Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə60/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

adamı olub. Böyük alim olması onu kökündən qoparmamışdı.
Repressiya qurbanlarının çoxu elə Ayselin babası kimi ziyalı və tanınmış adamlar
olub. Birinin bəxti çəkib, birininki yox. Tale bunlara doğma olub, bizə ögey... Nə
etməli?!
Bu düşüncələrlə həyətə enib sağa döndü və uni​versitetə doğru addımlamağa
başladı. Qəribədir ki, “rəfiqələrimlə bu bağda gəzməyi xoşlayırıq!” deyən qız bu
gün də tək, yoldaşlarından ayrı gəlirdi və Muradı görəndə addımlarını yeyinlətdi.
Ürəyində Muradın onu gözləyəcəyinə əminlik olsa da, onu gördüyünə
təəccüblənirmiş kimi:
– Yenə burdasız? – deyə soruşdu.
Murad da eyni ovqatla qısaca:
– Dünəndən! – dedi.
– Gecəni də evə getməmisiz?
Bu ərkyanalıq Muradı ürəkləndirdi:
Özüm getsəm də, ürəyim burda qalıb.
– Sabaha kimi neyləyib burda?
– Universitetdə dərslərin qurtarmasını gözləyib.
Qızın qəhqəhəsi də ağappaqdı və çinarların bəyaz gövdələrinə dolaşa-dolaşa
uzaqlaşdı.
– Yaman hazırcavabsınız haa!
– Başqaları ilə danışmağa söz tapa bilmirəm.
– Yəni deyirsiz məni görəndə diliniz açılır? – qız zarafat ahəngini dəyişmirdi.
– Siz hər şeyi məndən yaxşı görürsünüz! – Murad da güldü.
Uzun illərin tanışı kimi bir-birini yarım sözdən, bircə baxışdan anlayırdılar.
***
...Günorta görüşləri bir vərdişə, daha doğrusu, ehtiyaca çevrildi. Demək olar ki,
hər gün Murad qızı universitetin qabağında qarşılayıb bağdan keçirərək Cavidin
heykəlinə qədər yola salır. Sonrakı günlərin birində Aysel:
Elmi rəhbəriniz bilsə, universitetlə aranı kəs​dirəcək, istəməyəcək tələbələr
burdan keçsin, – dedi.
– Niyə?
– Aspirantı elmi işini unudub, hər gün bir tələbəni qarşılayıb yola salmaqla
məşğuldur.
– Elm heç nə itirməz. Bağın o başında qarşılayıb bu başında yola salmağa nə
qədər vaxt gedir ki? Bir adama görə yolu bağlamazlar.
– Baxır hansı adam, – dedi Aysel. – O nüfuzlu adamdır. İstəsə, bu gün bağlatdıra


bilər.
– Sizin də ürəyinizdən olar?
Aysel:
– Boynuma qoymayın, ürəyim sizi görmək is​tə​yir.
“Vəhşi ki vəhşi! Qazaxıstan çöllərindən necə gəl​misənsə, eləcə də qalmısan, –
deyə Murad özünü danladı. – Bu qız səndən səmimidir. Cəsarətin çatmır ki, “mən
sizə vurulmuşam, hər gün dəqiqələri saya-saya dərsdən çıxmağınızı gözləyirəm.
Sizi görməsəm, heç bir işlə məş​ğul ola bilmərəm”, – deyəsən”.
Bu düşüncə ilə özündən asılı olmadan yanaşı addımlayan Ayselin əlini tutdu. Bu
ilk dəfə idi.
Mən muzeyə də, universitetə də, bu bağa da çox minnətdaram sizə görə.
Aysel əlini çəkmədən:
– Heç dəxli var?! Daha universitetə, bağa niyə, elə birbaşa mənim özümə
minnətdar olun!
– Əsas sizin bilməyinizdir.
Aysel:
– Mən heç nə bilmirəm, – deyib əlini çəkdi və sözü dəyişdi: – Şənbə günü
muzeydə anamgilin təd​biri var, mən də olacağam, gəlsəniz sevinərəm.
– Kimlə gəlsəm? – Murad sözü dolandırdı.
Aysel həssasdı:
– “Gəlsən” demək istəyirəm.
– Doğrudan sevinərsən?
Rəsmiyyət unudulmuşdu.
– Hələ bilmirsən? Deməli, heç vaxt bilməyə​cək​sən! – Aysel özünü incimiş kimi
göstərib addımlarını yeyinlətdi.
Murad çatıb əlindən tutdu və daha buraxmadı. Hə​mişəki yerlərində oturdular.
...Muzeyə deyilən vaxtdan tez gəldi. Aysel nə demişdisə Səhər xanım Muradı
köhnə tanış kimi, mehribanlıqla qarşıladı:
– Aysel sizi çox tərifləyir, – dedi.
Aysel ona gözaltı baxıb:
– Evlərindən aralı düşüb, Bakıda qəriblik çəkir.
Murad söz altında qalmadı:
– Evdən ayrı düşmüşəm, amma elimə qayıtmışam.
– Doğrusu budur! – dedi Səhər xanım: – Sürgün olunanların hamısı qayıtmalıdır
ellərinə.
Ayselin mehribanlığı, dostcasına rəftarı və bütün bunları anasından gizlətmədən
etməsi evdə Murad haqqında danışıq olduğunu göstərir və ona xoş gəlirdi.


Cəlil Məmmədquluzadənin doğum gününə həsr olunmuş görüşün axırında Aysel
anasından icazə istədi:
– İcazə verirsənsə, Muradla sahilə çıxaq, ürəyim sıxıldı burda oturmaqdan.
Anası etiraz etmədi:
– Get, get. Muzey eksponatı olmayacaqsan ki!
Murad öz-özünə “muzey eksponatı olsa yalnız gözəllik ilahəsi olardı!” deyə
düşündü.
***
Bir axşam sahildə gəzişərkən Ayselə:
– Qazaxıstana getmək istəyirəm. Çoxdan gözlə​yirlər, – dedi.
Aysel fikrə getdi:
– Nə vaxt?
– Bu yay.
– Neçə günlüyə?
– Bilmirəm. 1 ay, 2 ay...
– 3 ay, 1 il, – deyə Aysel onun ahəngi ilə davam etdi.
– Yox, o qədər çəkməz! – Murad gülümsədi.
– Bir ay azdır bəyəm?
– Guya darıxacaqsan?
Aysel yarızarafat, yarıciddi:
O dəqiqə görünür ki, səhrada böyümüsən. Yonulmamış bir çobansan!
Murad:
– Şəhərdə böyüyənlərin nəyi artıqdı ki?
– Həssaslığı.
Murad:
– Məndən həssas olacaqlar? Axı hələ sözümü sonadək de​məmişəm. Mən tək
getmək istəmirəm.
– Kimlə gedəcəksən?
– Aysellə.
– Yəni, mənimlə? Çox sağ ol. Mən yad kişilərə qoşulub qonaq gedənə
bənzəyirəm? Belə tanıyırsan məni?
– Mənə etibar eləmirsən?
Aysel:
– Etibarın nə aidiyyəti buna? Zarafata salma!
Murad ayaq saxlayıb Ayselin qolundan tutub özünə yaxınlaşdırdı.
– Səni sevdiyimi bilmirsən? Gərək sözlə deyim?
Ayselin cingiltili gülüşü yayıldı:


– Əlbəttə deməlisən, dəfələrlə, hər gün!
– Yaxşı, səni sevirəm! Sevirəm! Çox sevirəm! İndi gedərsən mənimlə?
Aysel:
– Gedərəm, ancaq bu paltar yaraşmaz.
– Bəs necə paltar olmalıdır? Yaxşı, çöldə işləməyə kombinezon alaram sənə.
– Onu özün geyinərsən. Mənə ancaq gəlinlik paltarı yaraşar, – deyərək əlini
Muradın əlindən qoparmağa çalışdı.
– Vay-vay, – deyə Murad birdən onu qucaqlayıb yanağından öpdü. – Doğrudan da
yonulmamışam. Sən demiş, əsl çöl adamıyam.
Aysel pıçıldadı: “Mən sevirəm çöl adamını!”
***
Öncə Qazaxıstana gedəcəyini zarafatla desə də, həmin axşamdan sonra bu səfərin
vacibliyini anladı.
Getdi və ilk növbədə ata-anasına evlənmək istə​diyini bildirdi.
Anası pərt oldu: “Burda gözaltın var. Özümüzə bab adamdır!” – dedi. Ancaq tez
yumşaldı: – Nə edək, allah bilən məsləhətdir. Ürəyin tutursa, nə vaxt istəsən
gələrik, elçilik də edərik, toy da.
Bakıya dönərkən Muradın fikri qəti idi: “Mü​dafiəni gözləmə​dən evlənəcəyəm”
Ayselin tərbiyəsi, xarakteri, ən başlıcası onu başa düşməsi və öz zümrəsinin
seçmə oğlanlarını qoyub ona bağlanması, bir yandan da anasının yüksək
mədəniyyəti tərəddüdə yer qoymamışdı. “Anasını gör, qızını al” sözünə
inanmamaq haqqı yoxdu.
Muradın ata-anasının elçiliyə gələcəyi xəbəri Aysel üçün göz​lənilməzdi. Hələlik
toy haqda düşünmək istəmirdi. Söhbət​lərinə zarafat kimi baxırdı. Ancaq anası
onun tərəddüdlərinə son qoymuşdu: “Murad layiqli oğlandır. Ürəyinə yatırsa, yox
demə. Təzədən sürgünə getməyəcək ki! Akademiyada işləyəcək”.
Gənclərin xoşbəxt günləri başlanmışdı.
***
1920-1950-ci illərdə Cənubi Qafqaz türklərinin köçə zorlanması...
Muradın araşdırma dairəsi belə idi. Akademiya kitabxanası, milli kitabxana, elmi
rəhbərinin yardımı ilə buraxıldığı arxivlər. O dövrlə bağlı qarşısına nə
çıxmışdısa, gözdən keçirmiş, qeydlər götürmüşdü. Dissertasiyasını tamamlamağa
yetərincə materialı vardı. Əsərinin bir fəslini o illərdə Azərbaycandan sürgün
edilənlərin sonrakı taleyinə həsr edəcəkdi.
Oxuduqca çox da uzaq olmayan tarixin qaranlığa gömülmüş və ya qəsdən


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə