyyət son günə saxlanılmaz.
İnsan özündən sonrakılara ismarıcını ömrü boyu gördüyü işlərlə çatdırır. Ancaq
bədbəxtlikdən, bizə adam kimi yaşamaq imkanı vermədilər. O dünyamdan nigaran
deyiləm. Bu dünyamı imanla yaşadım. Birindən alacağım, birinə verəcəyim yox!
Nə qazandımsa, halallıqla qazandım, tək qayğım övladlarımdır. Balalarım, bizi
burdan hara atsalar da, imkan düşsə, qayıdın vətənə! Dünya dəyişilər, inşallah,
arzunuz gözünüzdə qalmaz. Harda ölsəm, məni orda dəfn edərsiniz. Gorbagor
olmaq istəmirəm.
Qohumlarımızın çoxu sərhədin o üzündə, İran tərəfdə qaldı. Elə orda da əzilən
bizik.
Dünyanın gedişatı adamı xoflandırır, ciyərim yanır... Özümdən yana yox,
balalarımız üçün qorxuram. Allah düşmənin evini yıxsın, bizim evimizi yıxdılar!
Torpaqlarımızda şeytan at oynadır. Gündə bir ad qoysalar da, mahiyyəti işğaldır.
Başqasının əlinə baxan millətin gələcəyi yoxdur. Düzlə əyrinin, xeyirlə şərin yeri
dəyişik düşüb, dünyanın nizamı pozulub. Param-parça olmağımız azmış kimi,
əlimiz-qolumuz bağlandı. Bundan sonra nə olacaq, Allah bilir...
Bizi yurdumuzdan niyə köçürürlər, nə günahın sahibiyik? Bu nə qəsddir?
Ocaqlarımızı niyə söndürürlər? Çətinliklə də olsa, yurd salıb yaşadığımız dağlar
niyə bunların gözünə girdi? Türkün kökünü kəsməkdən başqa arzuları yoxdur
bunların. Deyəsən, bizim yer-yurdumuzu öz qısır millətiynən doldurmaq istəyir
Stalin. Kitabımıza, yazılanlarımıza da ucdantutma din, geriqalmışlıq damğası
vurub məhv elədilər. Bizi dünyaya köksüz, cahil, yazıq bir millət kimi tanıtmaq
istəyirlər. Bunu yaddan çıxartmayın!
Bizə zülm edənləri heç vaxt bağışlamayın. Bunlar hökm sürdükcə, böyüklərimizin
ruhu sevinməz. Allah hamımıza rəhm eləsin!
Cismimizin və ya ruhumuzun bu dağlara qayıdacağı günə ümidim sonsuzdur.
Ancaq bundan ötrü gərək ara vermədən, əzmlə mü​barizə aparasınız. Hamımıza
şüur və güc verən böyük yaradana min-min alqış olsun. Amin!”
...Akademik Qurbanın səliqəylə yazdığı bu mətni göz​dən keçirəndən sonra
Murada, “Sənin ciddi bir tarixçi olmaqdan başqa yolun qalmır. Yoxsa babanın
ruhu səni bağışlamaz!” – dedi.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə