Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə59/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

bürünərsən.
İnsanla insan arasında təbiətdən gözəl körpü ola bilməz. Hovuzda çağlayan sular,
havada uçuşub ayağının altına tökülən yarpaqlar, quşların səsi. İkisini də eyni
şeyləri düşünməyə, eyni yönə baxmağa məcbur edirdi. Yeni tanış olanlar üçün ilk
mövzunu da təbiət verir.
Ayselin sözlərini xatırlayan Murad:
– Mən də xoşlayıram bu bağı, – deyir.
Aysel:
– Bir də Sahil bağını xoşlayıram.
Murad zarafatla:
– Gəzməyə vaxtınız olmasa da, hər gün bu bağdan keçib get​məyə məcbursunuz.
Mən də sizi metroya qədər ötürərəm.
Aysel güldü.
– Burda rastlaşmağa bir söz deyə bilmərəm. Sizin ərazidir, ancaq mən metroya
getmirəm.
– Yaxşı, avtobus dayanacağına ötürərəm.
– Avtobusa da getmirəm. Öz maşınımızla gedi​rəm. Cavid bağının yanında
gözləyir.
– Lap gözəl, onda maşına kimi ötürərəm.
Aysel bir söz demədi.
Onun danışığına rus kəlmələrinin qarışması Murada qəribə gəlirdi. Sürgün
mühitindən sonra adam yurdunda hər şeyin qatqısız, təmiz olmasını arzulayır.
Aysellə nə barədə danışacağını bilmir. Aralarında hansı ortaq mövzular var ki,
yalnız bu bağdan, muzeydən və dərsdən danışaraq bir-iki gün yoldaşlıq edə
bilərdilər. Qızı yolun o üzündəki kafeyə və yaxınlıqdakı kino-teatra dəvət etmək
yaxşı düşməzdi. Ən uyğunu elə bu bağda dolaşmaqdı. Aysel Muradın da iş yeri
olan əzəmətli elm məbədini göstərərək:
– Babam da akademik olub,– deyərək adı bütün öl​kədə məş​hur olan bir alimin
adını çəkdi.– Amma mən görməmişdim onu. Babamın vəfatından sonra anadan
olmuşam.
Eşitdiyi ad Muradı çaşdırdı. O boyda alimin nəvəsinin bu qədər sadəliyi və indi
bağda onunla köhnə tanışı kimi söhbət etməsi ona qəribə gəldi; lakin özünü o yerə
qoymadı.
Ayselin gözü yol çəkdi:
– Kaş mən də görmüş olaydım onu! – Sonra üzünü Murada tutub: – Siz heç
özünüzdən danışmırsınız, – dedi.
– Özümdən nə danışım? Qürbətdən gəlmiş bir adamam.


Aysel təəccüblə:
– Nə qürbət? Ciddi deyirsiniz? Hansı rayonu nəzərdə tutursunuz?
– Heç bir rayonu.
Aysel güldü:
– Göydən düşmüsüz?
Murad eyni ahənglə:
– Yerdən çıxmışam, – dedi. Sonra qızın xətrinə dəy​mək​dən ehtiyat edərək əlavə
etdi: – Bu bir zarafat olsa da, həqiqətə yaxındır. Çünki çox uzaqdan, sürgündən
gəl​mişəm. Ora gedənlərdən hamı əlini üzür. Sürgünə getməklə, yerin altına getməyi
bir görürdülər. Bu tilsimi qırıb Bakıya gəlmək elə yerdən çıxmaq kimi bir şeydi.
Aysel ayaq saxladı:
– Nə sürgün?
Bu sual Murada öz həyatı haqqında qısaca da olsa Ayselə danışmaq və onunla
keçirdiyi vaxtı uzatmaq imkanı vermişdi.
Yanından keçdikləri oturacağı göstərib, “oturaq burda!” – dedi.
Aysel etiraz etmədən yumru meydanın kənarında şam ağacının altındakı
oturacaqda əyləşdi.
Murad:
– Babam 30-cu illərdə sürgünə göndərilənlərdəndi.
Ayselin sualına ehtiyac qalmadı.
Muradın ata-anasının uzaq Qazaxıstanda yaşadığından və Bakıya oxumağa
çətinliklə gəldiyindən, müdafiə edəndən sonra yenidən ora qayıtmaq istə​diyindən
danışığı qızı maraqlandırmışdı. Diqqət​lə qulaq asır və yeni tanış olduğu bu gəncə
xoş münasibətinin səbəbini anlamağa çalışırdı. Murad öz yaşıdlarından,
universitetdəki tanışlarından daha ciddi və yetkindi. Qır-saqqız olub yaxadan
yapışanlardan və ya harınlıqdan yerə-göyə sığmayan zəngin gənclərdən seçilirdi.
Qazaxıstandakı ata-anası, sürgünə gedənlərin min cür əziy​yətlə qurduğu qəsəbələri
və Bakıya necə gəldiyi barədə danı​şarkən gözlərində kədər çağlayırdı və ara-sıra
baxanda bu kədər qızı da bürüyürdü. Həmin anlarda Murad yaşından böyük
görünürdü.
Qız özünü saxlaya bilməyib:
– Yazıq Murad! Nələr çəkmisən, – dedi.
Murad:
– Mən yox, o günləri görən xalqımız yazıqdır.
Yanındakı oğlanın, elmlə məşğul olsa da, daha çox idmançıya bənzəməsi Ayselin
gözündən yayınmadı. Uca boylu, qəddi-qamətli. Uzun qaşlarının altından baxan
göz​lərində qəribə bir uşaq saflığı və doğmalıq vardı. Üzü möhkəm xarakterindən


xəbər verir və güvən hissi oyadırdı.
Bu söhbət sanki onları uzaqlaşdırırdı. Aysel bunun səbəbini anlayırdı. Tale və
köhnə sistem onların nəsillərinə eyni gözlə baxmamışdı. Bölgünün ədalətsizliyini
gizlə​mək mümkün deyil. Bir ailə burada dövlətin sevimlisi olaraq hər cür qayğı
görəndə, elm və şöhrət pillələri ilə yüksələndə, böyük binaların geniş
kabinetlərində uşaqlarının gələcək, toxunulmaz həyatını təmin edəndə, xalqın
başqa bir parçası ucsuz-bucaqsız, şaxtalı çöllərdə ibtidai üsullarla çöp üstə çöp
qoya-qoya yaşayışını sıfırdan başlamışdı. Çox acı və sərt bir təzaddır. Adlaması
çətin olan bir uçurum var arada. Yəqin yenicə tanış olduğu bu aspirant oğlanın
onun diqqətini cəlb etməsinin bir səbəbi də elə budur. Bu da həyatın sirlərindən
biridir. Çevrəsi ölkənin imkanlı ailələrinin uşaqları ilə dolu idi. Bir çoxları da
yəhudi, erməni arvadlardan doğulmuşdu. Pasportuna baxmasan, hansı millətdən
olduğunu ayırd eləmək çətindir. Ancaq onların heç birinə Aysellə beş dəqiqəliyə
bu oturacaqda oturmaq və bu bağda yanaşı addımlamaq nəsib olmamışdı. Onların
bəziləri, nədənsə, Ayselə öz rəfiqələrini xatırladır. Naz-qəmzəli, qız ədası ilə
danışan, mədəni və müasir görünmək adına xanım kimi əzilib-büzülən... Ancaq
böyründə oturan Murad etibarlı və mərd adama bənzəyir. Görünür, çöllərin havası
və nəslinin keçdiyi yolların acı xatirələri onu erkən kişiləşdirmişdir. Hansı
bölgənin ləhcəsinə bənzədiyini seçmək mümkün olmayan danışığında da bir
qətiyyət və ötkəmlik var.
Aysel saatına baxaraq:
– Mən qaçım, – dedi. – Siz gəlməsəniz də olar.
“Siz gəlməyin!” deməkdir bu söz – deyə düşündü Murad qalxıb qızın uzanan
əlindən tutdu. Ancaq onu yola salmağa cəhd eləmədi. “Sürücünün görməsini
istəmir!”
Aysel bir-iki addım ayrılandan sonra geri çevrilib:
– Tanışlığımıza sevindim, – dedi.
Yenidən görüşüb-görüşməyəcəkləri barədə heç nə danışmadılar.
***
Ertəsi gün günortaya yaxın Murad kağız-qələmi bir tərəfə itələyib tez-tez saatına
baxırdı. Oxuduğu kitabdan heç nə anlamırdı: “Bəlkə heç dərsi yoxdur, heç burdan
keçib getməyəcək bu gün? “Səni ötürərəm” deməklə onu ürkütdüm yəqin. Səbrin
olsun, görüş vədəsi almamısan ki! Hara belə tə​ləsirsən?” – deyə düşünsə də,
ayaqları onu bağa dartırdı. Və nədənsə Ayselin yenə eyni vaxtda, eyni yolla
gələcəyinə arxayındı.
Aradakı fərqi görürdü, ancaq buna əhəmiyyət vermirdi, dostluğuna mane ola
bilməz. “Hansı zə​manədə yaşayırıq?” Onun da babası xalq arasından çıxıb, xalq


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə