Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə58/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   54   55   56   57   58   59   60   61   ...   75

qardaş, tarixçi dost, gəl yaz bu ailənin birinin faciə və göz yaşı dastanını, görüm,
bu boyda İtki və Ayrılıq dramını yaza bilərsənmi?
Ziyad bəy aspirantını dinlədikcə seçimində yanılmadığına sevinirdi.
– Sən elmi işini yaz qurtar, müdafiə elə, sonra Qazaxıstandakı həyatınız haqqında
ayrıca bir kitab yazarsan.
Murad rəhbərinin nəyə işarə elədiyini bilirdi: yəni diqqətini yayındırma, əsas
işini gör qurtar.
Amma hər gün yeni səhifələri açılan qanlı cina​yətlərə kənar iş kimi baxa bilmirdi.
– Ustad, məndən asılı deyil və görünür, bu da taleyin işidir – Qazaxıstandakı
ailəmi burda Repressiya Qurbanları Birliyi əvəz edir. Orda ayrı bir mühit var və
təəssüf ki, ətrafımızda öz dinc həyatını yaşayanların çoxu bundan xəbərsizdir. Tək
Qazaxıstan deyil, orda Azərbaycandan Həştərxana, Selefkiyə, Komiyə, Maqadana,
Yamal yarımadasına, Qaraqandaya, Sibirə, hətta uzaq Çukot yarımadasına qədər
uzanan sürgün yollarının canlı şahidləri və ya acısını yaşayanlar var. Bu dövlətin
və millətimizin yaxşısını da, pisini də orda çox yaxşı görmək olur. O birlik 20-ci
yüzil türk düşmənçiliyinin mini güzgüsüdür. O adamları dinlədikdən sonra
ətrafımızda baş verənlərə ayrı gözlə baxmalı oluram.
Ziyad bəy acı təbəssümlə:
– Yaxşı, ayrı gözlə baxanda Bakı necə görünür? – dedi.
Murad:
– Mənim atamın, babamın söhbətlərindəki Bakı baş​qaydı. Gələndən burda mərd,
qorxmaz millətimi axtarıram. O hardadır?
Akademik ciddiləşdi:
– Yaxşı sualdır, ancaq sən cavabı bilirsən. O millət bir qayaydı. 1828-ci ildən üzü
bəri onu qəlpə-qəlpə qoparıb kiçiltdilər. Qalanların da bir hissəsi güllələndi, ya
da 20-30-cu illərdən başlayaraq sən gələn yerlərə getdilər. Cırlaşdıq! Onların
yetişib əvvəlkilərin yerini tutmasına vaxt lazımdır. Əgər imkan versələr! Çünki
dünyanın Stalinləri və Bağırovları ayrı adlar altında, ayrı geyimlərdə yaşamaqda
davam edirlər.
Bu söhbətlər Murad üçün həm də özünü təqdim imkanı idi:
Akademik, bağışlayın, məncə, bu yalnız Stalin və Bağırov məsələsi deyil. Bu
düşmənçiliyin kö​kü Səlib yürüşlərinə qədər uzanır, bəlkə ondan da qədimlərə.
Dinlərin yaranışından başlanan ziddiyyətlərə qədər. Yəqin ki, xristianlığı yaymaq
çağırışları da belə başlanmışdır. Bu gün Şərq iş, demokratiya və dinclik arzusu ilə
Qərbə köçür. O vaxt tərsinə idi. Qərb qazanc və öyrənmək üçün Şərqə üz
tutmuşdu.
Əslində bu, o qədər də yeni məsələ deyildi. Dünya tarixiylə məşğul olan hər kəs


bu Şərq-Qərb qarşıdurmasının kökünü və məqsədini çox yaxşı bilir. Sanki, yüz
illər keçməyib, dünya dəyişilməyib, sivilizasiyalar bir-birini əvəz eləməyib. Yenə
də Qərbin özündən başqalarını saymazlığı, Şərqin nifrəti davam etməkdədir.
Dəyişən yalnız qabıqdır. İçəridəki zəhər elə min ilin o başındakı zəhərdir.
“Mən özümlə gecə qaranlığına bənzər çox sayda əsgər gö​türərək Məkkəyə
gedərəm. Bu şəhəri alaram, orda insan oğulla​rı​nın ən yaxşısına (İsa Məsihə) bir
taxt ucaldaram. Sonra Yerusəlimə gedərəm. Bütün Şərqi və Qərbi zəbt edərəm və
hər yerə xristianlığı yayaram”. (Bizans imperatoru Nikifor Fokinin 963-cü ildə
Konstantinopol sirkində hərbi komandirlərə müraciətindən).
Kir İohan adlanan Bizans imperatoru 972-ci ildə öz dağıdıcı, qanlı müharibələri
nəticəsində 300 müsəlman şəhəri və qalasını tamamilə məhv edərək Bağdada
gəlib çatmışdı.
Min ilin o başında, 1095-ci ildə Fransanın Klermon şəhərində Papa II Urvan
müqəddəs torpağın kafirlərdən azad edilməsi çağırışı ilə xristian dövlətlərinə
müraciət etdi. Bu niyyətlə Klermon Şurası yaradıldı. Min ilin bu başında
Əfqanıstan, Fələstin, Misir, İraq və Suriyada islam fundamentalizminin kökünü
kəsmək məqsədi ilə Avropa ölkələri arasında sazişlər bağlanır, çağırışlar səslənir.
Öncə islama sayğısızlıq edərək onu qəzəbləndirir, terrora əl atmağa məcbur edir,
sonra öz yaratdığı terrorla mübarizə adına hücum edərək qədim mədəniyyət
ocaqlarını məhv edirlər.
Min ilin o başında yenə Fransadan keşiş Pyerlə Cəngavər Volter 20 min nəfərlik
ordu ilə Qüdsü müsəlmanlardan təmizləmək üçün Avropadan Asiyaya adlayır.
Lakin Anadolunun Qərb yaxasında, İznikdə Səlcuqlar tərəfindən darmadağın
edilir. Ardınca I Bremen 110 min döyüşçü ilə yürüş edir. Urfaya qədər irəliləyir
və bundan sonra ermənilərin satqınlığı və xəyanəti nəticəsində 1099-cu ildə
Qüdsü alır. Sonralar türk səddini aşa bilmədiklərinə görə bu yürüşlər daha çox
Aralıq dənizi ilə gəmilərlə davam etdirildi.
Böyüklərinin gücü çatmayanda Avropanın “günahsızlarını”, yəni uşaqları da
gəmilərə doldurub Qüdsə hücuma aparırlar. Fərsizlikdən doğrudan da günahsız
olan bu uşaqların bir hissəsini Aralıq də​nizində qərq etmiş, bir hissəsini də Misir
sultanına satmışdılar.
Min il sonra Aralıq dənizində hər gün Şərqdən Qərbə üz tutan müsəlman uşaqları
boğulur. Avropa yolları işğala yox, ziyarətə yox, bir tikə çörək dalınca gələn
müsəlmanlarla doludur.
Öz araşdırdığı dövrlərə dair olayların aspirantını bu qədər həyəcanlandırması və
elmi işə marağını artırması akademiki sevindirirdi.


SEVGİ GÖZLƏNİLMƏDƏN GƏLİR
Murad elmi rəhbərinin yanından duyğulanmış və yüklən​miş çıxsa da, həyətdəki
çinar xiyabanı beynini açdı, yüngülləşdi və asta-asta metroya tərəf addımlamağa
başladı.
Qarşıdan gələn qızı hardan tanıyır görəsən? Təbiətinə zidd olsa da, gözünü ondan
çəkə bilmirdi. Qız da gülümsədi. Bu təbəssümü unutmaq olar? Muzey bələdçisi
Səhər xanımın qızıydı.
– Salam.
– Salam, necəsiniz? Məni tanıdınız?
Qız təbəssümlə:
– Tanıdım, muzeydə rastlaşmışdıq, – dedi.
– Siz də Akademiyada işləyirsiniz?
Qız güldü:
– Məni elə böyütməyin! Hələ tələbəyəm. Univer​sitetdə oxuyuram...
– Elə bilmişdim muzeydə işləyirsiniz...
– Anam orda işləyir. Siz gələndə təsadüfən ordaydım. Bəs siz nə iş görürsünüz?
– Minimumları verməyə hazırlaşıram. Kitabxanadan çıxmıram.
– Bu binada? – qız soruşdu.
– Hə, burda.
– Akademiyanın ətrafı çox gözəldir. Dərsdən sonra rəfiqə​lərimlə bu bağda
gəzişməyi xoşlayırıq. Amma sizi burda ilk dəfə görürəm.
Murad cəsarətləndi:
– Bundan sonra mən də çıxacağam gəzməyə....
Qızın gülüşü çağladı:
– Elə demək istəmirdim. Deyirəm yəni, görünür, binadan bayıra çıxmırsınız.
– Bundan sonra çıxaram! Adını bilmədiyim bir qızı da göz​ləyərəm.
Qız onun işarəsini sakit qəbul etdi:
– Adım Ayseldir...
İkisi də hiss eləmədən zarafata salıb bundan sonra burda görüşməyi vədələşmişdi.
Sonrakı gün saat üçün yarısında Murad bağda dolaşa-dolaşa onu gözləyirdi.
***
Çinar xiyabanlarında bir sevgi havası var, sanki ağacların ağ gövdələri işıq saçır.
Gün işığıyla kölgəliklərin naxışları dünyanın ən qəribə xalçasına bənzəyir. Bu
işığın süzülüb gəldiyi ucalıqları axtarsan, ayağın yerdən üzülər. Qanadlı bir ovqata


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə